39°25′07″ şm. e. 46°54′04″ ş. u.HGYO

Sirik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sirik
39°25′07″ şm. e. 46°54′04″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.258 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 68 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Sirik xəritədə
Sirik
Sirik

SirikAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd.[2] Qarabağ silsiləsinin yamaclarında, Cəbrayıl şəhərindən 15 km şimal-qərbdə yerləşir.[3]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur.[4]

Rusiya İmperiyası dövründə Sirik kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.

18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.[5]

Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun eyni adlı kənd sovetliyinin tərkibində idi. Kənddə səkkizillik məktəb, kitabxana, klub və tibb mərkəzi mövcud idi.

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur.[6][7]

22 oktyabr 2020-ci il tarixində,[8] Azərbaycan Prezidenti İlham Əliyev Sirik kəndinin azad edildiyini və Azərbaycanın nəzarətinə qaytarıldığını elan etmişdir.[9][10]

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Maşanlı kənd dairəsinin Sirik kəndində 43 ev var idi və burada 252 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan sünni olan kəndlilər yaşayırdı.[11]

1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Sirik kəndində 100 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[12]

Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Əhmədli kənd sovetliyinə daxil olan Sirik kəndində 70 təsərrüfat və 430 sakin var idi. Kənd sovetliyinin bütün əhalisi azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi.[13]

1983-cü ildə kənddə 512 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkinçiliyi və üzümçülüklə məşğul olurdu.

  1. http://census.stat-nkr.am/arm/hadrut/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (az.). II. Baku: Şərq-Qərb. 2007. 191. ISBN 978-9952-34-156-0. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  4. Sirik // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  5. Mart Soyqırımı, Qarabağda Baş Verənlər [ölü keçid]
  6. "Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sirik kəndinin videogörüntülərini yayıb". azertag.az. 2021-05-25. 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  7. "Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sirik kəndinin videogörüntülərini yayıb VİDEO". worldinfo.az (az.). 1970-01-01. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  8. "Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib". Azerbaijan Ministry of Defence (az.). İstifadə tarixi: 2023-12-26.
  9. "İşğaldan azad edilən ərazilərimiz". Report İnformasiya Agentliyi (az.). 2020-11-07. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  10. "Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib - FOTO". Oxu.Az (az.). 2020-10-22. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  11. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Tiflis. 1893. 237. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  12. Kavkazskiy kalendar (rus). Tiflis: Канцелярия Кавказского Наместника. 1911. 203. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  13. Административное деление АССР. Б.: Издание АзУНХУ. 1933. 24.