Peter Maurer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Peter Maurer
Doğum tarixi 20 noyabr 1956(1956-11-20)[1][2] (68 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peter Maurer (20 noyabr 1956[1][2], Tun[d]) — İsveçrə diplomatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri. O, bu vəzifəyə 1 iyul 2012-ci ildə təyin edilmişdir.

Peter Maurer Berndə tarix və beynəlxalq münasibətlər üzrə təhsil almış və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1987-ci ildə İsveçrə diplomatik korpusuna qoşulmuş və Berndə, Pretoriyada müxtəlif vəzifələrdə çalışmışdır. Maurer nəhayət 1996-cı ildə Nyu-Yorka köçmüş və burada İsveçrənin Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyinin rəhbərinin müavini təyin edilmişdir. O, 2000-ci ildə Berndə İsveçrə Xarici İşlər Nazirliyinin İnsan Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.[4]

Maurer 2012-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik edir.[5] Onun rəhbərliyi altında tarixi büdcə artımı yaşanmış, komitənin büdcəsi 1,1 milyarddan 2,4 milyard İsveçrə frankına qədər (2022-ci ilə qədər) yüksəlmişdir.[6]

  1. 1 2 Munzinger Personen (alm.).
  2. 1 2 Davos 2014 Participant List.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #136905730 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "ICRC names new president". 2011. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  5. "ICRC Finances". 2015. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  6. "The ICRC appeals for 2.4 billion Swiss francs for its operations in 2022". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.
  7. Dies Academicus 2014 at the University of Basel: Honorary Doctorate for ICRC President Peter Maurer Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine University of Basel, press release of 28 November 2014.
  8. Honorary Doctorate Conferred on Dr. Peter Maurer, President of the International Committee of the Red Cross Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine Waseda University, press release of 7 December 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]