Portal:Günəş sistemi/Bilirsinizmi
Naviqasiyaya keç
Axtarışa keç
- 1577-ci ilin Böyük kometi (şəkildə) keçişi zamanı Qalileo Qaliley kometaların sadəcə optik illuziyalar olduğu düşüncəsini müdafiə etdi və bu barədə təqribən bir əsr davam edən mübahisəyə səbəb oldu.
- Bəzi astronomlar Yerin Lilit adlanan ikinci peykinin olması düşüncəsini müdafiə edirlər.
- 2006-cı ildə Praqada keçirilən Beynəlxalq Astronomiya İttifaqının yığıncağında əldə olunan qərar nəticəsində Plutonun planetlər sırasından çıxarılaraq cırtdan planetlər sırasında daxil edilmişdir.
- Seyrək diskin üzvü hesab edilən Erida məlum olan ən böyük cırtdan planetdir.
- Günəş sistemində digər kosmik cismlə təmas etməyi bacaran insan istehsalı ilk cihaz SSRİ istehsalı Luna 2 kosmik gəmisidir.
- 14 dekabr 1972-ci ildə Apollon 17 missiyası çərçivəsində Ayda yeriyən Yucin Sernan Ayda yerimiş son insandır.
- 167 °C orta istiliyə sahib olan Merkurinin Günəş işığı düşməyən dərin qütb kraterlərində buz olduğu məlum olmuşdur.
- Böyük toqquşma fərziyyəsinə görə Ay Yerlə Teya adlanan planetin toqquşması nəticəsində Yerin ətrafındakı boşluğa saçılan maddələrin orbitdə tədricən toplanması nəticə meydana gəlmişdir.
- Günəş G2V sinfinə daxil olan sarı cırtdan tipli ulduzdur.
- Neptun 23 sentyabr 1846-cı ildə Urban Leveryenin hesablamaları əsasında İohann Qotfrid Qal tərəfindən tapılmışdır.