Pansori
Pansori (kor. 판소리 - phansori) — müğənni ilə davulçü tərəfindən ifa edilən Koreya musiqili nağılbazlıq janrı.
Cənubi Koreya hakimiyyəti pansori müğənniləri yaşayan milli xəzinə olduğunu sayır.[1] 2003-cü ildə o, UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.[2]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Pansori sözü phan (kor. 판) və sori (kor. 소리) sözlərdən ibarətdir. Phan sözünün müxtəlif mənaları var və tədqiqatçılar onun bu sözdə nə məna daşıdığı haqqında razılıqda deillər. Mənalardan biri toplaşmadır, başqası isə fərqli tonlarda bəstələnən mahnıdır. Sori sözü isə səs demək.[3]
Tarix
[redaktə | mənbəni redaktə et]Pansori əsli XVII əsrdən (Coson krallığı dövrü) gəlir. İnanılır ki, ən ərkən pansori ifaçıları şamanlar ilə küçə artistləri, izləyiciləri isə aşağı sinif insanlar idilər.[4] Koreya yarımadanın hansı hissəsindən gəldiyini bilinmir, halbuki onun inkişafı Honam bölgəsində baş verirdi.[5]
İnanılır ki, təxminən XVIII əsrin ortasında, pansori artıq cəmiyyətin yuxarı siniflərin tərəfindən də qəbul ounmuşdu. Bunun sübutlarından biri odur ki, yanban sinifindən olan Yu Cin Han 1754-cü ildə Honamda ifa olunan məşhur Çunhyanga pansorinin mətnini yazdırıb. Bu onu göstərir ki, o vaxt yuxarı siniflərin nümayəndələri pansori çıxışlara gedirdilər.[6][7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jang, Yeonok (2013). Korean P'ansori Singing Tradition: Development, Authenticity, and Performance History. Scarecrow Press. ISBN 0810884623. pp. 3-4, 126-129.
- ↑ "Pansori Epic Chant". UNESCO Intangible Cultural Heritage. UNESCO. 2008. 2015-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "판소리" [Pansori]. Encyclopedia of Korean Culture (koreya). The Academy of Korean Studies. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ Um, Haekyung (2013). Korean Musical Drama: P'ansori and the Making of Tradition in Modernity. Ashgate Publishing. ISBN 0754662764. pp. 33-39
- ↑ Kim, Kee Hyung (2008). "History of Pansori". In Yi, Yong-shik. Pansori. The National Center for Korean Traditional Performing Arts. ISBN 9788985952101. p. 3-4
- ↑ Um, Haekyung (2013). Korean Musical Drama: P'ansori and the Making of Tradition in Modernity. Ashgate Publishing. ISBN 0754662764. p. 40
- ↑ Kim, Kee Hyung (2008). "History of Pansori". In Yi, Yong-shik. Pansori. The National Center for Korean Traditional Performing Arts. ISBN 9788985952101. p. 5