Samara Vivinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Samara Vivinq
Doğum tarixi 23 fevral 1992(1992-02-23)[1][2] (32 yaş)
Doğum yeri
Milliyyəti avstraliyalı
Vətəndaşlığı Avstraliya Avstraliya
Partnyoru Cimmi Vorden
Fəaliyyəti aktrisa, model[d], kinorejissor, ssenarist
Fəaliyyət illəri 2008-ci ildən
IMDb ID3034977
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samara Vivinq (ing. Samara Weaving; 23 fevral 1992[1][2], Adelaida[3][2]) — avstraliyalı aktrisa və model. O, karyerasına öz ölkəsində "Mavidən kənar" (2008) adlı serialda rol alaraq başlamışdır. "Ev və uzaq" (2009–2013) adlı teleserialda canlandırdığı İndi Volker roluna görə 2011-ci ildə "Ən yaxşı qadın rol" başlığı altında Avstraliya İncəsənət Akademiyası mükafatına (AACTA) namizəd görülmüşdür.

Vivinq 23 fevral 1992-ci ildə Cənubi Avstraliyanın Adelaida şəhərində ingilis ata Simon Vivinq və maltalı ana Helena Bezzinanın ailəsində dünyaya gəlmişdir.[4][5] O, Sinqapur, Fici, Avstraliyaİndoneziyada böyümüşdür.[6] Atası kinorejissor, Yeni Cənubi Uelsin Nyukastl şəhərində yerləşən Nyukastl Universitetində müəllim və həmçinin Kanberra Beynəlxalq Film Festivalının bədii rəhbəridir.[7] Anası Nyukastl Universitetində muzeyşünaslıq dərsi keçən sənət terapevtidir.[7] Kiçik bacısı Morqan da aktrisadır.[6] Aktyor Huqo Vivinq əmisidir.[8]

Vivinq ailəsi ilə 2005-ci ildə Kanberraya köçdü və burada Kanberra Qızlar Qrammatika məktəbində təhsil aldı.[9] O, məktəbdə oxuyarkən müxtəlif teatr tamaşalarında iştirak etmişdir.[9]

Vivinqin ilk aktrisalıq təcrübəsi 2008-ci ildə çəkilmiş Avstraliya-Böyük Britaniya serialı "Mavidən kənar"da Kristen Malroni rolu olmuşdur.[10] 2009-cu ildə Avstraliya istehsalı "Ev və uzaq" adlı serialda İndigo "İndi" Volker rolunda yer almışdır.[11]

Vivinq AACTA mükafatı (2012)-də

İndi Volker rolunda görə 1-ci Avstraliya İncəsənət Akademiyası mükafatlarında (2012) "Ən yaxşı qadın rol" başlığı altında Auditoriyanın Seçimi mükafatına namizəd görülmüşdür.[12][13] 2013-cü ildə əmisi ilə birilikdə cinayət filmi "Sirli yol"da yer aldı.[14] Vivinq 2015-ci ildə "Eş ölü şeytana qarşı" teleserialının birinci mövsümündə Hater rolunu canlandırmışdır.[15]

Vivinq 2012-ci ildə Avstraliyanın iç geyim markası Bonds üçün model çəkilişlərində iştirak etmişdir.[16] 2016-cı ildə hərəkətli komediya filmi "Canavar yük maşınları"nda yer almışdır.[17] Sonrakı ildə hərəkətli komediya-triller filmi "Qarışıqlıq"da[18] və oktyabr ayında çıxan komediya-qorxu filmi "Dayə"də rol almışdır.[19] O həmçinin "Ebbinqdən kənarda üç reklam lövhəsi, Missuri" filmində Con Hokesin sevgilisi olaraq rol almışdır.[20] Vivinq Çarli Putun "Diqqət" adlı mahnısının video klipində yer almışdır ki, bu video YouTube platformasında 1 milyarddan çox izlənilmişdir.[21]

2017-ci ildən 2019-cu ilə qədər Showtimes telekanalında yayımlanan "SMILF" teleserialında Nilson Roz rolunda yer almışdır.[20] Vivinq ikinci mövsümdə müqavilənin ləğv edilməsi istəyib çəkilişlərdən uzaqlaşmışdır.[22] Buna səbəb olaraq isə seks səhnəsini göstərmişdir.[22]

