Qalaktus
Qalaktus | |
---|---|
ing. Galactus | |
| |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Fantastic Four" #48 (mart 1966) |
Yaradıcı(lar) |
Sten Li Cek Körbi |
Xüsusiyyətlər | |
Əsl adı | Qalan |
Cinsiyyəti | kişi[d] |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Qalaktusun xəbərgətirənləri Tanrı heyəti Mükəmməllər |
Düşmənləri | Doktor Dum, Tanos |
Ləqəbləri | Aşta, Dünyaları udan, Həyatgətirən |
Gücləri |
Kosmik şüur Kosmik güc ilə istənilən effekti əldə etmək üçün enerji və maddəni manipulyasiya etmək |
Qalaktus (ing. Galactus) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) peyda olmuşdur. Güclü kosmik varlıq olan Qalaktus həyatda qalmaq üçün planetləri udmaqla məşğuldur. Qalaktus Marvel davamediciliyində vacib rol oynayan personajdır.
2009-cu ildə IGN "Top-100 komiks supercinayətkarı" siyahısında Qalaktusu 5-ci yerdə göstərmişdir.[1]
Personaj bir çox videooyun və televiziya verilişində yer almışdır. 2007-ci il istehsalı "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmində də Qalaktus personajı peyda olmuşdur.
Nəşrolunma tarixi
[redaktə | mənbəni redaktə et]Qalaktus Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) görünmüşdür.[2][3]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Qalaktus əslində Taalı səyahətçi Qalan idi. Taa planeti Böyük partlayışdan öncə də mövcud idi. Naməlum bir kataklizma kainatdakı bütün həyatı məhv etməyə başlayanda Qalan və digər sağ qalanlar Taa planetini tərk edirlər və Böyük çöküşə sürüklənirlər. Buna baxmayaraq, Qalan ölmür, Kainatın şüuru ilə bağlanır, gəmisinin qalıqlarından ibarət olan bir kosmik yumurtada dəyişilməyə başlayır. Böyük partlayışdan qısa müddət sonra Qalaktusa çevrilir. Müşahidəçi Qalaktusunun yaranmasını müşahidə edir və onun dağıdıcı olduğunu görüb öldürməməyə qərar verir.[4][5][6] Arxeopiya Qalaktusun sağ qalmaq üçün udduğu ilk planet olur.[4][7]
Qalaktus udacağı planetləri müəyyənləşdirmək üçün özünə xəbərgətirənlər seçməyə qərar verir. İlk iki cəhdi uğursuz olur,[8] amma Zen-La planetinə yaxınlaşarkən Norrin Raddın təklifini qəbul edir və dünyasını məhv etməmək qarşılığında onu Gümüş sörfçüyə çevirir.[9] Ən axırda Qalaktus Yeri udmağa gəlir, lakin Fantastik dördlük, Uatu və Qalaktusa qarşı gələn Gümüş sörfçünün köməyi ilə dəf edilir və Yeri tərk etməli olur. Qalaktus Gümüş sörfçünü sürgün edir və bir daha Yerə gəlməyəcəyinə and içir.[10][11]
Güclər və bacarıqlar
[redaktə | mənbəni redaktə et]Qalaktus kainatın ən qədim və ilk varlığıdır,[12] "kosmosun fiziki, metamarfoz forması" kimi təsvir olunur.[13][14][15] Qalaktus sonsuzluq ilə ölüm arasındakı balansı qoruyur.[16] Qalaktusun əsl şəkli dəqiq deyil: kainatda yaşayan hər irq, hər mədəniyyət onu müxtəlif cür görür.[17]
Qalaktus böyük kosmik gücə malikdir.[18] Kosmik şüur, telepatiya, telekinez, enerji şüalandırması,[19] ölçü dəyişdirmək, maddənin tranmutasiyası, teleportasiya, həyat yaratmaq,[20] qalxan formalaşdırmaq, portal açmaq, ruh və yaddaş manipulyasiyası güclərinə malikdir. Qalaktus mövcudluğunu qorumaq üçün həyat olan planetləri udmaq məcburiyyətindədir. Udacağı planetləri müəyyənləşdirmək üçün ora xəbərgətirənlərini göndərir. Xəbərgətirənlər Qalaktusun onlara verdiyi bəzi güclərə malik olurlar. Qalaktus bu gücləri onlardan ala da bilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Galactus is number 5" Arxivləşdirilib 2019-09-15 at the Wayback Machine IGN, 2009.
- ↑ Thomas, Roy, Stan Lee's Amazing Marvel Universe (Sterling Publishing, New York, 2006), "Moment 29: The Galactus Trilogy", pp. 112–115. ISBN 1-4027-4225-8; ISBN 978-1-4027-4225-5
- ↑ Hatfield, Charles. "The Galactus Trilogy: An Appreciation". The Collected Jack Kirby Collector. 1. February 2004: 211.
- ↑ 1 2 Super-Villain Classics: Galactus the Origin #1 (May 1983). Marvel Comics.
- ↑ Thor #168–169. Marvel Comics.
- ↑ Fantastic Four #522. Marvel Comics.
- ↑ Fantastic Four #48 (March 1966). Marvel Comics.
- ↑ Cosmic Powers #6 (Aug. 1994). Marvel Comics.
- ↑ Silver Surfer #1 (Aug. 1968)
- ↑ Fantastic Four #48–50 (March–May 1966). Marvel Comics.
- ↑ Cronin, Brian. "A Year of Cool Comics – Day 50". Comic Book Resources. 19 fevral 2010. Archived from the original on 4 May 2010. İstifadə tarixi: 29 September 2010.
- ↑ Beta Ray Bill: Godhunter #3 (August 2009). Marvel Comics.
- ↑ Super-Villain Classics #1 (May 1983). Marvel Comics.
- ↑ Thanos #3 (Feb. 2004). Marvel Comics.
- ↑ Ultimates vol 2 #6 (April 2016). Marvel Comics.
- ↑ Silver Surfer vol. 3, #18 (Dec. 1988). Marvel Comics.
- ↑ Fantastic Four #521 (Feb. 2005). Marvel Comics.
- ↑ Marvel Super Heroes: Secret Wars #9 (Jan. 1995). Marvel Comics.
- ↑ Fantastic Four #242 (May 1982)
- ↑ Cosmic Powers Unlimited #2 (Aug. 1995)