Petko Slaveykov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Petko Slaveykov
Doğum tarixi [1]
Doğum yeri Tarnovo Osmanlı İmperiyası
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Sofiya Bolqarıstan
Dəfn yeri
  • Sofiya mərkəzi qəbiristanlığı[d]
Fəaliyyəti Şair, publisist, ictimai xadim, folklorist
Əsərlərinin dili bolqar dili
Janr Şeir
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Petko Slaveykov – (bolq. Петко Рачов Славейков; 17 noyabr 1827[2][3][…], Veliko Tırnovo1 iyul 1895[2][3][…], Sofiya[3])Bolqar şairi, publisisti, ictimai xadimi və folkloristidir.[4]

Slaveykov 1827-ci ildə Tarnovoda doğuldu. Anası Penka doğum zamanı vəfat etdi, Petko möcüzəvi şəkildə sağ qaldı. Atası Raço misgər idi. Petko anasının yaşadığı Vişovqrad kəndində çoxlu bülbüllər (bolq. slavey) gördü və soyadını Slaveykov olaraq dəyişdirməyə qərar verdi.

Slaveykov təhsilini Tarnovo, Dryanovo, Tryavna monastırlarında aldı. Tarnovo yaxınlığındakı monastır kitabxanasında kitab oxuyaraq özünü inkişaf etdirdi. Qərbi Avropa və Serb ədəbiyyatı ilə tanış oldu, yunan dilini öyrəndi.

Slaveykov 1843-cü ildən şəhərində müəllim olaraq çalışmağa başladı, amma yazdığı satirik şeirə görə qovuldu. Bundan sonra fərqli şəhərlərdə dərs verməyə başladı.

Slaveykov Mirzə Şəfinin şeirlərini də öz dillərinə tərcümə etmişdir.[5]

1852-ci ildən ilk kitabları "Smesena", "Pesnepoya" və "Basnenik" çap olunmuşdur. 1853-cü ildə Krım müharibəsindən təsirlənərək "Boyka Voyvoda" şeirini yazmışdır. 1864-cü ildə Bolqar İncil Dərnəyi tərəfindən İncilin şərqi bolqar dilinə tərcümə edilməsi üçün İstanbula dəvət edilmişdir.[6]

1864-cü ildə Slaveykovun İstanbulda çap edilmiş kitabında Məhəmməd Füzulinin şeirinə də yer verilmişdir.[7]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1873-cü ildə Ədirnədə bolqar liseyini açıb. "93 Hərbi" zamanı mülki şəxs olaraq rus birliklərinə qatılıb, orduyla bərabər İstanbul yaxınlarına qədər gəlib. 1878-ci ildə Bolqarıstanın Osmanlı İmperiyasından müstəqilliyini qazanmasından sonra millət vəkili kimi qurucu Bolqarıstan Milli Məclisinə (bolq. Народно събрание) girmiş, Petko Karavelov ilə birlikdə demokratik bir konstitusiya hazırlanmasına çalışmışdır. 1880-ci ildə məclis sədri olub. 1880–1881-ci illəri arasında Bolqarıstanın Daxili İşlər naziri olub. Bu müddətlərdə Osten (1879), Tselokupna Balgariya (1879), Nezavisimost (1880–1883), Tarnovska konstitutsiya (1884), Istina (1886), Sofiyski dnevnik (1886) ve Pravda (1888) adlı qəzetlər çıxarmışdır.

Həyatının son illərində siyasi fikirlərinə görə həbs edilmiş, müəllimlik etməsi qadağan edilmiş, cəza olaraq əmək pensiyası azaldılmışdır. Petko Slaveykov 1 iyul 1895-ci ildə Sofiyada vəfat edib.

İrina Raykova ilə evli olan Slaveykovun siyasətçi İvan və Xristo, müxbir Raço, şair Penço da daxil olmaqla 8 uşağı vardı.

  1. "Petko Slaveykov bioqrafiyası". 2007-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  2. 1 2 Petko Rachev Slaveykov // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 http://www.slovo.bg/showbio.php3?ID=277.
  4. Petko Slaveykov
  5. "Soni Boyeva". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  6. [1]
  7. "Füzulinin şeiri Slaveykovun kitabında çap olunub". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.