Stevia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Stevia (Şəkər Otu) – rebaudiana bitkisinin yarpaqlarından əldə edilən bir dadverici və şəkər əvəzləyicisidir. Stevianın birləşmələri – şəkərə nisbətən 150 dəfə çox şirinliyə[1] və sabit pH-a malik olan, istiyədavamlı və fermentləşdirilməyən[2] steviol glikozidlərdir (əsasən steviosid və rebaudiosid). Stevianın qida və pəhriz əlavəsi kimi hüquqi statusu müxtəlif ölkələrdə müxtəlifdir.
Amerika Birləşmiş Ştatlarında yüksək saflığa malik (təmiz) stevia glikozidi ümumiyyətlə təhlükəsiz olaraq tanınır və qida məhsullarının tərkibində istifadə olunmasına icazə verilir, lakin stevia yarpağı və xam ekstraktın qidalarda istifadəsi üzrə Ərzaq və Dərman İdarəsi tərəfindən razılıq yoxdur. Avropa Birliyi 2011-ci ildə Stevia əlavəsini təsdiqlədi və Yaponiyada stevia illərdir dadverici olaraq yayılmış bir şəkildə istifadə olunur.
Stevia rebaudiana Cənubi Amerikanın Quarani xalqları tərəfindən 1500 ildən çoxdur ki, istifadə olunur və onu "Ka'a He'ê" (Şəkər Otu) adlandırırlar[3]. Yarpaqları Braziliya və Paraqvayda yüz illər boyunca ənənəvi olaraq yerli çaylar və dərmanlara dad vermək üçün "şirin müalicə" kimi istifadə edilir.
Bu bitki Valensiya Universitetinin botanika üzrə professoru, ispan botaniki və həkim Petrus Jacobus Stevusun (Pedro Jaime Esteve 1500–1556) şərəfinə olaraq stevia adlandırılmışdır[4].
Tarixi
[redaktə | mənbəni redaktə et]Stevia bitkisi ilk dəfə olaraq 1899-cu ildə İsveçrəli botanik Moyses Santyaqo Bertoni tərəfindən Şərqi Paraqvayda etdiyi axtarışlar nəticəsində kəşf olunmuşdur[5][6] [7]. Lakin araşdırmalar məhdud aparılıb, sonradan 1931-ci ildə iki fransız kimyaçısı Steviaya şirin dad verən glikozidləri bitkinin tərkibindən kimyəvi maddə kimi izolə edib ayıra bilmişlər[2][8].
Stevianın dəqiq quruluşu 1955-ci ildə aqlikon və qlikozid kimi dərc olunmuşdur. 1970-ci illərin əvvəlində isə stevianın saxarin və tsiklomat kimi dadverici kanserogen maddə olması şübhəsi yaranmış və uzun müddət müzakirə olunmuşdur, amma dəqiq olaraq sübut edilməmişdir. Bundan sonra Yaponiya alternativ stevia yetişdirməyə başladı.[9]
Artıq uzun müddətdir ki, yaponlar steviadan qida və alkoqolsuz içki (Coca-Cola daxil olmaqla) istehsalında istifadə edirlər. Digər ölkələrdən fərqli olaraq, Yaponiya stevianın 40 faizindən çoxunu istehlak edir. Bu gün Şərqi Asiya ölkələrində, xüsusilə də Çində (1984-cü ildən), Koreya, Tayvan, Tayland və Malaziyada stevia, şirinləşdirici olaraq, içkilərdə və digər qida məhsullarında geniş istifadə olunur. "Şəkər otu", "bal otu" adlandırılan stevia sözün əsl mənasında möcüzəli bitkidir[10]. Steviozidin 50 qramı 10 kq şəkəri əvəz edə bilir. Həmçinin azkalorilidir, 100 qram steviada yalnız 18 kalori var. Stevianın kimyəvi tərkibi olduqca zəngindir. Burada efir yağları, E, B, D, C, PP vitaminləri, amin turşuları, dəmir, mis, kalium, fosfor, sink, selen, maqnezium və s. kimi orqanizm üçün vacib maddələr var.