Vivinq 2018-ci ildə "Hanqinq-Rokda piknik" miniserialında üç məktəbli şagirddən biri olaraq rol almışdır.[23] O, "Hazırsan ya yox" (2019) filmində baş rolda yer almışdır. Film rəyçilər tərəfindən müsbət qiymətləndirilmişdir.[24] O həmçinin hərəkətli komediya filmi "Akimbo silahları"nda (2019)[25] və 2020-ci ildə "Aydınlığın son anı""Dayə: Qatil kraliça" filmlərində baş rolda[26]"Bill və Ted musiqi ilə üzləşir" filmində Ti Preston rolunda yer almışdır.[27] O həmçinin "İlan gözlər" (2021) filmində Skarlett rolunda yer almışdır.[28]

Vivinq Adam Lonun bioqrafik filmi "Liz"də amerikalı sosialist Elizabet Petterson Bonapartı[29]"Dovşan dəliyindən aşağı: Keçmiş Playboy dovşanının maraqlı macəraları və nağılları" filmində hələki bilinməyən rolu canlandıracaq.[30]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Vivinq 10 mart 2019-cu ildə yaradıcı istehsalçı Cimmi Vorden ilə nişanlandığını açıqladı.[31]

İl Başlıq Rol Qeyd
2009 Sprung Fran Qısa film
2009 Steps Özü Qısa film
2013 Mystery Road Peggy
2014 Growing Young Minks Qısa film
Flex Off 2014 Özü Sənədli film
2015 He Who Has It All Serena Qısa film
2016 Bad Girl Chloe Buchanan / Jessica Cooper
Monster Trucks Brianne
2017 Mayhem Melanie Cross
Three Billboards Outside Ebbing, Missouri Penelope
The Babysitter Bee
2019 Ready or Not Grace Le Domas
Guns Akimbo Nix
2020 100% Wolf Batty (səs)
Last Moment of Clarity Georgia Outerbridge / Lauren Clerk
Bill & Ted Face the Music Thea Preston
The Babysitter: Killer Queen Bee
2021 Snake Eyes Shana O'Hara / Scarlett
2022 Babylon
TBA The Valet Olivia
Chevalier Marie-Josephine [32]
İl Başlıq Rol Qeyd
2008 Out of the Blue Kirsten Mulroney Baş rol
2009–2013 Home and Away Indi Walker Baş rol
2011 1st AACTA Awards Herself / Presenter
2015 Squirrel Boys Kelly İnternet serialı
2015–2016 Ash vs Evil Dead Heather
2017–2019 SMILF Nelson Rose Baş rol
2018 Picnic at Hanging Rock Irma Leopold Baş rol
2020 Hollywood Claire Wood Baş rol
2021 Nine Perfect Strangers Jessica Chandler Miniserial

Musiqi videoları

[redaktə | mənbəni redaktə et]
İl Mahnı Müğənni Rol Qeyd
2017 "Diqqət" Çarli Put Love Interest

