Qarpız (Fələstin simvolu)
Qarpız – fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvol. İsrailin Fələstin torpaqlarını işğalına qarşı mübarizəni simvolizə edir.[1][2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qarpızın Fələstin simvolu kimi istifadə olunmasının tarixi 1967-ci ilə gedib çıxır. Altıgünlük müharibə zamanı İsrail Fələstin torpaqlarını işğal etmiş və Fələstin bayrağını nümayiş etdirməyi qadağan etmişdir. Qadağadan sonra fələstinlilər simvol kimi qarpızdan istifadə etməyə başlamışdırlar. Belə ki, qarpız diliminin rəngləri Fələstin bayrağının rəngləri ilə uyğundur: yaşıl, qırmızı, qara və ağ.[1]
İsrail hökuməti sadəcə Fələstin bayrağını deyil, Fələstin bayrağının rənglərini əks etdirən sənət əsərlərinə də senzura tətbiq etmişdir. Məsələn, 1980-ci ildə fələstinli rəssam İssam Bədrlin Ramallahda baş tutmuş sərgisi bu səbəbdən dayandırılmışdır:[1]
Soruşdum ki, ağ, yaşıl, qara və qırmızı rəngli çiçək çəksək necə olacaq? Məmur mənə cavab verdi ki, müsadirə olunacaq. Hətta qarpız da çəksəz, o da müsadirə olunacaq.[1] |
1993-cü ildə imzalanmış Oslo akkordlarından sonra Fələstin bayrağı haqqındakı qadağa götürülmüşdür. Həmin vaxt "The New York Times" nəşri "qarpız dilimi daşıyan fələstinli kişilərin həbs olunması" barədə iddia yayımlamışdır. 2021-ci ildə İsrail məhkəməsinin Şeyx-Cərrahda yaşayan fələstinli ailələrin köçürülməsi barəsində qərardan, eləcə də, 2023-cü ildə başlayan İsrail–HƏMAS müharibəsindən sonra qarpız simvolu daha da populyarlaşmışdır.[1]
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]2007-ci ildə rəssam Xalid Hurani "Fələstinin subyektiv atlası" adlı kitab üçün "Qarpızın hekayəsi" adlı iş yaratmışdır.[1] Qarpız emojisi internet istifadəçilərinin Fələstinə dəstək məqsədilə istifadə etdikləri emojilərdən biridir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 "How the Watermelon Became a Symbol of Palestinian Solidarity". The Time (ingiliscə). 20 oktyabr 2023. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2024.
- ↑ 1 2 "Images of Watermelons Signal Support for Palestinians". The New York Times (ingiliscə). 27 dekabr 2023. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2024.
- ↑ "Watermelon becomes symbol of Palestinian existence, resistance". The Jordan Times (ingiliscə). 4 avqust 2021. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2024.