Radikallar nəzəriyyəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Radikallar nəzəriyyəsi -Antuan Lavuazyenin fikrincə kimyəvi reaksiyalar zamanı radikal adlanan atomlar qrupu dəyişmədən, olduğu kimi bir birləşmədən başqa birləşməyə keçir.

Nəzəriyyənin yaranması

[redaktə | mənbəni redaktə et]

Bu nəzəriyyə, reaksiyalar zamanı atomların bütövlüyünü nəzərdə tuturdu. Buna əsaslanaraq, bəzi alimlər qeyri-üzvi kimyaya atomlar kimyası, üzvi kimyaya isə radikal kimyası tərifini verirdilər. 1815-ci ildə Gey-Lüssak sian birləşmələrini öyrənərəkən CN qrupunun kimyəvi reaksiyalar zamanı dəyişməyərək, bir birləşmədən o biri birləşməyə keçdiyini qeyd etmişdir. LibixVöler, benzoy aldehidi adlandırdığımız acı badam yağını C7H6O öyrənmiş və ondan hidrogenli benzoil C7H7OH, benzoilxlorid C7H5OCl, benzoilhidroksid C7H5OOH (benzoy turşusu), onun natrium duzunu C7H5OONa və başqa birləşmələri almış və bu reaksiyalar zamanı C7H6O qalığının dəyişməyərək təzə birləşməyə keçdiyini müşahidə etmişlər. Bu faktlar əsasında radikallar (qalıq) nəzəriyyəsi meydana çıxmışdı.

Radikallar nəzəriyyəsinin üzvi kimyada rolu

[redaktə | mənbəni redaktə et]

Radikallar nəzəriyyəsinin üzvi kimyanın inkişafında müəyyən rolu olmuşdur. Bu nəzəriyyə əsasında, yeni radikallar açılmış və bir çox yeni birləşmələr öyrənilmişdi. Radikallar nəzəriyyəsi vasitəsilə izomerlik hadisəsini də izah etməyə cəhd edirdilər. Məsələn, yuxarıda göstərdiyimiz C2H6O-nın iki izomerini, onlardan C2H5 və CH3 kimi iki müxtəlif radikalın olması ilə izah edirdilər, spirtə etil radikalının hidroksidi C2H5OH, metil efirinə isə metil radikalının oksidi (CH3)2O kimi baxırdılar.

Nəzəriyyənin nöqsanları

[redaktə | mənbəni redaktə et]

Faktlar əsasında irəli sürülmüş bu nəzəriyyənini bir çox nöqsanlar var idi. Bu nöqsanların əsas cəhəti radikalların tamamilə atomlara oxşadılması idi. Radikallar nəzəriyyəsi tərəfdarlarının fiktinə görə, radikallar da atomlar kimi sərbəst yaşaya bilməli, möhkəmlik etibarilə atomlara bənzədilən radikallar çox çətibnliklə parçalanmalı və reaksiya zamanı heç şəraitdə dəyişməməli idi. bundan başqa radikallar nəzəriyyəsi Berseliusun elektrokimya hipotezi ilə sıx əlaqədar idi. bu hipotezə görə, üzvi radikallarda elektromənfi atomlar olmamalıydı. C7H3O benzoil radikalın Berselius C7H5 radikalı ilə oksigen atomu birləşməsindən əmələ gələn mürəkkəb radikal hesab edirdi. lakin yeni faktlar sübut etdi ki, radikallar sərbəst yaşaya bilmir. metil radikalının CH3 alınması təşəbbüsləri mənfi nəticə verib, həmişə etanın CH3-CH3 alınması ilə nəticələnirdi. bundan başqa, bəzi reaksiyalar zamanı radikalların qeyri-sabitliyi məlum oldu. fransız kimyaçıları Duma xlorun üzvi turşulara təsirini öyrənərək, sirkə turşusundan xlor-sirkə turşusunun alındığını göstərdi:

  • CH3-COOH+Cl2→CH2Cl—COOH+HCl
  1. M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", "Maarif"-1983.