Rava adası
Rava adası | |
---|---|
xorv. Rava | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 3,63 km² |
Hündür nöqtəsi | 98 m |
Əhalisi | 98 nəfər (2001-ci il) |
Yerləşməsi | |
44°00′53″ şm. e. 15°04′14″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rava adası (xorv. Rava)- Adriatik dənizinin Xorvatiya ərazisində yerləşən adadır. Xorvatiyanın Zadar şəhərinin tərkib hissəsidir. Adanın sahəsi- 3,63 km², sahil xəttinin uzunluğu isə 15995 kilometrdir.[1]
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Ada Zadarskom arxipelaqına daxildir. Ada İj və Duqi-Otok adalarının arasında yerləşmişdir. Sahillərini İj və Ravs boğazları yuyur. Adanın sahil xətti girintili-çıxıntılıdır. Adada 15 körfəz yerləşmişdir:
- Тanko
- Valişina
- İvanoşeviça
- Pavaysko
- Pestexovaç
- Drajiçe
- Qolubovaç
- Martiniça
- Qrbavaç
- Qrbaçina
- Marniça (Mariniça)
- Paladiniça (Paladniça)
- Biçabok
- Lokvina
- Za Qrbiçu.
İqlimi
[redaktə | mənbəni redaktə et]Adada isti quru yay və yumşaq yağışlı qış, Aralıq iqlimi üstünlük təşkil edir. Orta illik temperatur -15 °C-dir.
Ən soyuq ay yanvar ayıdır. (orta temperatur — 7 °C) Ən isti ay isə iyul ayıdır. (orta temperatur — 23,5 °С) Orta illik yağıntı miqdarı - təxminən 900 mm-dir. Yağıntılar əsasən yağış formasında tökülür. Yağıntının əsas hissəsi qış ayında yağır.
Bitkilər aləmi
[redaktə | mənbəni redaktə et]Aralıq dənizinin yumşaq iqlimi Aralıq dənizi bitkilərinin bitməsinə şərait yaradır: Buraya zeytun ağaclıqları və üzüm bağları daxildir. Xırda yarpaqcıqlarla örtülmüş kiçik ölçülü ağaclar üstünlük təşkil edir. Palıd, kollar, şişuclu, böyürtkən və qulançar üstünlük təşkil edir. Son illərdə şam ağaclarının artımı müşahidə olunur. Mədəni bitkilər arasında zeytun və üzümdən başqa, əncir, badam, nar, portağal, limon, naringi və qoz geniş yayılmışdır.
Su təminatı
[redaktə | mənbəni redaktə et]Nisbətən böyük miqdarda yağıntının yağmasına baxmayaraq, Rava adasında göl yoxdur. Buna görə də, yağış yağan zaman əhali suyu yığıb saxlayır. Quraqlıq zamanı isə bu sudan istifadə edir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Rava adasında iki yaşayış məntəqəsi yerləşmişdir: Rava və Kiçik Rava
XX əsrin ortasından başlayaraq adanın əhalisi stabil olaraq azalır. 2001-ci il məlumatlarına görə adada 98 nəfər məskunlaşıb. Əhalinin əsas hissəsini xorvatlar təşkil edir. Cədvəldə Rava adasının 1857-ci ildən 2001-ci ilə qədər əhali sxemi təsvir edilmişdir.[2]
İllər üzrə Rava adasının əhalisi | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1857 | 1869 | 1880 | 1890 | 1900 | 1910 | 1921 | 1931 | 1948 | 1953 | 1961 | 1971 | 1981 | 1991 | 2001 |
173 | 219 | 247 | 335 | 400 | 400 | 491 | 375 | 411 | 371 | 305 | 234 | 147 | 120 | 98 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Duplančić Leder, T.; Ujević, T.; Čala, M. (2004): Duljine obalne crte i površine otoka na hrvatskom dijelu Jadranskog mora određene s topografskih karata mjerila 1:25 000, Geoadria, Vol. 9, No. 1, 5-32". 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ "Naselja i stanovništvo Republike Hrvatske 1857.-2001., www.dzs.hr". 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.