Saori Yoşida

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Saori Yoşida
yap. 吉田沙保里
Saori Yoşida, XXXI Yay Olimpiya Oyunlarının təltifetmə mərasimi zamanı (Rio-de-Janeyro, Braziliya, 2016-cı il)
Saori Yoşida, XXXI Yay Olimpiya Oyunlarının təltifetmə mərasimi zamanı (Rio-de-Janeyro, Braziliya, 2016-cı il)
Şəxsi məlumatlar
Tam adı Saori Yoşida
Vətəndaşlığı Yaponiya Yaponiya
Doğum tarixi (42 yaş)
Doğum yeri Tsu, Yaponiya
Boyu 157 sm. (5 ft 2 in)
Çəkisi 53 kq. (117 Ib)
İdman növü Güləş
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saori Yoşida (yap. 吉田沙保里; d. 5 oktyabr 1982; Tsu, Yaponiya) — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Yoşida, 2004-cü ildə Afinada, 2008-ci ildə Pekində, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarının çempionu, 2016-cı ildə Rio-de-Janeyroda baş tutan yarışın isə vitse-çempionudur. Saori Yoşida, 2002-ci ildən 2015-ci ilə qədər baş tutan 13 Dünya Çempionatının qalibidir (2004-cü ildə Dünya Çempionatı baş tutmamışdır).

1998-ci ildən etibarən qatıldığı bütün yarışlarda qızıl medal qazanan Saori Yoşida, karyerası ərzində yeganə məğlubiyyətini, məhz karyerasının sonuncu görüşündə aldı.

Saori Yoşida 1982-ci il 5 oktyabrda Yaponiyanın Tsu şəhərində anadan olub.

1998–2001-ci illər

[redaktə | mənbəni redaktə et]

Yeniyetmələrin karyerası

[redaktə | mənbəni redaktə et]

Saori Yoşida beynəlxalq səviyyədə birinci yarışına, 1998-ci ilin iyul ayında qatıldı. 52 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı Saori Yoşida, Birləşmiş Krallıqın Mançester şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının həlledici, final görüşündə Polşa güləşçisi İvona Matkovskanı məğlub etdi və yeniyetmələrin Dünya çempionu oldu.

Saori Yoşida bir il sonra, 1999-cu ildə Polşanın Lodz şəhərinin ev sahibliyində baş tutan analoji yarışdada çempion oldu. Bu səfər 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Saori Yoşida, final görüşündə Macarıstan nümayəndəsi Zsuszanna Bejczini məğlub etdi və ardıcıl ikinci dəfə yeniyetmələrin Dünya Çempionatının qalibi oldu.

Gənclərin karyerası

[redaktə | mənbəni redaktə et]

58 kiloqram çəki dərəcəsində çıxış edən Saori Yoşida, növbəti uğurlarını gənclər arasında Dünya Çempionatlarında qazandı. 2000-ci ildə Fransanın Nant şəhərində baş tutan gənclərin Dünya Çempionatında o, finala gedən yolda Yeni Zelandiya nümayəndəsi Sian Lavı 11:0, Birləşmiş Ştatlar güləşçisi Karrie Birgeni 12:1 və Almaniyalı Sabrina Helbirqi 10:0 hesabları ilə məğlub etdi. Həlledici, final görüşündə isə Saori Yoşida, Rusiyalı Lyubov Volossova ilə üz-üzə gəldi və gərgin görüşün sonunda onu, 11:6 hesabı ilə məğlub etdi. Buna qədər iki dəfə yeniyetmələrin Dünya çempionu olan Saori Yoşida, artıq gənclər arasındada Dünya Çempionatının qalibi oldu.

Saori Yoşida, 2001-ci ildə növbəti dəfə gənclərin Dünya çempionu oldu. İsveçrənin Martinyi şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatının həlledici, final görüşündə o, bir il olduğu kimi yenə Rusiya nümayəndəsi Lyubov Volossova ilə üz-üzə gəldi və yenə onun üzərində qələbə qazanaraq gənclər arasında Dünya Çempionatının qalibi oldu.

1998-ci ildən etibarən qatıldıqı dörd Dünya Çempionatlarının bir görüşündə belə məğlub olmayan Saori Yoşida, artıq planetin ən güclü qadın güləşçilərindən biri idi.

