Pyotr Erke
Pyotr Erke | |
---|---|
rus. Пётр Семёнович Кириллов | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası, Samara quberniyası, Kiçik Tolkay k. |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | SSRİ |
Fəaliyyəti | yazıçı, jurnalist |
Əsərlərinin dili | Erzyan dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyotr Semyonoviç Kirillov[1] (Pyotr Erke, 8 iyul 1910 — 24 noyabr 1955) — erzyan yazıçısı.
Pyotr Erke 1910-cu ilin 8 iyul tarixində Samara vilayətinin Kiçik Tolkay kəndində, kəndli ailəsində anadan olmuşdur. Burada onun uşaqlıq və yeniyetməlik dövrünü keçirmişdir. Məktəbi anadan olduğu kənddə bitirmişdir. 1928-ci ildə isə Mordova pedaqoji texnikomunu bitirir. Daha sonra Moskva Redakrtə-Nəşriyyat İnstitutu (1933), Ümumittifaq kinomatoqrafiya institutunu bitirir (1937). 1934-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır.
Pyotr Erkenin 1932-ci ildə ilk şerlər toplusu olan «Mejavtomo» («Yataqsız»), bir il sonra isə ikinci şerlər toplusu olan «Staka kiyava» («Çətin yollarla»). Moskva Redaktə-Nəşriyyat İnstitutunun tələbəsi olaraq Kirillov bir çox poetik əsər meydana qomuşdur ki, onlar arasında ən uğurlusu lipoepik poeması "Valske Sura lanqso" (Suredə səhər, 1934). Bu əsərdə müəllif Mordoviyalıların azadlıq və xoşbəxtlik üçün çoxsaylı mübarizəsini əks etdirir.
30-cu illərin ortalarında dram əəsərlərini sınamağa başlayır. Pyotr Kirillovun ilk pyesi «Kuzma Alekseev» (1935) Teryuşev mordoviyalıların (1808-1810) üsyanına həsr olunmuşdur. Daha sonra "Litova" (1939) pyesinin yazır. Bu əsərin əsası mordovalıların Stepan Razinin üsyanında iştirakı ilə əlaqədar hadisələrdən bəhs edir. Pyotr Kirillov fəal nəsr janrında fəaliyyət göstərməyə başlayır və «Vasense urok» hekayəsini («İlk dərs», 1940) yazır. Böyük Vətən müharibəsi zamanı onun kiçik şerlər toplusu olan «Voynan kiyava» («Müharibənin yolları ilə», 1945) kitabını çap elətdirir. Şair bu əsəri özünün ən yaxşı əsərlərindən biri hesab edirdi.
1946-cı ildən yazıçı Moskvada yaşayırdı və yaradıcılıqla məşqul idi. 1933-1934-cü illərdə «Syatko» jurnalında haqqında məlumatın dərc olunmasına baxmayaraq, o «Ukskat» romanı üzərində işləyirdi. P. Kirillovun müharibə sonrası yazdığı "Müəllim" dramı (1953-cü ildə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmiş və 1956-cı ildə nəşr olunmuşdur) mühüm yer tutur.
Pyotr Erke tərcüməçi kimi də nəzərə çarpan işlər görmüşdür. O, şifahi xalq sənətinə, onun təbliğinə çox böyük diqqət yetirirdi.
Pyotr Erke Vətən müharibəsi ordeninin 1-ci və 2-ci dərəcələri, Qırmızı ulduz ordenləri ilə təltif edilmişdir. Şair 24 noyabr 1955-ci ildə Moskvada vəfat etmişdir və Saranskda torpağa tapşırılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Pyotr Semyonoviç Kirillov". 2019-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.