Spirit (Formula-1 komandası)
Spirit | |
---|---|
Ölkə | Böyük Britaniya |
Yaranma tarixi | 1981 |
Bağlama tarixi | 1985 |
Sahibi |
Con Uikem Qordon Koppak |
Spirit (orijinalda ing. Spirit Racing) - Formula-1-in 1981-ci ildə Böyük Britaniyada yaranmış ilk konstruktor komandası. Komanda 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında, daha sonra 1983 və 1985-ci illərin Formula-1 sezonunda iştirak etmişdir. Formula-1-də keçirilən 23 yarışma içərisində komandanın ən yaxşı nəticəsi 1983-cü ildə Niderland qran-prisi ilə 7-ci yer olmuşdur.
Formula-2
[redaktə | mənbəni redaktə et]Spirit Racing - 1981-ci ilin avqust ayında mühərrik təchizatçıları vasitəsilə Formula-1-ə yenidən qoşulmaq istəyən Bridgestone və Hondanın dəstəyi ilə yarış komandasının keçmiş əməkdaşları Con Uikem, Qordon Koppak tərəfindən yaradılmışdır[1]. Onlar 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında iştirak etmək istədiklərindən komandaya Koppakla birlikdə Spirit 201 avtomobilinin layihəsini qurmaqla, onda Honda şirkətinin 2 litrlik hərəkətedici V6 mühərrikini yerləşdirməyə qərar verən eks-dizayner Maklaren Con Bolduini də komandaya cəlb etmişdilər. Malboro şirkətinin dəstəyi, eləcə də peşəkar sürücülər Stefan Johansson və Thierry Boutsen sayəsində komanda tez bir zamanda çempionatın 13 mərhələsindən 8-ci yerdə yarımmövqe tutmaqla, həmçinin üç yarışda (Butsen) qələbə qazanmaqla müvəffəqiyyət əldə etdi.
Formula-1
[redaktə | mənbəni redaktə et]Hələ 1982-ci ildə Formula-2 Çempionatı tamamlanmamışdan əvvəl Honda Formula-1 üçün turbo mühərriklərin prototipini buraxdı. Prototip mühərriki aldıqdan sonra komanda Spirit Formula-1-in qaydalarına uyğun olaraq avtomobil Spirit 201-in şossesini dəyişməklə, 1983-cü ilin Formula-1 yarışmasında iştirakını planlaşdırmaqla, 1982-ci ilin noyabr ayından yeni mühərriklə Silverstone marşrutu istiqamətində sınağa başladı. Hondanın maliyyə bazası ilk Formula-1 yarışmasındakı iştirakı kimi yenidən kölgədə qalmağa və digər Formula-1 yarışmaçıları ilə sınaq yarışlarından, eləcə də Kaliforniyadakı Villou Sprinqs və Riverside yarışlarından da imtina etməyə çalışırdı[2]. Elə bu səbəbdən komanda istedadlı Butsendən imtina etməklə[3], 1980-ci ildə Shadow Racing Cars komandasında yanacaq nasosunun imtinasına görə müvəffəqiyyətsizliyə uğrama debütü ilə tanınan Stefan Johanssonun qismində yarışmada eyni avtomobillə iştirak etməyi qərara aldılar. Jakarepaqua (ing. Jacarepagua avtodromunda sınaq yarışmalarından sonra, komanda 1983-cü ilin aprelində Formula-1-də Çempionlar Yarışması üçün nəzərdə tutulan Brands Hatch magistral yoluna daxil olmadan öz rəqabətli debüt çıxışını həyata keçirdi. 