Qrinviç saatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qrinviç saatı, Qrinviç vaxtı, Qrinviç zamanı, Orta Qrinviç zamanı (ing. Greenwich Mean Time) və ya qısaca GMTQrinviç meridianı üstündə yerləşən orta günəş vaxtıdır.[1] GMT Britaniya adalarının standart saat qurşağı hesab olunur. Adını Londonun cənub-şərq hissəsində yerləşən Qrinviç ətrafından götürmüşdür. Burada yerləşən rəsədxananın üstündə olduğu olduğu qəbul edilmiş meridian əsas meridian (0°) hesab olunur.[2]

Atom üsulu ilə hesablanan və GMT-dən daha dəqiq hesab olunan Ümumdünya vaxtı (qısaca: UTC) istifadə olunmazdan əvvəl Qrinviçdən keçən meridiana əsasən dünyadakı zaman tənzimləmələri həyata keçirilirdi.[3] Buradakı hər uzunluq dərəcəsi arasında olan zaman 4 dəqiqə hesab olunur. Məhz buna görə də, hər 15 dərəcəlik meridian qurşağı bir saata bərabərdir. Beləliklə də, 12 saat şərqdə və 12 saat qərbdə olmaqla Yer kürəsi ümumilikdə 24 saat qurşağına bölünmüşdür. Qrinviç meridianından şərq istiqamətində hərəkət etdikcə saatlar irəli (+), qərb istiqamətində hərəkət etdikdə isə geriyə (-) gedir.

Osmanlı imperiyasındq isə saatları Ayasofiyanın günbəzindən keçdiyi hesab olunan və Ərz-i Xəlifə və ya Ərz-i İstanbul adlandırılan meridiana görə təyin edirdilər.1925-ci ildə qəbul edilmiş Günün İyirmi Dörd Saata Bölünməsi haqqında 697 saylı Qanunla saat qurşağında beynəlxalq standarta çevrilmiş GMT sistemi qəbul edilmişdir.[4][5][6][7][8]

  1. "Time scales". UCO Lick. 11 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2018.
  2. "What is the Prime Meridian and why is it in Greenwich?". Royal Museums Greeenwich. 13 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2021. The IRM is the only meridian that may now be described as the prime meridian of the world, as it defines 0° longitude by international agreement. The IRM passes 102.5 metres to the east of the historic Prime Meridian of the World at the latitude of the Airy Transit Circle here. The entire Observatory and the historic Prime Meridian now lie to the west of the true prime meridian.
  3. "What is Greenwich Mean Time?". Royal Museums Greenwich. 2021. What does GMT stand for?. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2021.
  4. McCarthy, Seidelmann, 2009. səh. 17
  5. "UTC (Universal Time Coordinated)". Greenwich Mean Time. 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2023.
  6. "Astronomical Almanac Online". Her Majesty's Nautical Almanac Office. 2020. "Glossary" s.v. Universal Time. 23 February 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 February 2021.
  7. Coordinated Universal Time // Lexico UK English Dictionary. Oxford University Press. 14 June 2020 tarixində orijinalından arxivləşdirilib.
  8. Hilton, McCarthy, 2013. səh. 231–232