Politbüro
Politbüro — Siyasi Büronun qısaldılmış forması. SSRİ tarixində kommunist partiyanın, siyasətləri müəyyənləşdirən ən ali qərar orqanı. Rusiyada 1917 Oktyabr İnqilabından sonra dövlət hakimiyyəti üzərində tətbiq etdiyi senzura 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatmış, sonra varlığı faktiki olaraq sona çatmışdır.[1]
Rusiyada ilk Siyasi Büro, Oktyabr 1917-ci ilin sonlarında Bolşevik Partiyası Mərkəzi Komitə hazırlanan qiyam zamanı fasiləsiz və çevik bir idarəetmə mexanizmini təmin etmək məqsədilə yaradılıb. Bu siyasi büronun yeddi üzvü arasında Vladimir Lenin, Lev Trotski və İosif Stalin də var idi. Bolşevik üsyanının müvəffəqiyyət qazanması Siyasi Büronun dağılmasına gətirib çıxardı. Mart 1919-cu ildəki VIII Partiya Konqresi, Mərkəz Komitəsinə öz üzvləri arasından beş nəfərlik yeni bir Siyasi Büronun seçmə tapşırığını verdi. Bu orqanın rəsmi vəzifə, Mərkəz Komitəsinin növbəti sessiyalarını gözləyə bilməyəcək qədər təxirəsalınmaz problemlər barəsində qərara gəlmək. Çox keçmədən partiya və dövlət rəhbərliyində mühüm mövqe üzərinə götürən Siyasi Büronun, vəzifə baxımından Mərkəz Komitəsini kölgədə qoydu.[2]
Sovet İttifaqı Kommunist Partiyasında (KPSS) gündəliyi hazırlayan, müzakirə ediləcək məsələlərlə bağlı sənədləri təmin edən və Siyasi Büronun qərarlarını alt pillələrə ötürən orqan partiya katibliyi olmuşdur. Bu səbəbdən KPSS baş katibi Siyasi Büronun ən təsirli üzvlərindən birinə çevrildi. Bu məqamı əlində tutan Stalin, Leninin 1942-ci ildə ölümünü izləyən hakimiyyət mübarizəsinin ardından Siyasi Büronun üzərində nəzarətçi bir mövqe əldə etdi və bu orqanla yanaşı, bir bütün olaraq partiya də qəti suverenliyi də əlinin altına aldı.[3]
Siyasi büro 1952-ci ildə qaldırıldı və əvəzinə, üzv sayı daha çox olan Mərkəzi Komitəsi Rəyasət Heyəti gətirildi.[4]
Adın tarixçəsi
[redaktə | mənbəni redaktə et]"Politburo" termini Azərbaycan dilinə, Rus sözü olan "Политбюро"-dan gəlir. Termin, ispanca Politburó Rus dilindən olduğu kimi köçürülüb, Alman dilində isə Politbüro olaraq yazılır. Həmçinin bu söz Viyetnamca (Bộ Chính trị), Koreyaca isə (정치국, 政治局 Jeongchiguk) kimi yazılır və tələffüz edilir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "What is Politburo?" Arxivləşdirilib 2022-03-24 at the Wayback Machine. Merriam-webster.com. 31 Avqust 2012. İstifadə tarixi: 16 İyun 2014
- ↑ "USSR: Communist Party: Politburo Arxivləşdirilib 2020-01-05 at the Wayback Machine". Archontology.org. İstifadə tarixi: 16 İyun 2014
- ↑ "Politburo (Soviet political body) – Encyclopædia Britannica Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine". Britannica.com. 24 Aprel 2013. İstifadə tarixi: 16 İyun 2014
- ↑ Dmitri Volkonov, Lenin. A New Biography, tərcümə və redaktəsi Harold Şukman (New York: The Free Press, 1994), səh. 185.
- ↑ "A List of Current Communist Countries Arxivləşdirilib 2016-12-16 at the Wayback Machine". Geographyabout.com. 29 May 2014. İstifadə tarixi: 16 İyun 2014