Selus ov ehtiyatı
Selus ov ehtiyatı | |
---|---|
Selous | |
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1922 |
Yerləşməsi | |
9°00′ c. e. 37°24′ ş. u.HGYO | |
Ölkə | |
selousgamereserve.net | |
|
|
Rəsmi adı | Selous Game Reserve |
Tipi | Təbii |
Kriteriya | (ix), (x) |
Tarixi | 1982 (6-cı sessiya) |
İstinad nöm. | 199 |
Təhlükədə | 2012-2014 |
Ölkə | Tanzaniya |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Selus ov ehtiyatı — Tanzaniyanın cənubunda qorunan ərazidir. Ümumi 50 00 kvadrat kilometr ərazini əhatə edir. Ərazi 1982-ci ildə vəhşi təbiət müxtəlifliyinə və toxunulmamış təbiətinə görə UNESCO-nun Ümumdünya irsi təyin edilmişdir. Qoruqda Afrika savanna fili, qara kərgədan, begemot, şir, Şərqi Afrika vəhşi iti, Afrika kəli, Masai zürafəsi, düzənlik zebri və Nil timsahı kimi heyvanlar yaşayır. Qoruq daxilində daimi insan məskunlaşmasına icazə verilmir. İnsanların bütün girişi və çıxışı Tanzaniya Təbii Ehtiyatlar və Turizm Nazirliyinin vəhşi təbiət bölməsi tərəfindən idarə olunur.
Tarix
[redaktə | mənbəni redaktə et]Ərazi ilk dəfə 1896-cı ildə, alman Tanqanika qubernatoru Herman fon Visman tərəfindən qorunan bir bölgə olaraq təyin edilmiş və 1905-ci ildə ov ehtiyatına çevrilmişdir. Qoruq, 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı almanlara qarşı döyüşərkən həyatını itirən məşhur ovçu və erkən konservant Frederik Selusun adını daşıyır.
Ərazi 2005-ci ildən etibarən Aslan Qoruma Birliyi hesab olunur.[1]
Qoruqun sərhədləri Uran yataqlarından istifadəyə icazə verilməsi üçün dəyişdirilib.[2] Sərhəd dəyişikliyinin təsdiqlənməsi UNESCO tərəfindən verilmiş və ekoloqlar və təşkilatlar tərəfindən ciddi tənqid olunmuşdur.[3][4]
Təsvir
[redaktə | mənbəni redaktə et]Parkdakı maraqlı yerlər arasında Hind okeanına axan Rufici çayı və 100 metr dərinlikdə və 100 metr enində bir kanyon olan Stieqler dərəsi var. Yaşayış yerləri otlaqlar, tipik Akasiya savannaları, bataqlıq ərazilər və geniş Miombo meşəliklərini əhatə edir. Ümumi vəhşi təbiət populyasiyalarının yüksək olmasına baxmayaraq,[5] ehtiyat böyükdür və heyvanların sıxlığı Tanzaniyanın daha çox mütəmadi ziyarət olunan şimal turistik bölgəsinə nisbətən daha aşağıdır.[6] 1976-cı ildə Selus ov ehtiyatında dünyanın ən böyük populyasiyası olan təxminən 109.000 fil var idi.[7] 2013-cü ilə qədər bu rəqəm 2009-cu ildən 2013-cü ilə qədər 66% azalaraq 3 minə düşmüşdü.[8] Mənbələr bunda qanunsuz ova kömək edən rüşvətxor siyasətçiləri, vəzifəli şəxsləri və iş adamlarını günahlandırır.[7][8][9]
Qoruğun çox hissəsi bir sıra fərdi icarəyə götürülmüş ov imtiyazları ilə ov üçün ayrılmışdır, lakin parkın Rufici çayı boyunca yerləşən şimal hissəsi fotoqrafiya zonası olaraq təyin edilmiş və populyar bir turizm məkanıdır. Bu ərazidə əsasən çay və göl sistemləri boyunca yerləşən bir neçə yüksək səviyyəli lojalar və düşərgələr mövcuddur. Parka yol olduqca çətin olduğu üçün ziyarətçilərin əksəriyyəti Dar-əs-Salamdan kiçik təyyarələrə üstünlük verir. Bununla birlikdə, əraziyə qatarlara da giriş mümkündür. Selusda safari gəzintilərinə icazə verilir və Ruficidə gəmi gəzintiləri populyar fəaliyyətdir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Qoruğun havadan fotosu
-
Fillər
-
Selus faunası
-
Selus
-
Selusda aslanları seyr edən turistlər
-
Göl
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Peter Matthiessen və Hugo van Lawick (Photography): Sand Rivers. Aurum Press, London 1981, ISBN 0-906053-22-6.
- Robert J. Ross, The Selous in Africa: A Long Way from Anywhere, Officina Libraria, Milan 2015, 2016 (2nd. ed.), ISBN 9788897737643
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ IUCN Cat Specialist Group. Conservation Strategy for the Lion Panthera leo in Eastern and Southern Africa. Pretoria, South Africa: IUCN. 2006.
- ↑ http://thecitizen.co.tz/magazines/37-tanzania-top-news-story/23732-dar-wins-uranium-battle.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2016-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
- ↑ "Arxivlənmiş surət". 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
- ↑ "Selous Game Reserve" (PDF). 14 January 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 January 2011.
- ↑ Baldus, Rolf D. Wild Heart of Africa. The Selous Game Reserve in Tanzania. Johannesburg: Rowland Ward Publications. 2009. ISBN 978-0-9802626-7-4.
- ↑ 1 2 Vera, Varun and Ewing, Thomas (April 2014) Ivory's Curse Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine Born Free USA and C4ADS, Retrieved 16 may 2014
- ↑ 1 2 Schiffman, Richard (17 may 2014) "Ivory feeds Africa's wars" The New Scientist, Volume 222, No 2969, page 10, also available on the Internet but may need a subscription
- ↑ Fletcher, Martin (16 may 2014) Haul of shame Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine The Dailyl Mail, Retrieved 16 may 2014