Qazalaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4–5 adam otura bilirdi. Təkərləri "Bakı" və "Şamaxı" arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]