Sultan Murad türbəsi
Sultan Murad türbəsi – İstanbulda XVI əsrin sonlarında inşa edilən türbə.
Sultan III Murad, ölümünün ardından 19 şahzadəsiylə birlikdə Aya Sofyanın həyətinə dəfn olunmuş, ardından oğlu III Mehmedin əmriylə baş memar Davud ağa tərəfindən məzarı üzərində türbəsinin inşası başlamışdır. Ancaq cənazələr dəfn olunarkən edilən yanlış səbəbilə padşahın məzarının mərkəzdə yerləşməsi üçün yan tərəfə əlavə divar hörülmüş, beləliklə türbənin inşası uzanaraq 1599-cu ildə Əhməd ağa tərəfindən tamamlanmışdır.
Altıbucaqlı plan üzrə inşa olunan türbə Memar Sinan stilində inşa edilmişdir. Türbədə III Muradla yanaşı, xanımı Safiyə Sultan, 20 şahzadəsi, qızları Fatma, Fəxriyə, Mihrimah və Mehriban Sultanla birlikdə digər 20 qızı, Sultan III Mehmedin iki qızı və üç şahzadəsi, I Əhmədin oğlu Şahzadə Qasım və Sultan İbrahimin adı bilinməyən bir oğlu ilə iki qızı – ümumilikdə 54 nəfərin dəfn olunduğu qeyd edilsə də, bu gün türbədə cəmi 50 məzar yeri mövcuddur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 6;
- Halûk Şehsuvaroğlu, Asırlar Boyunca İstanbul, İstanbul, ts., s. 152;
- Dilek Haskök, İstanbul’da Çinili Türbeler (mezuniyet tezi, 1965), İÜ Ed. Fak., s. 73-82;
- Gönül Öney, Türk Çini Sanatı, İstanbul 1976, s. 102;
- Tahsin Ömer Tahaoğlu, İstanbul’da Osmanlı Türbelerinin Tipolojisi (doktora tezi, 1988), İÜ Sosyal Bilimler Enstitüsü, s. 188-196;
- Hakkı Önkal, Osmanlı Hanedan Türbeleri, Ankara 1992, s. 178-183;
- Zarif Orgun, “Mimar Dalgıç Ahmet”, Arkitekt, XI/3-4, İstanbul 1942, s. 59-62;
- Uğur Tanyeli, “Murad III Türbesi”, DBİst.A, V, 503-504.