Ross Baqdasaryan
Ross Baqdasaryan | |
---|---|
ing. Ross Bagdasarian Sr. | |
Ümumi məlumatlar | |
Doğum adı | Rostom Sipan Bagdasarian |
Ləqəbi | David Seville |
Doğum tarixi | 27 yanvar 1919[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 1972[1] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni-mahnı yazarı, bəstəkar, ssenarist, müğənni, pianoçu, şair, televiziya aktyoru, musiqi prodüseri, kino aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1939-cu ildən |
Janr | pop musiqisi |
Musiqi alətləri | piano |
Vikianbarda əlaqəli mediafayllar |
Ross Baqdasaryan və ya səhnə adı ilə Devid Seville[6] (27 yanvar 1919[1], Fresno, Kaliforniya[2][3] – 16 yanvar 1972[1], Beverli-Hillz, Kaliforniya[4][5]) — erməni əsilli amerikalı müğənni, bəstəkar, səsyazma prodüseri və aktyor, "Elvin və Burunduqlar" cizgi film qrupunu yaratması ilə tanınır. Əvvəlcə səhnə və kino aktyoru olan Ross, 1958-ci ildə, hər ikisi Billboard-da bir nömrəli sinql olan "Witch Doctor" və "The Chipmunk Song (Christmas Don't Be Late)" mahnıları ilə məşhurlaşıb. 1961-1962-ci illərdə CBS-də yayımlanan "The Alvin Show"-un prodüseri və rejissoru olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Baqdasaryan 27 yanvar 1919-cu ildə Kaliforniya ştatının Fresno şəhərində erməni-amerikan ailəsində anadan olub.[7] Atası üzümçü olub.[8] Onun iki böyük qardaşı — Riçard Sirak (1910-1966) və Harri Sisvan (1915-1989) olub.[7] Amerikalı yazıçı Vilyam Saroyan onun qohumu olub.[9][10]
1937-ci ildə Fresno Liseyini bitirib.[7] O, aktyor olmaq niyyəti ilə qohumu Saroyanla işləmək üçün Nyu-Yorka gedib..[8] İkinci Dünya müharibəsi başlayanda hərbi xidmətə gedib və dörd il idarəetmə qülləsinin operatoru kimi xidmət edib.[11] ABŞ Ordusu Hava Korpusunda baş serjant (SSgt) rütbəsinə yüksəlib.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France David Seville // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 http://famousdude.com/15633-ross-bagdasarian.html.
- ↑ 1 2 Last.fm. 2002.
- ↑ 1 2 http://www.pugetsoundradio.com/cgi-bin/forum/Blah.pl?m-1358315343/.
- ↑ 1 2 http://www.sodahead.com/entertainment/friday-wacky-holiday-time-have-fun-and-enjoy/question-234481/?page=2.
- ↑ Studwell, William E. "From "Jingle Bells" to "Jingle Bell Rock"". Music Reference Services Quarterly. 5 (1). 1996: 5. doi:10.1300/J116v05n01_01.
...for the pseudonym he used for the chipmunk enterprise, David Seville, is far better remembered than his real name.
- ↑ 1 2 3 Arnold, 2019. səh. 13
- ↑ 1 2 Bronson, Fred. The Billboard Book of Number One Hits. Billboard Books. 1997. səh. 36. ISBN 9780823076413. 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-21.
- ↑ Smith, J. Y. "William Saroyan Dies at 72". Washington Post. 19 May 1981. 18 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2024.
- ↑ Studwell, William E.; Lonergan, David. The Classic Rock and Roll Reader: Rock Music from Its Beginnings to the Mid-1970s. Routledge. 2014. səh. 177. ISBN 9781317720683.
- ↑ Arnold, 2019. səh. 17
- ↑ Our Boys Committee. Armenian-American Veterans of World War II. New York: Armenian General Benevolent Union of America. 1951. səh. 173. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-21.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Arnold, Mark. Aaaaalllviiinnn!: The Story of Ross Bagdasarian Sr., Liberty Records, Format Films and The Alvin Show. BearManor Media. 2019. ISBN 978-1-62933-432-5.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ross Baqdasaryan — IMDb səhifəsi
- Ross Baqdasaryan (ing.) Internet Broadway Database saytında
- History area on TheChipmunks.com with some photos and stories about Ross Bagdasarian
- Allmusic Entry
- Ross Baqdasaryan (ing.) Discogs saytında
- David Seville Review at Rockabilly