Polimle
Polimle (serb. Полимље / Polimlje) — Balkanlarda yerləşən coğrafi vilayət. Vilayət Lim çayının vadisini əhatə edir. Polimle tarixi vilayətinin ərazisi hazırda Novopazar Sancaq, Stari-Vlax və Raşka vilayətlərinin tərkibini təşkil edir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Polimle vilayəti hazırda Bosniya və Herseqovinanın bir parçası olan Serb Respublikası, Serbiya və Monteneqro ərazilərinə daxildir. Əsasən Lim çayımın axdığı vadini əhatə edir. Polimle şimaldan cənuba çay axınının istiqamətində Yuxarı və Aşağı olmaqla iki hissəyə bölünür. Şimal (Aşağı Polimle) ərazisində (Lim çayının hövzəsi) əsasən serb icmaları yaşayır. Bu bölgə Bosniya və Herseqovinanın serb Respublikası ərazisinə daxildir. Rudo icmasıda bu regiona daxildir. Burada Polimle adlı ərazi belə vardır. Cənub (Yuxarı Polimle) ərazisində (Lim çayının hövzəsi) əsasən monteneqro icmaları yaşayır. Bölgənin ən iri şəhərləri:Priboy, Priepole, Brodarevo, Bielo-Pole, Berane, Andreivisa və Plav.
Polimle tarixi vilayəti hazırkı, Novopazar Sancaq vilayətinin cənub, qərb və cənub-şərq ərazilərini əhatə edir. Aşağı Polimle Stari-Vlaxanın cənub bölgəsini əhatə edir. Şimalda Uvats çayını boyunca Zlatibor, şərqdə Raşka bölgəsi, cənubda Çernoqoriya dağları, cənub-qərbdə Köhnə Hersoqovina, qərbdə Rudo, Aşağı Polimle və Podrine ilə sərhədlənir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Pomile serb və Serbiyanın tarixibndə böyük rol oynamışdır. Bölgə orta əsrlər döönəminə aid kilsə və monastrlarla zəngindir. Lim vadisindən çox əhəmiyyətli avtomobil və dəmir yolları (Belqrad-Bar dəmir yolu daxil olmaqla) keçir. Beləliklə Polimle nəqliyyatın böyük əhəmiyyət kəsb etməsi baxımından olsuqca əlverişli ərazidə yerləşir. Bölgədə sənaye və əkinçilik inkişaf etdirilmiş, kənd turizmi isə çiçəklənməkdədir.
Polimledə serblər, monteneqrolular, boşnaqlar və albanlar yaşayır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Историја српског народа (књ. 6, св. 1): Од Берлинског конгреса до Уједињења 1878-1918. Српска књижевна задруга. 1983.
- Јагодић, Милош (2010). Уређење ослобођених области Србије 1912—1914: Правни оквир. Београд: Историјски институт.
- Јагодић, Милош (2013). Нови крајеви Србије (1912-1915). Београд: Филозофски факултет.
- Šabanović, Hazim (1959). Bosanski pašaluk: Postanak i upravna podjela. Sarajevo: Naučno društvo Bosne i Hercegovine.