13 avtomobil arasında Johansson azad girişdə ikinci ən yaxşı vaxtı təyin etsədə, hərəkətedici mühərrikdə olan problemlərə görə yalnız 12-ci yeri tuta bildi.Bundan başqa,Theodore Racing komandasının nümayəndəsi Roberto Qerreo ilə yarışma zamanı toqquşma halı radiator zədələnməsi ilə onun lazımi məsafədən kənarlaşması ilə nəticələndi. Komanda 1983-cü ildə Brands Hatchdə keçirilən Formula-1 yarışmasının Avropa Qran-prisində sezonun sonuna kimi iştirak etmişdi. Johansson qaydalara uyğun olaraq ən atmosferik hərəkətedici mühərriklə digər avtomobillər arasında Zandvortda 7-ci yeri tutsa da, lakin mexaniki problemlər yenə də ona mane olurdu. Komanda Formula-1 üçün Spirit 101 avtomobilini inkişaf etdirdikləri zaman, Honda şirkəti proqressin yoxluğuna görə daha çox narahat olmaqla, Uilliamsın əməkdaşıarı ilə danışıqlar aparmağa çalışırdılar[3]. Spirit 101 avtomobilinin təqdimatı və Johanssonun öncəki avtomobillə yarışa qatılaraq texniki səbəblərə görə yarışı yenidən tərk etməsi Spirit komandası üçün Monza avtodromunda uğursuz bir həftə sonu ilə nəticələndi, eləcə də Kyalamidəki son yarışı əldən verdiyindən, Yapon şirkəti öz hərəkətedici mühərriklərini Uilliams komandasına verməyi qərar aldı[2]. Buna baxmayaraq, Spirit 1984-cü ildə öz yarışlarını Hart şirkətinin turbo hərəkətedici mühərrikləri ilə davam etməyi qərara aldı.
Çıxış üçün iki avtopilot dəvət olundu: İki dəfə Dünya Çempionu olmuş - Emerson Fittipaldi və zəngin italyan Fulvio Ballabio. Lakin Fittipaldi sınaq yarışmalarından sonra avtomobili yarışmaya uyğun olmadığını bildirib, İNDYCAR-a getməyi qərara aldı, Ballabio'ya isə super lisenziyalar rədd edildi. Nəticədə komandanın yeganə sürücüsü Mauro Baldi oldu, daha sonra Huub Rothengatterdə komandaya qoşuldu. Komandanın maliyyə vəziyyəti o qədər aşağı idi ki, hətta özləri ilə ehtiyat mühərrikləri belə götürə bilmirdilər. Bu səbəbdən, hətta qran-pri Detroytda oyun köhnə Cosworth DFV hərəkətedici mühərriki ilə sona çatmalı oldu[3]. Komanda üçün ən yaxşı nəticə üç dəfə Baldi və bir dəfə isə Rottengatter tərəfindən tutulan səkkizinci yer oldu. Avtomobil Spirit 101, 1984-cü il ərzində müasirləşdirilmiş və 1985-ci il mövsümünün əvvəllərində nəzərə çarpdı[3]. Komanda avtopilot Allen Berg ilə mövsüm əsnasında komandaya qoşulmaq danışığına müvəffəq oldular. 1985-ci il mövsümünün ilk üç yarışında, Baldi texniki problemlər səbəbiylə heç bir yarışı tamamlaya bilmədi. Maliyyə məsələləri daha çox artdığından Con Uikem Ted Toulmanın təklifini qəbul edərək, Pirelli şinlərinin təchizatı ilə bağlı müqaviləni Toulman komandasına satıb, Formula-1-i tərk etdi. Bununla belə, Uikem 1986-cı ildə yeni avtomobillə qayıdacağına söz versə də, bu baş vermədi[3].
Formula-3000
[redaktə | mənbəni redaktə et]Spirit yarışmaya 1988-ci ildə, Formula-3000-də qayıtdı. O zaman komandanın avtopilotları müvəffəqiyyətə sahib olan - Bertran Qaşo, Stiv Kempton və Paolo Barilla idi. Buna baxmayaraq, Uikem mövsüm ərəfəsində komandanı tərk edərək, onu eks-avtopilot Stiv Kemptona satır, lakin ilin sonunda komanda tamamilə dağıldı[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Grandprix.com - First & fastest: The original online F1 news service. "Grandprix.com". www.grandprix.com. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-17.
- ↑ 1 2 "independent-spirit". Motor Sport Magazine. 2014-07-07. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-17.
- ↑ 1 2 3 4 5 6 "Avropa'84: Spirit". 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-17.