Pyotr Babayev
Pyotr Babayev | |
---|---|
rus. Пётр Бабаев | |
Doğum tarixi | |
Doğum yeri | Kasimov, Ryazan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Vətəndaşlığı |
Rusiya imperiyası→ Rusiya SFSR |
Atası | Həkim Babayev |
Anası | Lyubov Qriqoriyeva |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyotr Akimoviç Babayev (rus. Пётр Акимович Бабаев) (10 iyun 1883 – 25 aprel 1920, Moskva) — Azərbaycan əsilli rus inqilabçısı. XX əsrin əvvəllərindən üç rus inqilabında fəal iştirak etmişdir. 1918-ci ildən Moskva Sokolniki rayon RK(b)P-nın katibi, rayon sovetinin sədri. Onun adı bir sıra müəssisələr parklar və kücələrin adında əbədiləşdirilmişdir. 1922-ci ildə Abrikosovun Moskvadakı qənnadı fabrikinə Pyotr Babayevin adı verilmışdır. Hazırda ОАО – "Babayev qənnadı konserni" ASC adlanır. Şəki şəhərində Pyotr Babayevin adıyla mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Burada onun büstü qoyulmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pyotr Babayev 10 iyun 1883-cü ildə Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı loğman, təbib Həkim Baba (Həkim Babayev) ailəsində dünyaya gəlmışdir. Atası Həkim Baba (Həkim Babayev) Nuxa şəhərində (Şəki) anadan olmuşdur. 1878-ci ildə fəhlə iğtişaşlarının təşkilatçısı kimi Ryazana sürgün olunmuşdur.
Sürgün həyatı dövründə Kasimov şəhərində zavodda fəhlə işləyən Həkim Baba (Həkim Babayev) , burada Lyubov Qriqoriyeva ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların 8 uşağı — Antonina, Pyotr, İlya, Dmitri, İvan, Sonya, Qeorqi və Polina dünyaya gəlmişdir. Həkim Baba (Həkim Babayev) övladlarına azərbaycanlı adları vermək istəsə də, mövcüd dini qanunlar və Rusiya imperiyasınin ənənələrinə əsasən buna icazə verilməmışdır. İbtidai təhsilini başa vurmamış 13 yaşlı P.Babayev Ryazanda olan mexaniki fabrikdə usta köməkçisi kimi işləyır. Sonrakı dövrdə uzun müddət sənətinə uyğun iş tapa bilməyən P.Babayev Baltik donanmasına matros kimi hərbi xidmətə çağrılır. Burada o Rusiya Sosial Demokrat bolşeviklər partiyasına üzv olur. 1905-ci il inqilabında yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənən P.Babayev sonralar I dünya müharibəsində də iştirak edir. 1916-cı ildə Petroqrad patron zavodunda işləmək ücün cəbhədən geri çağrılır, fəal təşviqatçı və təşkilatçı kimi həyatını bütünlükdə siyasi fəaliyyətə həsr edir. 1917-ci il iyul çıxışlarında və oktyabr çevrilişində yaxından iştirak edir. 1818-ci ildən Moskva Sokolniki rayon partiya komitəsinin katibi olan P.Babayev 1920-ci il aprelin 25-də vərəm xəstəliyindən vəfat etmışdir.