Ranqout
Naviqasiyaya keç
Axtarışa keç
Ranqout (nid. rondhout, hərf. yumru ağac)[1] — yelkənlərin qaldırılması və açılması (dartılması) və işlək vəziyətdə saxlanılması üçün zəruri olan qurğuların ümumi adı.[2]
Qədim zamanlardan ranqout istisnasız olaraq ağacdan düzəldildiyinə görə, onun bütün hissəslərini adətə görə indi də ranqout ağacları adlandırırlar, baxmayaraq ki hal hazırda ranqoutun istehsalı üçün qeyri ağac materiallardan istifadə edirlər.
Ranqoutlara aiddir:
- Dor — reylərin və takelajın bərkidilməsi üçün əsas olan şaquli (dik) dayanan ranqout ağacları.
- Stenqalar — dorların və stenqaların birləşdirildiyi yerdə marslar və salinqlər quraşdırılır.
- Reylər — düz yelkənlərin daşınması üçün, üfuqi ranqout ağacları. Yuxarı şkatorinlə reylərə bərkidilirlər.
- Rü (latın reyləri) -latın yelkəninin daşınması üçün nəzərdə tutulur.
- Qafel — ranqoutun başqa hissələri kimi, çəpinə yelkənlərin daşınması üçün nəzərdə tutulur, qafelin xüsusiyəti — bir göyərtənin traverzindən əks göyərtənin traverzinə azad yerdəyişmə imkanındadı.
- Qiklər — çəpinə yelkənlərin alt şkatorinlərinin dartılması(açılması) üçün nəzərdə tutulan ranqout ağacları, hərəkətli ya da bərkidilmiş ola bilərlər.
- Buşprit — gəminin burnunda yerləşdirilən mayili dor, kliverlərin qaldırılması və bərkidilməsi üçün, eləcə də hərəkətsiz takelajın açılması üçün nəzərdə tutulur, buşpritin davamı kimi utleqar və bom-utleqar ola bilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Этимологический словарь русского языка Макса Фасмера
- ↑ Станюкович К. М. Словарь морских терминов, встречающихся в рассказах