43°20′00″ şm. e. 18°41′00″ ş. u.HGYO

Sutyeska Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sutyeska Milli Parkı
bosn. Nacionalni park Sutjeska
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 175 km2 ha
Mütləq hündürlüyü 1.690 m[1]
Yaradılma tarixi 1962
İdarəetmə orqanı Polşa Ətraf Mühit Nazirliyi
Yerləşməsi
43°20′00″ şm. e. 18°41′00″ ş. u.HGYO
Ölkə  Bosniya və Herseqovina
Vilayət Bosniya Serb Respublikası
Rayon Podrinye
Yaxın şəhər Fotsa
npsutjeska.net
Sutyeska Milli Parkı xəritədə
Sutyeska Milli Parkı
Sutyeska Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sutyeska Milli Parkı (bosn. Nacionalni park Sutjeska) — Bosniya və Herseqovinanın 3 milli parkından biri. 1962-ci ildə qurulmuşdur və Bosniya və Herseqovina ilk milli parkıdır. Ölkənin ən hündür dağı olan 2389 metrlik Maqliç dağı Monteneqro ilə sərhəddə — məhz bu milli parkda yerləşir. Bu dağ silsiləsinin Monteneqroda qalan hissəsi Trnovaçko gölünü əmələ gətirir. Avropanın son iki ibtidai meşəsindən birinə sahib olan Peruçitsa Ciddi Qorunan Təbiət Qoruğu milli parkın tərkib hissəsidir.[2][3][4][5] İkinci dünya müharibəsi zamanı 1943-cü ildə burada Sutyeska döyüşü baş vermişdir. EUROPARC Federsiyasının üzvüdür.

Skakavats şəlaləsi

Milli park Bosniya və Herseqovinanın ən qədim milli parkıdır. İkinci dünya müharibəsində döyüşlərə şahid olduğuna görə bu əraziyə 1962-ci ildə milli park statusu verilmişdir.

Milli parkın içində yerləşən Peruçisa meşəsi Ciddi Qorunan Təbiət Qoruğu 1952-ci ildə "Elmi və pedaqoji məqsədlər üçün təbiət qoruğu" statusu ilə yaradılmışdır. Peruvitsa Bosniya və Herseqovinanın 5 Ciddi Qorunan Təbiət Qoruğundan biridir.

Milli park 15 may-16 iyun 1943-cü ildə partizanlarla nasistlər arasında baş vermiş Sutyeska döyüşü ilə tanınır. Partizanlar bu döyüşdə qalib gəlmişdirlər. Bu döyüşdə partizanlara İosip Broz Tito başçılıq edirdi və düşmənin məqsədini puça çıxarmışdır. Partizanların 1/3-ü ölsə də, mühasirəni uğurla yara bilmişdilər. Milli parkın şimalında Tyentiştedə, Peruçitsaya gedən yolun üstündə bu hadisəyə aid memorial qoyulmuşdur.

Sahəsi 175 km2-dır. Milli park şərqdən Pivska dağı (1.775 m) və Piva çayı, cənub-qərbdən Moqliç dağı (2386 metr), Voluyak dağı (2337 metr) və Bioç dağı (2388 metr) ilə, qərbdən Zelenqro dağı (2014 metr) dağı ilə əhatə olunub. Gələcəkdə milli parkın ərazisinin artırılaraq 83,81 km2 sahə (35 km2)-a çatdırılması düşünülür.

  1. GeoNames (ing.). 2005.
  2. "Towards the Network of Mountain Protected Areas in the Balkans and the Dinaric Arc" (PDF). ENVISEC Environment and Security and UNEP. 4 March 2016 tarixində orijinalından (pdf) arxivləşdirilib. İstifadə tarixi: 16 July 2011.
  3. "World Bank Project Brief on a proposed Grant from the Global Environment Facility Trust Fund in the Amount Of Usd 3.4 million to the Government of Bosnia and Herzegovina for a Forest And Mountain Protected Areas Project". Scribd.com. 2 May 2006. 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2011.
  4. "National Parks". Consul General of BiH in Chicago. 13 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 July 2011.
  5. "Maglić / Bioč / Volujak / Trnovački Durmitor / Vlasulja". summitpost.org. 15 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2011.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]