2002–2004-cü illər

[redaktə | mənbəni redaktə et]

Saori Yoşida böyüklər arasında birinci uğurunu, 2002-ci ilin iyun ayında qazandı. O, Kanadanın Edmonton şəhərinin ev sahibliyində baş tutan tələbələr arasında Dünya Çempionatının həlledici, final görüşündə Çin nümayəndəsi Huihua Sunu məğlub etdi və Dünya Çempionatının qalibi oldu.

Həmin ilin oktyabr ayında isə Saori Yoşida, XIV Asiya Oyunlarına qatıldı. Cənubi Koreyanın Busan şəhərində baş tutan yarış, dairəvi sistemlə keçirildi. O, I turda Çin güləşçisi Sun Donqmeini 10:0, II turda isə Monqolustan nümayəndəsi Naidanqiin Otqonjarqalı 7:0 hesabları ilə məğlub etdi. Növbəti görüşlərdədə Saori Yoşida, inamlı mübarizə apardı. III turda Hindistanlı Alka Tomarı 10:0 hesabı ilə məğlub edən Saori Yoşida, həlledici görüşdə yerli Lee Na-Laeni 11:1 hesabı ilə məğlub etdi və XIV Asiya Oyunlarının qızıl medalına sahib oldu.

Asiya Oyunlarında sonra o, daha bir ciddi yarışda qüvvəsini sınadı. 20 yaşlı Saori Yoşida, Yunanıstanın Xalkida şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə apardı. O, finala gedən yolda UkraynaTatyana Lazarevanı 3:0 hesablı tuşe ilə, İspaniyalı Minerva Montero Perezi 10:1 hesabı ilə, Kanadalı Cennifer Rizi vaxtından əvvəl 11:0 hesabı ilə, İsveçli İda-Teres Nerelli isə 10:0 hesabı ilə məğlub etdi və birinci dəfə qatıldıqı Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici, final görüşündə 20 yaşlı Saori Yoşidanın rəqibi, Birləşmiş Ştatlar nümayəndəsi George Tina idi. Gərgin görüşün sonunda Saori Yoşida, 10:4 hesablı qələbə qazandı və Dünya Çempionatının qalibi oldu.

2004 Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2005–2008-ci illər

[redaktə | mənbəni redaktə et]

2008 Pekin Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2009–2012-ci illər

[redaktə | mənbəni redaktə et]

2012 London Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2013–2016-cı illər

[redaktə | mənbəni redaktə et]

