Rövşən Əsgərov (jurnalist)
Rövşən Əsgərov | |
---|---|
Rövşən Ənvər oğlu Əsgərov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, AzSSR, SSRİ |
Atası | Ənvər Əsgərov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarixçi |
Təhsili | BDU, tarix fakültəsi |
Fəaliyyəti | jurnalist, "Nə? Harada? Nə zaman?" bilicisi |
Elmi dərəcəsi |
|
Mükafatları | "Büllur bayquş" (2001), "İlin adamı" (2003) 2 qat Dünya Çempionu (2008 və 2010) ("Nə? Harada? Nə zaman?") |
askerov.livejournal.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rövşən Əsgərov (tam adı: Rövşən Ənvər oğlu Əsgərov; 4 may 1972[1], Bakı) – "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının oyunçusu, "Sport-Ekpress" ("Спорт-Экспресс") qəzetinin keçmiş şərhçisi. 2009-cu ilin iyul ayından etibarən "Bakı" ("Баку") jurnalının piar-direktoru vəzifəsində çalışır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əslən Qəbələdən olan Rövşən Əsgərov 1972-ci ilin 4 may tarixində Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və buranı 1989-cu ildə bitirib. Sonrakı fəaliyyəti zamanı tarix elmləri namizədi adını qazanıb.
Jurnalist olaraq məşhur rus idman qəzeti olan "Sport-Ekspress"də çalışıb. Bu qəzetdə işləyərkən o adətən xizək yarışlarını, qılıncoynatma yarışlarını, velosiped turnirlərini, bədii gimnastika yarışlarını və digər idman növlərini şərh edib. Jurnalist olaraq 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında, 2006-cı ildə isə Turində keçirilən Qış Olimpiya Oyunlarında çalışıb.
2007-ci ildən etibarən "NTV-PLYUS" ("НТВ-ПЛЮС") telekanalında jurnalist olaraq işləyib. Burada işləyərkən o, adətən futbol oyunlarında şərhçi kimi çalışıb. Bəzən isə xizək və xizəklə hündürlüyə tullanmaq yarışlarında şərhçi qismində çalışıb.
2009-cu ildən etibarən "Bakı" ("Баку") jurnalında çalışır. Burada piar-direktor vəzifəsində çalışmaqla piar kompaniyasına başçılıq edir. Burada işləyərkən Bakı şəhərinə aid fotosərgini Moskva və London şəhərlərində təşkil edib. 2010-cu ilin oktyabr ayında "Azərbaycan xalçası"nın Londonun məşhur "One Marylebone" qalereyasında sərgisinin təşkil olunmasında yaxından iştirak edib.
Azərbaycan mətbəxini, eləcə də yapon, rus və alman mətbəxlərini bəyənir. Sevdiyi avtomobil "Land Rover" markasıdır. İstirahət olaraq Bakıda olmağı üstün tutur və vaxtını ailəsi ilə birlikdə keçirməyi xoşlayır.
2022-ci ilin dekabrında Rusiya tərəfindən "xarici agent" elan olunub.[2]
Nə? Harada? Nə zaman?
[redaktə | mənbəni redaktə et]Rövşən Əsgərov jurnalist olmasına baxmayaraq Azərbaycanda və Rusiyada "Nə? Harada? Nə zaman?" oyununun bilicisi kimi tanınır. 1989-cu ildən etibarən Bakı klubu olan "Atəşgah"da bu oyunu oynamağa başlayıb. "Nə? Harada? Nə zaman?" adlı yüksək elitar klubda isə ilk dəfə 1998-ci ilin 28 noyabr tarixində çıxış etməyə başlayıb. Bir neçə dəfə komandanın ən yaxşı oyunçusu adına layiq görülüb. 2001-ci ilin qış seriyasında Ales Muxinin başçılıq etdiyi komandanın tərkibində çıxış edərkən klubun ali mükafatlarından sayılan "Büllur bayquş" mükafatına layiq görülüb. Hazırda Aleksey Blinovun başçılıq etdiyi komandada çıxış edir. Bu komanda 2005-ci ildə klubun 30 illik yubileyinə həsr olunmuş yarışda ən yaxşı komanda adına layiq görülüb.
"Nə? Harada? Nə zaman?" oyununun Bakı versiyasında ilk dəfə olaraq 2008-ci ildə Rüstəm Fətəliyevin komandasında çıxış edib. 2009-cu ildən etibarən isə özünə yeni heyət yığaraq öz komandası ilə yarışlarda iştirak edir. Bu komandada Rövşəndən başqa digər 5 üzvün hamısı qadınlardı (Əsmər Daşdəmirova, Nigar Şıxlinskaya, Günel Babayeva, Lalə Babayeva və "Nə? Harada? Nə zaman?" adlı gürcü klubunun ən yaxşı oyunçusu sayılan İya Metreveli).
"Nə? Harada? Nə zaman?" oyununun idman versiyasında Rövşən Əsgərov Balaş Qasımovun başçılıq etdiyi komandada çıxış edir. Bu komanda 2004-cü ildə Bakıda keçirilən "Nə? Harada? Nə zaman?" adlı III Dünya Çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə bu komanda Azərbaycan millisi olaraq daha böyük uğura imza atmaqla dünyanın elitar klubları arasında keçirilən böyük yarışmada qalib olmuşdu. Bu turnirdə Azərbaycandan başqa Rusiya, Gürcüstan və Ukrayna iştirak edirdi. Sözügedən ölkələr "Nə? Harada? Nə zaman?" oyununun "Игра" ("Oyun") adlı telekanalın rəsmi lisenziyası ilə keçirildiyi ölkələrdir. 2009-cu ildə bu yarışda Gürcüstan millisi qalib gəlib. Bir ildən sonra, yəni 2010-cu ildə isə Azərbaycan millisi, bu dəfə Rövşən Əsgərovun başçılığı altında ikinci dəfə elitar klublar arasında dünya çempionu olub. Rövşən Əsgərovun başçılıq etdiyi bu komandada Roman Orkadaşvili, Elman Talıbov, Anar Quliyev, Anar Əzimov və Adnan Axundov çıxış edirdi. Rövşən Əsgərovla birlikdə Anar Quliyev, Anar Əzimov və Adnan Axundov həmin yarışda ikinci dəfə dünya çempionu adını qazanmışdılar.
Rövşən Əsgərəv 2003-cü ildə "Nə? Harada? Nə zaman?" oyununun dünya çempionatının təşkilində yaxından iştirak etdiyinə görə "İlin adamı" adına layiq görülümüşdür.
2008-ci ildə Rövşən Əsgərovun "Страно(в)едение" adlı kitabı işıq üzü görüb. Burada o, xarici ölkələrdə səfərdə olarkən rastlaşdığı maraqlı detalları qeyd etmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ svoya-igra.org (rus.). 2012.
- ↑ "Rövşən Əsgərov Rusiyada xarici agent elan olundu". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Nə? Harada? Nə zaman?" rəsmi saytında Rövşən Əsgərovun tərcümeyi-halı (rusca)
- Rövşən Əsgərovun "Moskvanın Exosu" ("Эхо Москвы") radiosuna müsahibəsi (rusca)
- Rövşən Əsgərovun "Live Journal" şəbəkəsində şəxsi səhifəsi (rusca)
- "Litblog" şəbəkəsində "Страно(в)едение" ("Ölkə(ş)ünaslıq") kitabının səhifəsi (rusca)