Qara leylək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qara leylək
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Cins:
???:
Qara leylək
Beynəlxalq elmi adı

Qara leylək (lat. Ciconia nigra) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. Çox nadir, sayı azalmaqda olan növdür.

Azərbaycan poçt markası, 2013

Ümumi rəngi qara. Dimdiyi və ayaqları qırmızıdır. Qarnı ağdır. Yayılması: Avropa, Asiya və Şimali Afrikada yayılıb. XX əsrin əvvəllərinə qədər Azərbaycanın düzən və dağətəyi ərazilərində geniş yayılıb. Son illərdə Qarayazı Qoruğunda, Talışın, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində nadir hallarda məskunlaşır. Meşələrin intensiv qırılması nəticəsində Kür-ArazLənkəran ovalıqlarında daha yuvalamır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Göllərə, çaylara, sututarlara və digər su hövzələrinə yaxın meşələr yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün mart ayının əvvəllərində gəlir, sentyabrda köçüb gedir. Yemini balıqlar, az miqdarda suda-quruda yaşayanlar, ilanlar və quşlar təşkil edir. Martda hündür ağaclarda yuva tikir. Yuvaya 2–5, bəzən isə 6 yumurta qoyur.

XX əsrin birinci yarısında Kür çayının deltası ilə İran sərhəddi (Lənkəran ovalığı və Salyan düzü) arasında çox olub. 1934-cü ildə buradakı yuvalar arasındakı məsafə təsadüfi hallarda 1 km olub. 1980-ci ildə Qarayazı Qoruğunda 10 cütü, 1996-cı ildə 6, 1997-ci ildə 4, 2000-ci ildə 5, 2006-cı ildə 4 fərdi qeydə alınıb. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində tək-tək fərdlərin yaşaması güman edilir. Mövcud şəraitdə tək-tək fərdlərinə rast gəlinir.

Azalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Su-bataqlıq sahələrinin qurudulması, meşələrin qırılması.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Qızılağac, Qarayazı, Turyançay, Zaqatala, İlisu Dövlət Təbiət Qoruqları, Altıağac, Şahdağ Milli Parklarının meşəkolluq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Azərbaycanın Qırmızı kitabına (1989), Bern, Bonn və Ramsar konvensiyalarına, АЕWА sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yuva sahəsinin toxunulmaz təbii abidə elan edilməsi, televiziya, radio və dövri mətbuat vasitəsilə qorunmasının aktiv təbliği.

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 112səh, Qara leylək.