2016 Rio-de-Janeyro Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Görüşlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]
Sıra Tarix Rəqib Hesab Yarış Şəhər Qeyd
1.
06–10-2002 Çin Sun Donqmei 10:0 Asiya Oyunları Busan, Cənubi Koreya Qrup mərhələsi
2.
06–10-2002 Monqolustan Naidanqiin Otqonjarqal 7:0 Asiya Oyunları Busan, Cənubi Koreya Qrup mərhələsi
3.
07–10-2002 Hindistan Alka Tomar 10:0 Asiya Oyunları Busan, Cənubi Koreya Qrup mərhələsi
4.
07–10-2002 Cənubi Koreya Lee Na-Lae 11:0 Asiya Oyunları Busan, Cənubi Koreya qızıl medal qazandı
5.
02–11-2002 Ukrayna Tatyana Lazareva 3:0 Dünya Çempionatı Xalkida, Yunanıstan 1/16 final mərhələsi
6.
02–11-2002 İspaniya Minerva Montero Perez 10:1 Dünya Çempionatı Xalkida, Yunanıstan 1/8 final mərhələsi
7.
02–11-2002 Kanada Cennifer Riz 11:0 Dünya Çempionatı Xalkida, Yunanıstan 1/4 final mərhələsi
8.
02–11-2002 İsveç İda-Teres Nerell 10:0 Dünya Çempionatı Xalkida, Yunanıstan 1/2 final mərhələsi
9.
02–11-2002 ABŞ George Tina 10:4 Dünya Çempionatı Xalkida, Yunanıstan qızıl medal qazandı
22–08-2004 Çin Sun Donqmei 11:0 Olimpiya Oyunları Afina, Yunanıstan Qrup mərhələsi
22–08-2004 İtaliya Diletta Ciampikkolo 10:0 Olimpiya Oyunları Afina, Yunanıstan Qrup mərhələsi
23–08-2004 Fransa Anna Qomis 7:6 Olimpiya Oyunları Afina, Yunanıstan 1/2 final mərhələsi
23–08-2004 Kanada Tonya Verbeek 6:0 Olimpiya Oyunları Afina, Yunanıstan qızıl medal qazandı
11–12-2006 Hindistan Alka Tomar 6:0 Asiya Oyunları Doha, Qətər 1/4 final mərhələsi
11–12-2006 Çin Su Lihui 8:1 Asiya Oyunları Doha, Qətər 1/2 final mərhələsi
11–12-2006 Qazaxıstan Olqa Smirnova 9:0 Asiya Oyunları Doha, Qətər qızıl medal qazandı
16–08-2008 İsveç İda-Teres Nerell 7:1 Olimpiya Oyunları Pekin, Çin 1/8 final mərhələsi
16–08-2008 Rusiya Nataliya Qolts 6:1 Olimpiya Oyunları Pekin, Çin 1/4 final mərhələsi
16–08-2008 Kanada Tonya Verbeek 8:0 Olimpiya Oyunları Pekin, Çin 1/2 final mərhələsi
16–08-2008 Çin Xu Li 7:0 Olimpiya Oyunları Pekin, Çin qızıl medal qazandı
11–10-2008 Hindistan Kamleş Devi 6:0 Dünya Çempionatı Tokio, Yaponiya 1/8 final mərhələsi
11–10-2008 Polşa Anna Zviridovska 2:0 Dünya Çempionatı Tokio, Yaponiya 1/4 final mərhələsi
11–10-2008 Kanada Brittanee Laverdure 4:0 Dünya Çempionatı Tokio, Yaponiya 1/2 final mərhələsi
11–10-2008 Ukrayna Tatyana Lazareva 6:0 Dünya Çempionatı Tokio, Yaponiya qızıl medal qazandı
24–09-2009 Madaqaskar Maminirina Rafaliharisolo 15:0 Dünya Çempionatı Herninq, Danimarka 1/16 final mərhələsi
24–09-2009 Fransa Anna Qomis 3:1 Dünya Çempionatı Herninq, Danimarka 1/8 final mərhələsi
24–09-2009 Rumıniya Ana Mariya Paval 6:0 Dünya Çempionatı Herninq, Danimarka 1/4 final mərhələsi
24–09-2009 Kanada Tonya Verbeek 6:2 Dünya Çempionatı Herninq, Danimarka 1/2 final mərhələsi
24–09-2009 Azərbaycan Sona Əhmədli 9:0 Dünya Çempionatı Herninq, Danimarka qızıl medal qazandı
09–09-2010 Cənubi Koreya Um Ji-Eun 7:0 Dünya Çempionatı Moskva, Rusiya 1/16 final mərhələsi
09–09-2010 Özbəkistan Tamara Kazaryan 12:0 Dünya Çempionatı Moskva, Rusiya 1/8 final mərhələsi
09–09-2010 ABŞ Tatyana Padilla 10:0 Dünya Çempionatı Moskva, Rusiya 1/4 final mərhələsi
09–09-2010 Rusiya Mariya Qurova 8:0 Dünya Çempionatı Moskva, Rusiya 1/2 final mərhələsi
09–09-2010 Azərbaycan Yuliya Ratkeviç 8:0 Dünya Çempionatı Moskva, Rusiya qızıl medal qazandı
26–11-2010 Monqolustan Batbaatarin Nomin-Erdene 9:0 Asiya Oyunları Quançjou, Çin 1/8 final mərhələsi
26–11-2010 Özbəkistan Liliya Şakirova 8:0 Asiya Oyunları Quançjou, Çin 1/4 final mərhələsi
26–11-2010 Şimali Koreya Pak Yon-Hui 4:0 Asiya Oyunları Quançjou, Çin 1/2 final mərhələsi
