Siqnal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Siqnal — fiziki obyektlərin öyrənilməsi və idarəedilməsi məqsədilə onların xarakteristikaları və xassələri haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasını təmin edən elmi texniki fəaliyyət sahəsi "informasiya- ölçmə texnikası" adlanır.

Ölçmə- təcrübə yolu ilə fiziki kəmiyyətlərin qiymətlərinin xüsusi texniki vasitələrin köməyilə tapılması olub, tədqiqat və nəzəriyyə arasında bilavasitə əlaqəni, elmi tədqiqatların doğruluğunu və müasir istehsal məhsullarının yüksək keyfiyyətini təmin edir.

Siqnalın zaman ərzində dəyişmə xarakterinə görə ölçmələr kvazideterminə olunmuş siqnalların parametrlərini ölçmələrə və təsadüfi siqnalların parametrlərini ölçmələrə bölünür.

Təsadüfi siqnalı ölçdükdə, siqnalın çoxsaylı ani qiymətlərini emaletmə yolu ilə alınmış statistik xarakteristikaları müəyyən edilir. Ölçmənin nəticəsi – fiziki obyektlərin xassə və xarakteristikaları haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasıdır ki, sonradan onlar öyrənilmə və idarəetmə məqsədləri üçün istifadə olunur.

İnformasiya – ilkin qeyri-müəyyənliyi azaldan məlumatlar toplusudur.

Statistik informasiya nəzəriyyəsində informasiyanın alınması qeyri-müəyyənliyin aradan qaldırılması kimi xarakterizə olunur. İnformasiya özü- özlüyündə maddi deyil. İnformasiya daşıyıcıları isə – cərəyan, radio dalğaları, kitablar və s.– maddidirlər. Onlar kütləyə, enerjiyə, çəkiyə və ölçülərə malik-dirlər. İnformasiya isə bu xassələrə malik deyil. Lakin, informasiyanın bəzi xüsusiyyətləri onu maddi hesab etməyə imkan verir. İnformasiyanı almaq, yadda saxlamaq, yazmaq, yaddan çıxartmaq və ötürmək olar. İnformasiya olmayan yerdən onu almaq olmaz.

Ancaq informasiyanın bir xassəsi var ki, onu yaymaq mümkün olur. Bu xassəyə isə heç bir maddi cisim malik deyil.

Bu və ya digər hadisənin nəticəsinın qeyri- müəyyənliyi nə qədər çox olarsa, nəticə haqqında məlumat da bir o qədər çox informasiyalı olacaq. Əgər hadisə üçün ancaq bir çıxış mümkündürsə, yəni nəticə birmənalı müəyyən edilibsə, onda belə hadisənin nəticəsi haqqında informasiyanın miqdarı sıfra bərabər olmalıdır. Əgər hadisənin nəticəsinin bir neçə çıxışı mümkündürsə, onda nəticənin maksimal qeyri-müəyyənliyi onda olur ki, hər bir çıxış eyni ehtimala malik olsun. Bu halda çıxış haqqında məlumatda informasiyanın miqdarı maksimal olmalıdır, əgər müxtəlif çıxışlar eyni olmayan ehtimala malikdirsə, onun nəticəsi azalacaqdır.

Beləliklə, qeyd etmək olar ki, verilənlər nə qədər çox informasiyaya malik olsalar, məlumat verilən hadisənin baş vermə ehtimalı bir o qədər az olar.

İnformasiya həmişə maddi-energetik formada siqnal şəklində özünü göstərir. Formalizə olunmuş şəkildə təsvir edilən və texniki vasitələrin köməyilə emaletmə həyata keçirməyə imkan verən informasiya verilənlər adlanır.

Ümumi halda siqnal dedikdə informasiyanın material daşıyıcısı nəzərdə tutulur. O həm fiziki proses şəklində (prosesdə informasiya onun informativ parametrinin ölçüsündə olur), həm də kod və ya diskret şəkildə (informasiya onun elementlərinin sayında, onların zamanda və məkanda yerləşməsində olur) ola bilər.

İnformasiya texnikası vasitələri (ölçmə, idarəetmə, ötürmə, qeydetmə və s. vasitələri) informativ parametrlərinin növünə, ölçüsünə, onların dəyişmə qanununa və s. görə uyğun-laşa bilən müxtəlif təyinatlı – idarəetmə, sinxronlaşdırma, ölçmə və s. siqnalların köməyilə vahid sistemlərdə birləşirlər.

Ölçmə siqnalı elə siqnaldır ki, informativ parametrlərə malikdir və onda onların qiymətləri haqqında informasiya vardır. Siqnallara həm təbii, həm də müəyyən məqsədlə yaradılan xüsusi siqnallar daxildir. Təbii siqnallar, məsələn, işıq siqnalları ətraf mühiti görməyə imkan verir və kosmik siqnallar. Xüsusi yaradılan siqnallara misal olaraq obyektdə və ya prosesdə dəyişikliklər haqqında informasiyanın əldə edilməsi məqsədilə generasiya olunan siqnallar ola bilərlər.

"Siqnal" anlayışı, əgər xüsusi şərtləşmə yoxdursa, dar mənada informasiya sistemində məlumatların öütürülməsi üçün xüsusi yaradılmış siqnal kimi istifadə olunur. Siqnalın maddi əsasını informasiya daşıyıcısı (ötürücüsü) adlanan hər hansı fiziki obyekt və ya proses təşkil edir. Daşıyıcı modulyasiya prosesində siqnala çevrilir. Ötürülən məlumatlara müvafiq zamanda dəyişən daşıyıcı parametrlər informativ adlanırlar.

İnformasiya daşıyıcısı kimi müxtəlif təbiətli titrəyişlər, daha çox harmonik titrəyişlərdən istifadə olunur, burada xüsusi hal – sabit vəziyyət daxildir. Texniki informasiya sistemlərində ən geniş yayılmış elektrik gərginliyi və ya cərəyanı şəklində olan daşıyıcılardır, yəni elektrik siqnallardır.[1].

  1. "Arxivlənmiş surət" (PDF). 2018-07-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-01-04.