Polina Rəhimova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Polina Rəhimova
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1990(1990-06-05)[1] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Voleybolçu məlumatları
Boyu 1.98
Çəkisi 76 kq
Zərbəsi 324 sm
Bloku 310 sm
Mövqeyi Hücumçu
Karyerası
Komandası Braziliya Osasco/São Cristóvão Saúde
Nömrəsi 17
Həvəskar karyerası
2005–2007 Azərbaycan Nəqliyyatçı
Klub karyerası
2007–2014
2014–2015


2015–2016
2017–2018
2018
2018–2019
2019–2021
2021–2022

2021–2022
2022–2023
2022–2023
2023–2024
2023–2024
2024–h.h.
Azərbaycan Azərreyl Bakı
Cənubi Koreya Suvon Hyundai Engineering & Construction Hillstate Voleybol Komandası
Yaponiya Toyota Auto Body Queenseis
Türkiyə Fənərbaxça QVK
İtaliya Èpiù Pomì Casalmaggiore
Türkiyə Türk Hava Yolları İK
Braziliya Sesi Vôlei Bauru
İtaliya VBC Trasporti Pesanti Casalmaggiore
Vyetnam Geleximco Thái Bình
Türkiyə Kuzeyboru
Vyetnam Hoa Chat Duc Giang Tia Sang
Türkiyə Karayolları Spor Kulübü
İndoneziya Gresik Petrokimia
Braziliya Osasco/São Cristóvão Saúde
Milli komanda karyerası
2007–h.h. Azərbaycan Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polina Rəhimova (5 iyun 1990[1], Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur.

Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub.

2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı. Bu transferlə Polina karyerasında ilk dəfə olaraq legioner həyatı yaşayıb.[2] 2015-ci il üçün isə o, Yaponiyanın "Toyota Auto Body" kollektivi ilə bir illik müqavilə imzalayıb.[3]2015-ci il dekabrın 12-si keçirilən Hitaçi Riveyllə oyunda Polina Rəhimova bir oyuna ən çox xaltoplamaq üzrə 58 xalla dünya rekorduna imza atıb.[4]

2017-ci ildə o, Türkiyənin "Fenerbahce" klubuna transfer olub və türk liqasında oynamağa haqq qazanıb.

2018-ci ildə o, İtaliyanın “Pomi Casalmaggiore“ klubuna transfer olunub.

2019-cu ildə isə o, yendən Türkiyənin "THY Turkish airlines" klubuna transfer olunsa da, həmin ildə Braziliyanın “Sesi Bauru” klubuna transfer olunaraq 2021-ci ilədək bu klubda çıxış edib. Braziliyada 2021-ci ildə o, türkiyəli biri ilə tanış olub və ailə həyatı qurub.

2021-ci ildə o, İtaliyanın "VBC Casalmaggiore" klubuna transfer olunub.

2022-ci ildə isə o, Vyetnamın "Geleximko Thai Binh" klubuna transfer olunub.

2023-cü ildə isə o, Türkiyənin "Kuzeyboru" komandasına transfer olunub.

2023-cü ildə o, yenidən Vyetnama qayıdıb. "DGC" klubuna transfer olunub.

2024-cü ildə isə o, Türkiyənin "Karayolları" klubundan İndoneziyanın "Petrokimia Gresik" klubuna transfer olunub.

Rəhimova ən son 2023-cü ildə Voleybol üzrə Avropa Çempionatında Azərbaycan millisində çıxış edib.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]
Mövsüm Komanda/Klub Ölkə
2005/06 - 2006/07 Nəqliyyatçı VK Azərbaycan Azərbaycan
2007/08 - 2013/14 Azərreyl Bakı Azərbaycan Azərbaycan
2014/15 - 2014/15 Suvon Hyundai Engineering & Construction Hillstate Voleybol Komandası Cənubi Koreya Cənubi Koreya
2015/16 - 2016/17 Toyota Auto Body Queenseis Yaponiya Yaponiya
2017/18 - 2017/18 Fənərbaxça QVK Türkiyə Türkiyə
2018/19 - 2018/19 Èpiù Pomì Casalmaggiore İtaliya İtaliya
2018/19 - 2018/19 Türk Hava Yolları İK Türkiyə Türkiyə
2019/20 - 2020/21 Sesi Vôlei Bauru Braziliya Braziliya
2021/22 - 2021/22 VBC Trasporti Pesanti Casalmaggiore İtaliya İtaliya
2021/22 - 2021/22 Geleximco Thái Bình Vyetnam Vyetnam
2022/23 - 2022/23 Kuzeyboru Türkiyə Türkiyə
2022/23 - 2022/23 Hoa Chat Duc Giang Tia Sang Vyetnam Vyetnam
2023/24 - 2023/24 Karayolları Spor Kulübü Türkiyə Türkiyə
2023/24 - 2023/24 Gresik Petrokimia İndoneziya İndoneziya
2023/24 - davam edir Osasco/São Cristóvão Saúde Braziliya Braziliya