Steviadan hazırlanan təbii şəkər əvəzedicisi kimyəvi şəkər əvəzedicilərlə müqayisədə ziyansızdır və bütün dünyada qida sənayesində (şirniyyatların, yoqurtun, saqqızın və s. məhsulların istehsalında) geniş istifadə olunur.
Steviozid xüsusilə diabet xəstələr üçün hazırlanan hazır məhsulların tərkibində istifadə olunur. Bu maddə şəkərlə müqayisədə bu xəstələrin sağlamlığına mənfi təsir etmir. Təbii ki, burada da müəyyən məhdudiyyətlər var.
Müalicəvi xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Stevia şəkərdən daha faydalı hesab edilir. Bu səbəbdən son zamanlar sağlam həyat tərzi pərəstişkarları qidalanmada şəkəri stevia ilə əvəz edirlər. Stevia bitkisinin müalicəvi xüsusiyyətləri arasında:
- qanda şəkərin səviyyəsini tənzimləyir,
- arterial təzyiqi aşağı salır,
- qanda xolesterinin səviyyəsini aşağı salır, damarları aterosklerozdan qoruyur
- orqanizmi ziyanlı maddələrdən təmizləyir,
- iltihabları azaldır,
- bağırsaqlara antiseptik təsir göstərir,
- immun sistemini möhkəmləndirir,
- metabolik prosesləri sürətləndirir, arıqlamağa kömək edir,
- dərinin vəziyyətini yaxşılaşdırır,
- xərçəng xəstəliklərin inkiaşfından qoruyur.
Steviadan çox faydalı və dadlı çay hazırlamaq da olar. Bunun üçün 1 xörək qaşığı stevia yarpaqlarını 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənməli və adi çay kimi qəbul olunmalıdır. Bu içki iştahanı azaldır və bununla da arıqlamaq istəyənlərə kömək edir. Bəzi ölkələrdə stevia ekstraktı hazır məhsul kimi supermarketlərdə satılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ H.M.A.B. Cardello, M.A.P.A. Da Silva, M.H. Damasio. "Measurement of the relative sweetness of stevia extract, aspartame and cyclamate/saccharin blend as compared to sucrose at different concentrations". Plant Foods for Human Nutrition. 54 (2). 1999: 119–129. doi:10.1023/A:1008134420339. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.
- ↑ 1 2 Raji Akintunde Abdullateef, Mohamad Osman. "Studies on effects of pruning on vegetative traits in Stevia rebaudiana Bertoni (Compositae)". International Journal of Biology. 4 (1). 1 January 2012. doi:10.5539/ijb.v4n1p146. 23 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2018.
- ↑ Misra, H.; Soni, M.; Silawat, N.; Mehta, D.; Mehta, B. K.; Jain, D. C. "Antidiabetic activity of medium-polar extract from the leaves of Stevia rebaudiana Bert. (Bertoni) on alloxan-induced diabetic rats". J Pharm Bioallied Sci. 3 (2). April 2011: 242–8. doi:10.4103/0975-7406.80779. PMC 3103919. PMID 21687353.
- ↑ Parsons, WT; Cuthbertson, EG. Noxious Weeds of Australia, 2nd ed. Collingswood, Australia: CSIRO Publishing. 2001. ISBN 978-0-643-06514-7., page 309. This reference refers specifically to Stevia eupatoria, a related weed having the same nomenclature origin.
- ↑ Bertoni, Moisés Santiago. Revista de Agronomia de l'Assomption. 1. 1899: 35.
- ↑ Lewis, W. H. (1992), Early uses of Stevia Rebaudiana (Asteraceae) leaves as sweetener in Paraguay. Economic Botany, 46:336–340.
- ↑ Bertoni, M. S. (1899). Revista de Agronomia de l’Assomption, 1:35.
- ↑ Bridel, M.; Lavielle, R. "Sur le principe sucre des feuilles de kaa-he-e (stevia rebaundiana B)". Comptes rendus de l'Académie des sciences (Parts 192). 1931: 1123–5.
- ↑ http://steviabitkisi.blogspot.com/2013/06/stevia-bitkisinin-tarihi-ve-kullanimi.html
- ↑ https://saglamolun.az/index.php/reseptler/13996-stevianin-faydalari.html