Portal:Google

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə


Vikipediya:  Google logo  portalı
redaktə  
     Google portalı

Google (azərb. Quql‎) dünyanın ən böyük axtarış sistemlərireklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.

Google <quql> - 1. İnternetdə axtarış, buludlu hesablamalar (CLOUD COMPUTING) və reklam texnologiyaları sahələrinə investisiya qoyan transmilli şirkət. Mənzil-qərargahı Mountain View şəhərində (Kaliforniya, ABŞ) yerləşir. 1998-ci ildə Stenford Universitetinin məzunları Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən yaradılıb. Sistem və uyğun şirkət öz adını qiyməti 10100 olan “quqol” (googol) riyazi kəmiyyətindən alıb; bu termin ötən əsrin 30-cu illərində amerikalı riyaziyyatçı Edvard Kasner tərəfindən daxil edilib. Şirkət əsasən özünün nəhəng Google axtarış sistemi ilə məşhurlaşıb. Şirkətin Gmail poçt xidməti, Google+ və Google Buzz sosial alətlər kimi onlayn-məhsulları da vardır. Bundan başqa, Google özünün Google Chrome brauzeri, fotoqrafiyalarla işləmək üçün Picasa proqramı və Hangouts ani məlumat mübadiləsi proqramı ilə tanınır. Smartfonlarda istifadə olunan Android mobil əməliyyat sistemi də Google şirkətinin məhsuludur.

2. İnternetdə ən populyar nəhəng axtarış sistemi. Google Inc şirkətinə məxsusdur. 1996-cı ildə Stenford Universitetinin tələbələri Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən tədris layihəsi kimi yaradılıb. BackRub adlanan bu layihənin əsasında onlar 1998-ci ildə yeni Google axtarış sistemini yaratmışlar. Google PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və başqa formatlı sənədlərdə axtarışı dəstəkləyir. Axtarış sisteminin belə populyar olması ingilis dilində yeni sözün yaranmasına səbəb olub: “to google”, yaxud “to Google” – “quqllamaq”. Bu feil İnternetdə Google sisteminin köməyi ilə axtarış aparmağı bildirmək üçün istifadə olunur. Bax: SEARCH ENGINE.

redaktə  
     Seçilmiş məqalə
Google+ — (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə.

28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır.

Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir.


(Davamı...)

redaktə  
     Seçilmiş bioqrafiya
Sergey Brin — amerikalı biznesmen, Google veb axtarış sisteminin yaradıcılarından biri.

Sergey Brin hazırda Google-nin texnologiya sahəsi üzrə müdiridir.

O, Forbes jurnalının 2016-ci ildə dərc etdiyi dünyanın ən zəngin şəxsləri reytinqində 38.2 milyard ABŞ dolları ilə 23-ci, ABŞ milyarderləri arasında isə 5-ci yerin sahibi idi.


(Davamı...)

redaktə  
     Bilirsinizmi



redaktə  
     Kateqoriyalar
redaktə  
     Mövzular

Google Inc.

Google xidmətləri və layihələri

Layihələr