Fərdi nəaliyyətləri

[redaktə | mənbəni redaktə et]
Turnir Mükafat
Vyetnam Liqası 2022/23 Ən yaxşı hücumçu
Vyetnam Liqası 2021/22 Ən dəyərli oyunçu (MVP)
Vyetnam Liqası 2021/22 Ən yaxşı bombardir
Vyetnam Liqası 2021/22 Ən yaxşı hücumçu
Braziliya Superliqası 2020/21 Ən yaxşı bombardir
Braziliya Superliqası 2020/21 Ən yaxşı server
Braziliya Superliqası 2019/20 Ən yaxşı bombardir
Braziliya Superliqası 2019/20 Ən yaxşı server
BVA Kuboku 2018/19 Ən yaxşı əks-hücumçu
BVA Kuboku 2018/19 Ən yaxşı bombardir
BVA Kuboku 2018/19 Ən yaxşı server
Avropa Çempionatı 2019 Ən yaxşı server
Avropa Çempionatı 2017 Ən yaxşı bombardir
Avropa Çempionatı 2017 Ən yaxşı server
Yaponiya SV.Liqası 2016/17 Ən yaxşı bombardir
Yaponiya SV.Liqası 2016/17 Ən yaxşı server
Yaponiya SV.Liqası 2016/17 Ən yaxşı çöl oyunçusu
Avropa Qızıl Liqası 2016 Ən dəyərli oyunçu (MVP)
Avropa Qızıl Liqası 2016 Ən yaxşı bombardir
Avropa Dünya Çempionatı Seçmələri 2018 Ən yaxşı server
Kurowashiki Turniri 2015/16 Ən yaxşı hücumçu
Kurowashiki Turniri 2015/16 Ən yaxşı bombardir
Kurowashiki Turniri 2015/16 Ən yaxşı server
Yaponiya SV.Liqası 2015/16 Ən yaxşı bombardir
Yaponiya SV.Liqası 2015/16 Ən yaxşı server
Yaponiya SV.Liqası 2015/16 Ən yaxşı çöl oyunçusu
Avropa Oyunları 2015 Ən yaxşı bombardir
Koreya V-Liqası 2014/15 Ən yaxşı bombardir
Koreya V-Liqası 2014/15 Ən yaxşı çöl oyunçusu
Koreya V-Liqası 2014/15 Ən yaxşı hücumçu
Koreya V-Liqası 2014/15 Ən yaxşı server
Azərbaycan Super Liqası 2011/12 Ən yaxşı server
Azərbaycan Super Liqası 2010/11 Ən yaxşı bombardir
Azərbaycan Super Liqası 2010/11 Ən yaxşı server
Azərbaycan Super Liqası 2010/11 Ən yaxşı əks-hücumçu
Çelenc Kuboku 2010/11 Ən yaxşı bombardir
Çelenc Kuboku 2010/11 Ən yaxşı hücumçu
Çelenc Kuboku 2010/11 Ən dəyərli oyunçu (MVP)
Azərbaycan Super Liqası 2009/10 Ən yaxşı bombardir
Azərbaycan Kuboku 2009/10 Ən yaxşı bombardir
Azərbaycan Super Liqası 2006/07 Ən yaxşı server
Azərbaycan Super Liqası 2006/07 Ən yaxşı əks-hücumçu
Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı bombardir
Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı server
Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı hücumçu
Azərbaycan Super Liqası 2005/06 Ən dəyərli oyunçu (MVP)
Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı əks-hücumçu
Azərbaycan Super Liqası 2007/08 Ən dəyərli oyunçu (MVP)
Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı bombardir
Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı server
Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı hücumçu
Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı əks-hücumçu