Qustav Ştrezeman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qustav Ştrezeman
alm. Gustav Stresemann
Şəxsi məlumatlar
Doğum tarixi 10 may 1878(1878-05-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1929(1929-10-03)[3][1][…] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qustav Ştrezeman(10 may 1878, Berlin-3 oktyabr 1929, Berlin, Almaniya) — Alman siyasətçi və dövlət xadimi. I Dünya Müharibəsindən sonra Almaniyanın beynəlxalq mövqeyinin yenidən qurulmasında əsas məsuliyyəti üzərinə götürən dövlət adamı, Veymar Respublikası Kansleri(1923) və Xarici İşlər Naziri(1923,1924-29), 1926-da Fransa Xarici İşlər Naziri Aristide Briandla birlikdə Nobel Sülh Mükafatını bölüşmüşdür.

Berlinli hancı və pivə paylayan Ernest Ştrezemanın oğluydu. Təhsilinin hələ ilk illərində, xüsusuilə yenidövr tarixi sahəsində qeyri-adi bir qabiliyyət göstərdi, məşhur insanların həyatı ilə maraqlandı. Bunlar arasında xüsusilə Napoleon və Gotse onu həyatı boyu təsirləndirdi. Bir çox ədəbi işlərində mövzu mənbəyi oldu. 1897-1900-cu illər arasında Berlin və Leyptsiq universitetlərində təhsilini davam etdirən Ştrezeman ədəbiyyat və tarix təhsilinə başlamışkən böyük ehtimalla peşə təhsilini inkişaf etdirmək məqsədilə iqtisadiyyata yönəldi. 1900-cü ildə Berlindəki şişələnmiş pivə sənayesinin inkişafını mövzu götürən elmi işlə doktorantura təhsilini tamamladı. Nəhəng sənayelərin rəqabəti qarşısında kiçik müəssisələrin məhv olmasını hazırlayan bu çalışma daha sonra sağçı müxaliflər tərəfindən özünə qarşə istifadə olunacaqdı.

Halbuki, Ştrezeman Prussiyalı liberal bir protestant olaraq Almaniya imperatorluğundakı suveren şovinist ruhun tipik bir təmsilçisi idi. Almaniya imperiyasının mənəvi, hərbi və iqtisadi üstünlüyünə inanırdı.

Ştrezeman təhsilini tamamladıqdan sonra iş dünyasında çox qısa müddətdə göstərdiyi müvəffəqiyyət onun üçün siyasətə keçid yolunu açdı. 1902-ci ildə Saksoniya İmalatçılar Birliyini qurdu. 1903-cü ildə Berlinli sənayeçi Adolf Kleffeldin qızı ilə evləndi. Yəhudi əsilli həyat yoldaşı 1920-ci illərdə Berlin kübar cəmiyyətində əsas rol oynayacaqdı.

Əvvəllər Protestant reformasiyaçı Fridrix Naumanın fikirlərini mənimsəyən və onun liderliyindəki Milli İctimai Birliklə iş birliyi edən Ştrezeman 1903-cü ildə Saksoniyada güclü bir formada təmsil olunan sağçı Milli Liberal Partiyaya daxil oldu. Sosial müdafiə tədbirlərinin dəstəklənməsi səbəbi ilə partiyasının ağır sənaye təmsilçilərindən təşkil olunan sağ qanadı ilə tez-tez münaqişəyə girdi. 1906-1912-ci illər arasında Drezden kent məclisinə üzvlük etdi. Drezdendə münayiş olunan Saksic İndastri jurnalının yayım rejissorluğu müddətində iqtisadiyyat yazarı olaraq da tanındı. 1907-ci ildə Saksoniyanın dağ-mədən mərkəzi Annaberq seçim bölgəsindən Milli Liberal Partiya üzvü olaraq Reyxstaqa seçildi və ən gənc millət vəkili oldu. Ticarətlə məşğul olan orta sinfin çıxarlarını böyük bir həyəcanla etdisə də, genişləndirilmiş sosial müdafiə qanununu dəstəkləməsi 1912-ci ildə Milli Liberal Partiyanın icra komitəsinə yenidən seçilməsinə mane oldu.

I Dünya Müharibəsinin başlamasını sevinclə qarşıladı. Dekabr 1914-cü ildə edilən xüsusi bir seçkidə Reyxstaqa seçildi. Müharibə boyunca Pangermenizmin ən güclü müdafiəçilərindən biri oldu. Almaniyanın şərqdə RusiyaPolşa, qərbdə FransaBelçika torpaqlarına istiqamətlənən tələblərini müdafiə etdi. Partiyasının Reyxstaqdakı qrupunun liderliyini Ernest Bassermandan aldı.

Bu dövrdə Ştrezemann sürətlə sağa meyl etdi. 1916-cı ildən sonra Feldmarşal Paul fon Hindenburq və General Eriç Ludendorfun əmri altındakı Alman Ordusu Yüksək Komandirliyində çalışdı və onların parlamentdəki spikerliyini etdi.

