Sevimli Raca (film, 1972)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sevimli Raca
hind. राजा जानी
Janr musiqili film, dram filmi
Baş rollarda
İlk baxış tarixi 1972
Müddət 155 dəq.
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID0358063

Sevimli Raca (hind: राजा जानी, Urdu بادشاہ جانی‎, Rom: Raca Jani) — rejissor Mohan Seqal tərəfindən çəkilmiş və 1972-ci ildə ekranlara çıxmış hind filmidir. DharmendraHema Malininin birgə çəkildikləri beşinci filmdir[1]. Film Hindistanda ilin ən çox gəlir gətirən filmlərindən biri olmuşdur. 1983-cü ildə Rajnikanth və Sridevinin baş rollarında rol aldığı Adutha Varisu adı ilə Tamil dilində yenidən çəkilmişdir.

Film 1981-ci ilin yanvarında sovet kinoteatrlarında nümayiş etdirilmişdir və 978 nüsxə ilə 40 milyon insan tərəfindən izlənilmiş və bu nəticə ilə xarici filmlər arasında tamaşaçı sayına görə 46-cı yeri[2], hind filmləri arasında isə 12-ci yeri[3] əldə etmişdir.

Bu dəhşətli hadisə 12 il bundan öncə baş verib. Müqəddəs yerlərə gedən yolda knyazlığı idarə edən ailənin qan düşməni vəliəhd şahzadənin valideynlərini qətlə yetirir. Şahzadənin o zaman yeddi yaşı var idi. Qatil qızı qaçırmağa və öldürməyə çalışsada, mühafizəçilərin gülləsinə tuş gələrək ağır yaralanır. Vəliəhd isə hər kəsin gözü qarşısında çoşan dağ çayına düşür... İllər keçir, itmiş şahzadə haqqında xəbər gözləyir. Yaşlı knyaginya isə sevimli nəvəsinin sağ olduğuna inanır. Baş nazir bu vəziyyətdən sui-istifadə edərək dövlət xəzinəsini ələ keçirmək niyyətindədir. Bu məqsədlə itmiş şahzadəyə çox bənzəyən küçə rəqqasəsini həqiqi vəliəhd kimi təqdim etməyə çalışır...

  1. "Box Office 1972" (ingilis). BoxOfficeIndia. 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
  2. Сергей Кудрявцев. "Зарубежные популярные фильмы в советском кинопрокате (Индия)" (rus). Живой Журнал. 2008-08-03. 2019-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-14.
  3. Сергей Кудрявцев. "Зарубежные фильмы в советском кинопрокате" (rus). Живой Журнал. 2006-07-04. 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.