Sinklinorium

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Sinklinorium - iri ölçülü, mü­rəkkəb quruluşlu struktur. Ümumiyyətlə, sinklinal quruluşlu olub nisbətən kiçik qırışıqlardan ibarətdir. Adətən geosinklinal çökəkliklərin yerində geosinklinal sistemin inversiyası və qırışıqlıq prosesi ilə əlaqədar əmələ gəlir. Sinklinoriumdaxili qalxımın (geoantiklinalın) çökəkliyə çevrilməsi və ya uzun müddət davam edən çökmənin yerində irsi olaraq əmələ gələ bilər. Birinci halda qeyri-uyğun yatan inversiyadan sonrakı formasiyalarla səciyyələnən çevrilmiş sinklinorium, ikinci halda isə erkən və geç geosinklinal formasiyaların uyğun yatan, tam və çox qalın kəsilişləri olan çevrilməmiş sinklinorium formalaşır. Köhnəlmiş termin.


  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.