Veymar Respublikası

[redaktə | mənbəni redaktə et]

Müharibədəki məğlubiyyət, monarxiyanın dağılması və İmperator II Vilhelmin Hollandiyaya qaçması Ştrezeman üçün ağır bir zərbə oldu. Bununla birlikdə cümhuriyyətçi bir Almaniyanın qaydalarına sürətlə uyğunlaşdı. Fridrix Nauman ilə məşhur sosioloq Maks Veberin cəhdi ilə yeni qurulan sosial-liberal Alman Demokratik Partiyası(DDP) onu partiyanın yüksək qurumlarına qəbul etmədikdə Alman Xalq PartiyasınıVP) yaratdı. Təhsil görmüş və zəngin sağ liberallardan təşkil olunmuş bu partiya köhnə Milli Liberal Partiyanın sağdakı tərəfdaşlarını yenidən bir araya gətirmək istəyirdi. Hökumətə daxil olmağa çalışdısa da, Veymar Koalisiyası (Sosial Demokratlar, Alman Demokratik Partioyası və Mərkəzi Partiya) qarşısında milli mnüxalifət içərisində yer aldı. 1919-1920-ci illərdə Alman Milli Qurucu Məclisinin üzvü olaraq yeni konstiyusiyaya qarşı çıxdı. Bundan sonra siyasi həyatını Versal Müqavilla almaq üçün əsinin gözdən keçirilməsinə həsr etdi. Sonda İttifaq Dövlətlərinin Ruru işğalı sırasında , 1923-cü il 13 Avqustdan 12 Noyabra qədər Sosial Demokratlar, Mərkəzi Partiya, Almaniya Demokratik Partiyası və Alman Xalq Partiyası üzvlərindən təşkil olunan böyük bir koalisiyanın başına keçərək iqtidara gəldi.

Kansler olaraq ilk qərarı Yanvar 1923-cü ildə Almaniyanı müharibə təzminatını ödəməsini zorla almaq üçün Fransa və Belçika birikləri tərəfindən işğal edilən Rurdakı passiv müqavimət siyasətini sona çatdırmaq oldu. TüringiyaSaksoniyadakı kommunist meyilli əyalət idarəedicilərinə qarşı sərt bir mövqe tutarkən, 9 Noyabr 1923-cü ildəki Adolf Hitlerin Münhendəki çevrilişində (Birahan çevrilişi) olduğu kimi sağ çıxışçılara qarşı mülayim davrandı. Noyabrın ortalarında pulun sabitlik qazanması daxili intizamı yenidən təmin etdisə də, hökumət əvvəlki inamını itirdi.

Yeni kabinetdə Xarici İşlər Nazirliyini boynuna götürdü. Bu vəzifəni ömrünün sonuna qədər dəyişik koalisiya hökumətlərində, soldan mərkəzə qədər dəyişik fikirləri təmsil edən üç kansler dövründə də fasiləsiz davam etdirdi. Xüsusilə Fransa ilə əlaqələrin düzəldilməsinə əhəmiyyət verdi. Fransız birliklərin Reyn çayının qərb sahillərindən çıxarılması və müharibə təzminatının azaldılması üçün inadla mübarizə apardı. Müharibə təzminatını ödəyərək Antanta dövlətləri ilə görüşlərdə əlverişli bir mövqe əldə etməyə çalışdı. Almaniyanın Avropadakı mərkəzi mövqeyini realizmlə dəyərləndirib İngilis-Fransız və İngilis-Sovet əlaqələrindəki gərginliklərdən istifadə edərək Almaniyanın 1919-cu ildəki Şərq sərhəddinin gözdən keçirilməsi olan əsas məqsədinə görüşmələr yolu ilə yaxınlaşmağa çalışdı. 1924-cü ildə ABŞ-nin tövsiyə etdiyi və müharibə təzminatının ödənilməsini asanlaşdıraraq Almaniyanın maliyyə vəziyyətinin stabilləşdirilməsini nəzərdə tutan Davos Planı imzalandı. Bunu 1925-ci ildəki Lokarno Paktı davam etdirdi. 1926-cı ildə Reyn bölgəsindəki ilk qurşaq Antanta qüvvələrindən təmizləndi. Almaniya Millətlər Cəmiyyətinə qəbul edildi. Sovetlər Birliyi ilə bitərəflik haqqında Berlin Sazişi imzalandı. 1928-ci ildə müharibəni qadağan edən Brian-Kelloq paktını Almaniyada imzaladı. Ştrezeman heç bir zaman Avropanın birləşdirilməsinə tərəfdar olmadığından Versal sülh müqaviləsini gözdən keçirmək üçün bu birləşmənin şərtlərini dəstəklədi.

Ştrezemanın diplomatik müvəffəqiyyətləri xüsusilə də şəxsi partiyasından qaynaqlanan müxalifətə qarşı gerçəkləşdi. Həyatının son 2 ilini xəstəliklərlə keçirən Ştrezeman partiyasını getdikcə kiçilərək vacib bir hissəsinin sağa meyil etməsi ilə birlikdə xarici siyasətini davam etdirməkdə çətinliklərlə qarşılaşdı. Ölümündn əvvəl yeni bir mərkəzi liberal partiyanı qurmağa belə dizaynlamağa başladı.

Qustav Ştrezeman 3 Oktyabr 1929-cu ildə 51 yaşında beyninə qan sızaraq öldü.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Morsey R. Gustav Stresemann // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 Штреземан Густав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118619268 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.