Severus Sneyp

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Severus Sneyp
ing. Severus Snape
Harri Potter obrazı
Alan Rikman tərəfindən Harri Potter filmlərində
canlandırılmış Severus Sneyp obrazı
Yaradan Coan Roulinq
Canlandıran Alan Rikman
Məlumat
Ləqəb(lər)i Snivellus, Slytherus
Təxəllüslər Yarımqan prins
Cinsi kişi
Peşə müəllim
Milliyyəti ingilis

Severus Sneyp (9 yanvar 1960[1]2 may 1998) — Harri Potter romanlar seriyasının qəhrəmanı.

Harri Potter və Fəlsəfə Daşı

[redaktə | mənbəni redaktə et]

Severus Sneyp ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə İksir elmini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə dərsini tədris etmək istəyir.[2] Sneyp özü də "Simurq Ordeni" romanında bunu təsdiqləyir.[3] Sneyp qəddar və tərs müəllimdir, o, öz fakultəsini önə çəkmək üçün hər imkanda Harrini və dostlarını cəzalandırır. Əsərin sonuna kimi oxucu Sneypin əsas antoqonist obraz olduğunu düşünür. Çünki Harri və dostları əvvəlcə Sneypin Fəlsəfə Daşını oğurlamaq istədiyini düşünürlər. Daha sonra isə Harri Sneypin Lord Voldemorta işlədiyini düşünür. Həmçinin uşaqlar Qviddiç oyunu zamanı Sneypin Harrini öldürməyə cəhd etdiyini fikirləşirlər. Lakin sonda məlum olur ki, Harrinin atası Ceyms Sneypin həyatını xilas etdiyinə görə, Sneyp də onun oğlunu qorumağa çalışırmış.[4]

Harri Potter və Sirlər Otağı

[redaktə | mənbəni redaktə et]

İkinci romanda Professor Sneyp obrazı kiçik rola malikdir. O, Gilderoy Lokhartın yaratdığı duel klubunda kömək edir[5], lakin əsas süjetdə iştirak etmir. Sneypin Ekspelliarmus sehrindən istifadə etdiyini görən Harri də bu sehri öyrənir ki, bu da sonrakı romanlarda mühüm rol oynayır.

Harri Potter və Azkaban Məhbusu

[redaktə | mənbəni redaktə et]

"Harri Potter və Azkaban Məhbusu" romanında yeni gəlmiş Qara qüvvələrdən müdafiə müəllimi Remus Lupinin istifadə etməsi üçün Canavar iksiri hazırlayan Sneyp bu sahədə ustad olduğunu göstərir.[6] Bütün roman boyunca Sneyp Lupinin Siriusa Hoqvartsa girmək üçün kömək etdiyindən şübhələnir; Sirius Potterlər ailəsinin gizləndiyi yeri Lord Voldemorta deməklə onların ölümünə səbəb olmaqda günahlandırılırdı. Siriusun şübhələrinin əsasında hələ Hoqvartsda tələbə olduqları vaxt Siriusun Lupin və Harrinin atası Ceyms Potterlə dostluq etməsi dayanırdı.[7] Romanın kuliminasiyasında Sneyp Siriusu tutmağa çalışsa da, Harrinin köməyi ilə Sirius qaça bilir. Sneyp bu hadisə haqqında Dambldora məlumat verir, Harri və Lupinin cəzalandırılmadığını gördükdə isə, Lupinin canavar adam olduğunu açıqlayaraq onun vəzifəsindən istefa verməsinə səbəb olur.[8]

Azkaban Məhbusunda Sneyp və Harrinin atası Ceyms Potterin münasibətləri haqqında detallar açıqlanır. Bir dəfə məktəbdə uşaqlar Sneypi aldadaraq Lupinin canavar adama çevrildiyi yerə göndərsələr də, Ceyms təhlükəni başa düşərək Sneypi dayandırı və onun həyatını xilas edir; birinci romanın sonunda Dambldor məhz bu hadisəyə istinad edirdi. Lakin, Sneyp Ceymsin bu hərəkətinin özünümdafiədən qaynaqlanan bir addım olduğuna inanır.[9]

  1. https://antifandom.com/harrypotter/wiki/Severus_Snape.
  2. Harri Potter və Fəlsəfə Daşı, VII fəsil
  3. Harri Potter və Simurq Ordeni, XVII fəsil
  4. Harri Potter və Fəlsəfə Daşı, XVIII fəsil
  5. Sirlər otağı, XI fəsil
  6. Azkaban məhbusu, VIII fəsil
  7. Azkaban məhbusu, XXVIII fəsil
  8. Azkaban məhbusu, XXII fəsil
  9. Azkaban məhbusu, XVIII fəsil