14°49′ c. e. 138°48′ q. u.HGYO

Puka-Puka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Puka Puka adası
fr. Puka Puka
Ümumi məlumatlar
Sahəsi 4 km²
Əhalisi 157 nəfər (2007-ci il)
Yerləşməsi
14°49′ c. e. 138°48′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Puka Puka adası xəritədə
Puka Puka adası
Puka Puka adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir.

Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir[1]. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır.

Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır. 1947-ci ildə Tur Heyerdal Kon-Tiki qayığında Okeaniyanı üzüb keçərkən ilk gördüyü ada Puka-Puka olmuşdur. 1996-cı ildə güclü tayfundan zərər görən Te One Mahina qəsəbə Fransa dəstəyi sayəsində yenidən bərpa edilir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Tuamotu-Qambe inzibati vahidliyinə daxildir.

2007-ci il məlumatına görə adada 157 nəfər yaşayır[2]. Te One Mahina əsas yaşayış məntəqəsidir. Burada 110 nəfər yaşayır.

  1. "Pukapuka" (ingilis). oceandots.com. 2012-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 июня 2010.
  2. . "Population des communes de Polynésie française" (ingilis). INSEE. 2012-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 июня 2010.