Qazızadə Əhməd Şəmsəddin Əfəndi
Qazızadə Əhməd Şəmsəddin Əfəndi | |
---|---|
Əvvəlki | Kürəkən Həmid Əfəndi |
Sonrakı | Malulzadə Mehmed Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ədirnə |
Vəfat tarixi | |
Vəfat yeri |
Qazızadə Əhməd Şəmsəddin Əfəndi (1512 – 25 may 1580, İstanbul) — Osmanlı alimi və şeyxülislamı.
Həyatı
[redaktə | mənbəni redaktə et]1512-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Süleyman Qanuni dövrünün Ədirnə qazılarından Bədrəddin Mahmuddur. Bu səbəblə tarixi mənbələrdə Qazızadə olaraq anılır. İlk təhsilini aldıqdan sonra Ədirnədəki darülhədis müdərrisi Qılınczadə İshaq Çələbidən dərslər aldı. Daha sonra Üçşərəfəli müdərrisi Çivizadə Muhiddin Əfəndinin xidmətinə girdi. Ardından Sahn-ı səman mədrəsəsinin müdərrislərindən Əbusuud Əfəndinin və Sadullah Sədi Əfəndinin dərslərinə qatıldı. Nəhayət, Əbdülqədir Çələbinin tələbəsi ikən mədrəsə təhsilini tamamladı.
25 axca maaşla Bursa Fərhadiyyə mədrəsəsinə, ardından 30 axca maaşla Əhməd Paşa mədrəsəsinə müdərris oldu. 1543-cü ildə Bursa Kaplıca mədrəsəsinə, 1550-ci ildə Sahn-ı səman mədrəsəsinə təyin edildi. 1553-cü ildə Süleymaniyyə mədrəsələrindən biri ona, digəri isə Memarzadəyə verildi.
Müdərrislikdən qazılığa keçən Qazızadə 1555-ci ilin dekabrında Hələb qazısı oldu. Onunla birlikdə Hələbə gedən tələbəsi şair Baki də burada qazı naibi oldu. Qazızadə 1560-cı ilin avqustunda 80 axca maaşla təqaüdə ayrıldı. Səmiz Əli Paşanın sədarəti dövründə İstanbul şəhərindəki təftişlə vəzifələndirildi və 1563-cü ilin noyabrında Pərviz Əfəndinin yerinə İstanbul qazısı oldu. Bu vəzifədə ikən Sultan Süleymanı Zigetvar səfərinə yola saldı və Sultan Səlimin cülusunda iştirak etdi. Bu əsnada həm Rumeli, həm də Anadolu başqazılarının vəzifədən alınması ilə Kürəkən Həmid Əfəndidən boşalan Rumeli başqazılığına gətirildi. Ancaq 1567-ci ilin iyununda padşahın müəllimi Ataullah Əfəndi ilə münasibətləri korlandı və vəzifədən alındı. Daha sonra 150 axca maaşla müdərris oldu və sədrəzəm Sokullu Mehmed Paşa ilə münasibətlərinin korlanması səbəbilə Ədirnəyə köçdü. 1573-cü ilin iyununda 200 axca maaşla Ədirnə darülhədisi ona verildi.
Sultan Muradın cülusu səbəbilə maaşı 50 axca artırılan Qazızadə 1575-ci ilin mayında Süleymaniyə darülhədisinə təyin edildi, həmin ilin iyununda yenidən Rumeli başqazısı oldu. 18 oktyabr 1577 tarixində Həmid Əfəndinin yerinə şeyxülislamlığa gətirildi. 2 ildən çox bu vəzifədə qalan Əhməd Şəmsəddin Əfəndi 25 may 1580 tarixində vəfat etdi və öz adını daşıyan türbəsinə dəfn edildi.
Qazızadə Əhməd Şəmsəddin Əfəndi başqazılığı dövründə bir çox yeniliklərə səbəb olmuş, dövlət aristokratiyasında başqazıları Anadolu və Rumeli bəylərbəylərindən sonrakı mərhələyə yüksəltmişdir. Bundan başqa İstanbul rəsədxanasının da "göyləri izləmək bədbəxtlik gətirər" fətvasıyla ləğv etdirdiyi bilinir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Lutfi Paşa, Âsafnâme (haz. Mübahat Kütükoğlu, Prof. Dr. Bekir Kütükoğlu’na Armağan içinde), İstanbul 1991, s. 18;
- Selânikî, Târih, s. 16, 43, 52, 61, 67, 106, 174, 428;
- Atâî, Zeyl-i Şekāik, s. 259–261;
- ayrıca bk. İndeks; Kâtib Çelebi, Fezleke, I, 396;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 74;
- İlmiyye Salnâmesi, s. 392–398 (yedi fetva örneği);
- Osmanlı Müellifleri, I, 401;
- Serkîs, MuǾcem, II, 1488;
- Hediyyetü’l-Ǿârifîn, I, 148–149;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 453–454;
- Abdülkadir Altunsu, Osmanlı Şeyhülislamları, Ankara 1972, s. 37–38;
- Cahid Baltacı, XV–XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 1976, s. 608;
- A. Süheyl Ünver, İstanbul Rasathanesi, Ankara 1985, s. 51, 52, 54;
- Aydın Sayılı, "Rasadhâne", İA, IX, 631.