Simfonik metal
Naviqasiyaya keç
Axtarışa keç
Simfonik metal (ing. Symphonic metal) — metal və simfonik orkestr musiqi janrlarını birləşdirən musiqi üslubu.
Bu janra aid musiqilərdə əsasən qadın vokalı, xor, simfonik musiqi alətləri və ya onların sintezatorda imitasiyası istifadə olunur. Bəzən bu janra aid musiqilərin yazılışı zamanı canlı simfonik orkestrlərin köməyindən də istifadə olunur. Bu janr 1990-cı illərin ortalarında Avropada yaranmağa başlamışdır. Bu janrın yaradıcıları The Gathering və Theatre of Tragedy kimi qotik-metal qrupları sayılır. Məhz onlar ilk dəfə olaraq, öz musiqilərində simfonik xordan və qadın vokalından istifadı etmişlər. Bu janr həmçinin bir neçə subjanra da bölünür.
Simfonik metal ifa edən musiqi qrupları
[redaktə | mənbəni redaktə et]- Theatre of Tragedy (simfo-qotik metal)
- Tristania (simfo-qotik metal)
- Epica (simfo-qotik metal)
- Nightwish (simfo-pauer metal)
- Within Temptation (simfo-qotik metal)
- Apocalyptica (simfo-treş metal)
- After Forever (simfo-qotik metal)
- Avantasia (simfo-pauer metal)