26–11-2010 Çin Janq Lan 6:0 Asiya Oyunları Quançjou, Çin qızıl medal qazandı
15–09-2011 Türkiyə Emriye Musta 5:0 Dünya Çempionatı İstanbul, Türkiyə 1/16 final mərhələsi
15–09-2011 ABŞ Helen Maroulis 4:0 Dünya Çempionatı İstanbul, Türkiyə 1/8 final mərhələsi
15–09-2011 Meksika Alma Valensiya 12:0 Dünya Çempionatı İstanbul, Türkiyə 1/4 final mərhələsi
15–09-2011 İsveç İda-Teres Nerell 12:0 Dünya Çempionatı İstanbul, Türkiyə 1/2 final mərhələsi
15–09-2011 Kanada Tonya Verbeek 6:4 Dünya Çempionatı İstanbul, Türkiyə qızıl medal qazandı
09–08-2012 ABŞ Kelsey Kampbell 2:0 Olimpiya Oyunları London, Birləşmiş Krallıq 1/8 final mərhələsi
09–08-2012 Azərbaycan Yuliya Ratkeviç 3:0 Olimpiya Oyunları London, Birləşmiş Krallıq 1/4 final mərhələsi
09–08-2012 Rusiya Valeriya Jolobova 3:0 Olimpiya Oyunları London, Birləşmiş Krallıq 1/2 final mərhələsi
09–08-2012 Kanada Tonya Verbeek 5:0 Olimpiya Oyunları London, Birləşmiş Krallıq qızıl medal qazandı
28–09-2012 Qazaxıstan Ağziya Dautbayeva 3:0 Dünya Çempionatı Stratkona, Kanada 1/8 final mərhələsi
28–09-2012 Hindistan Qeeta Foqat 4:0 Dünya Çempionatı Stratkona, Kanada 1/4 final mərhələsi
28–09-2012 Ukrayna Nataliya Sinişin 4:4 Dünya Çempionatı Stratkona, Kanada 1/2 final mərhələsi
28–09-2012 ABŞ Helen Maroulis 6:0 Dünya Çempionatı Stratkona, Kanada qızıl medal qazandı
19–09-2013 Rumıniya Ana Mariya Paval 8:0 Dünya Çempionatı Budapeşt, Macarıstan 1/16 final mərhələsi
19–09-2013 Rusiya Valeriya Jolobova 7:0 Dünya Çempionatı Budapeşt, Macarıstan 1/8 final mərhələsi
19–09-2013 Monqolustan Sündeviin Byambatseren 8:0 Dünya Çempionatı Budapeşt, Macarıstan 1/4 final mərhələsi
19–09-2013 Ukrayna İrina Usyak 8:0 Dünya Çempionatı Budapeşt, Macarıstan 1/2 final mərhələsi
19–09-2013 İsveç Sofiya Mattsson 5:0 Dünya Çempionatı Budapeşt, Macarıstan qızıl medal qazandı
11–09-2014 Çin Panq Qianyu 4:0 Dünya Çempionatı Daşkənd, Özbəkistan 1/8 final mərhələsi
11–09-2014 Rusiya Nataliya Malışeva 10:0 Dünya Çempionatı Daşkənd, Özbəkistan 1/4 final mərhələsi
11–09-2014 Kanada Cillian Qallays 4:0 Dünya Çempionatı Daşkənd, Özbəkistan 1/2 final mərhələsi
11–09-2014 İsveç Sofiya Mattsson 6:0 Dünya Çempionatı Daşkənd, Özbəkistan qızıl medal qazandı
28–09-2014 Çin Jonq Xueçun 12:9 Asiya Oyunları İnçeon, Cənubi Koreya 1/8 final mərhələsi
28–09-2014 Vyetnam Fam Ti Loan 2:0 Asiya Oyunları İnçeon, Cənubi Koreya 1/4 final mərhələsi
28–09-2014 Hindistan Babita Kumari 14:4 Asiya Oyunları İnçeon, Cənubi Koreya 1/2 final mərhələsi
28–09-2014 Monqolustan Sündeviin Byambatseren 12:1 Asiya Oyunları İnçeon, Cənubi Koreya qızıl medal qazandı
09–09-2015 İsveçrə Nadine Tornaçı 6:0 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar 1/16 final mərhələsi
09–09-2015 Vyetnam Nquyen Ti Lua 12:0 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar 1/8 final mərhələsi
09–09-2015 Azərbaycan Anjela Doroqan 11:0 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar 1/4 final mərhələsi
09–09-2015 Şimali Koreya Jonq Myonq-Suk 5:2 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar 1/2 final mərhələsi
09–09-2015 İsveç Sofiya Mattsson 2:1 Dünya Çempionatı Las-Veqas, Birləşmiş Ştatlar qızıl medal qazandı
18–08-2016 Azərbaycan Nataliya Sinişin 4:0 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya 1/8 final mərhələsi
18–08-2016 Seneqal İsabelle Sambou 9:0 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya 1/4 final mərhələsi
18–08-2016 Venesuela Betzabet Argüello 6:0 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya 1/2 final mərhələsi
18–08-2016 ABŞ Helen Maroulis 1:4 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya gümüş medal qazandı