41°18′09″ şm. e. 46°49′41″ ş. u.HGYO

Qıpçaq (Qax)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qıpçaq
41°18′09″ şm. e. 46°49′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 221 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 616 nəf.
Xəritəni göstər/gizlə
Qıpçaq xəritədə
Qıpçaq
Qıpçaq

QıpçaqAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Kəndin adı türkdilli qədim qıpçaq tayfasının adı ilə bağlıdır. Hələ e.ə. 203-cü ilə aid Çin salnaməsində haqqında məlumat verilən qıpçaqlar əvvəllər Altayda yaşamışlar. Sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışlar.

Azərbaycan ərazisinə qıpçaq tayfalarının gəlməsi müxtəlif tədqiqatlarda əks olunmuşdur, belə ki, bəzi tədqiqatçılar bu tarixi hadisəni IV-V əsrlərə (M. Şirəliyev), VII-VIII əsrlərə (L.Bünyadov), HI-IV əsrlərə (Q.Voroşil), XI-XII əsrlərə (Q.Qeybul- layev), IX-X əsrlərə (İbn-əl-Əsir) aid edirlər.

Qıpçaq tayfaları Azərbaycanlıların, qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, qumuq və s. xalqların etnogenezində iştirak etmişlər. Beləliklə, Qıpçaq etnooykonimdir.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qaraçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik Azərbaycan türkləri olan muğallardan ibarət hər iki cinsdən toplam 317 nəfər əhali yaşayırdı.[2]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 162 təsərrüfatda hər iki cinsdən toplam 665 nəfər əhali yaşayır.[3]

1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən kənddə hər iki cinsdən toplam 712 nəfər əhali yaşamaqdadır[3]

  • Ziyadov Mehdi Bəhram oğlu — 10 dekabr 1964-cü il tarixində Qax rayonunun Qıpçaq kəndində anadan olmuşdur. 1992-ci ilin martında könüllü olaraq Milli Ordu sıralarına getmişdir.O, Goranboy rayonunun Erkəç, Gülüstan, Buzuluq və sair kəndlərinin düşməndən təmizlənməsində iştirak etmişdir. Füzuli rayonunun Veysəlli kəndində baş vermiş son döyüşündə əsgərlərimizin mühasirdən çıxarılmasına böyük kömək göstərən, düşmənin 1 ədəd PDM-ni və 40-a dək əsgərini məhv edən Mehdi 1 iyul 1992-ci il, Füzuli rayonunun Veysəlli kəndi yaxınlığında şəhid olub. Ziyadov Mehdi Qax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmiş, Qıpçaq kənd tam orta məktəbinə onun adı verilmişdir.
  • Osmanov Nəzir Rahib oğlu
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 142
  3. 1 2 Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today