Mükafatlar və namizədliklər

[redaktə | mənbəni redaktə et]
İl Association Kateqoriya İş Nəticə İst.
2011 AACTA Awards Best Female Performance Home and Away Namizəd [33]
2017 Film Critics Circle of Australia Awards Best Actress Bad Girl Namizəd [34]
Detroit Film Critics Society Best Ensemble Three Billboards Outside Ebbing, Missouri Namizəd [35]
Florida Film Critics Circle Best Cast Qazandı [36]
Online Film Critics Society Best Ensemble Qazandı [37]
San Diego Film Critics Society Best Ensemble Namizəd [38]
Washington D.C. Area Film Critics Association Best Acting Ensemble Qazandı [39]
2018 Critics' Choice Awards Best Acting Ensemble Qazandı [40]
Georgia Film Critics Association Best Ensemble Qazandı [41]
Gold Derby Awards Best Ensemble Cast Qazandı [42]
Screen Actors Guild Awards Outstanding Performance by a Cast in a Motion Picture Qazandı [43]
Seattle Film Critics Society Best Ensemble Namizəd [44]
2019 Equity Ensemble Awards Outstanding Performance by an Ensemble in a TV Movie or Miniseries Picnic at Hanging Rock Namizəd [45]
Golden Schmoes Awards Best T&A of the Year Ready or Not Namizəd [46]
IGN Summer Movie Awards Best Lead Performer in a Movie Namizəd [47]
Fright Meter Awards Best Actress in a Leading Role Qazandı [48]
2020 Fangoria Chainsaw Awards Best Actress Namizəd [49]
HNiD Awards Best Actress Write-in [50]
  1. 1 2 LezWatch.TV (ing.). 2014.
  2. 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.
  3. 1 2 (unspecified title) (alm.).
  4. Lal, Chloe. "Who is Samara Weaving: Get to know the Summer Bay babe that's taking Hollywood by storm". Now To Love. 31 yanvar 2018. 2019-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2019.
  5. "Samara Weaving" (ingilis). Yahoo7. 27 avqust 2009. 9 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  6. 1 2 Fox, Richard. "Samara settles into a fine career". The Sydney Morning Herald. 19 avqust 2012. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2017.
  7. 1 2 Lipworth, Elaine. "'Must be in the genes': Why Samara Weaving was destined for stardom". The Sydney Morning Herald. 29 sentyabr 2019. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2019.
  8. Clune, Richard. "Summer Bay's new sister act with Samara Weaving and her sister Morgan". The Daily Telegraph. Sydney, NSW. 22 aprel 2012. 2020-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  9. 1 2 Edwards, Laura. "Weaving fame from a passionate past". Canberra CityNews. 23 yanvar 2013. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  10. Clune, Richard. "Huge Weaving's as niece Samara takes up acting". news.com.au. 6 iyun 2010. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2017.
  11. Vickery, Colin. "Samara Weaving gets acting tips from uncle Hugo Weaving". news.com.au. 16 avqust 2009. 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  12. "Vote for the AACTA award winners". The Advertiser. 17 yanvar 2012. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  13. Scott, Gavin; Miller, Erin. "'It was time to go'". TV Week (31). 3–9 avqust 2013: 4–5.
  14. Lewington, Prue. "Samara Weaving scores first role in Hollywood blockbuster". The Daily Telegraph. Sydney, NSW. 15 avqust 2014. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  15. Williamson, Brett. "Home and Away star Samara Weaving unintended centre of US Election social media scam". ABC Online. 10 iyun 2016. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  16. "Samara Weaving sparkles in new Bonds ad". Now to Love. 18 fevral 2014. 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2017.
  17. Parker, Lou. "Former Home and Away sweetheart Samara Weaving's Monster start to the year". The Daily Telegraph. Sydney, NSW. 6 yanvar 2017. 2017-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  18. Kit, Borys. "'Walking Dead' Star Steven Yeun Tackles Action Movie 'Mayhem' (Exclusive)". The Hollywood Reporter. 16 mart 2016. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  19. Kroll, Justin. "McG's 'The Babysitter' Moves to Netflix From New Line". Variety. 12 dekabr 2016. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2017.
  20. 1 2 Pechman, Alexandra. "Samara Weaving, Star of SMILF and Three Billboards Outside Ebbing, Missouri, Relishes Being the Girl You Love to Hate". W. 8 noyabr 2017. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.
  21. "Samara Weaving's dramatic role in Charlie Puth's video emerges after naked photo scandal". The Daily Telegraph. Sydney, NSW. 17 may 2017. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2017.
  22. 1 2 Holloway, Daniel. "Frankie Shaw Investigated by ABC Studios Following Misconduct Claim on Showtime's 'SMILF'". Variety. 17 dekabr 2018. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
  23. Pedersen, Erik. "Natalie Dormer Leads 'Picnic At Hanging Rock' As Foxtel Sets Event Series Cast". Deadline Hollywood. 16 fevral 2017. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2017.
  24. Miska, Brad. "Radio Silence Plays a Game of 'Ready or Not' With Samara Weaving". Bloody Disgusting. 22 avqust 2018. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2018.
  25. Kay, Jeremy. "Samara Weaving joins Daniel Radcliffe on 'Guns Akimbo'". Screendaily. 26 April 2018. 20 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2019.
  26. Srisavasdi, Greg. "Brian Cox Talks 'Last Moment Of Clarity' Collaboration With "Exceptional" Filmmakers". Hollywood Outbreak (ingilis). 2020-05-18. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
  27. Couch, Aaron. "'Bill & Ted 3' Finds Daughters for 'Face the Music'". The Hollywood Reporter. 5 iyun 2019. 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
  28. Kit, Borys. "Samara Weaving Joins Henry Golding in G.I. Joe Spinoff 'Snake Eyes'". The Hollywood Reporter. 14 oktyabr 2019. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2019.
  29. Edwards, Chris. "Former Home and Away star Samara Weaving lands leading role in new movie". Digital Spy. 29 yanvar 2021. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2021.
  30. Swift, Andy. "Samara Weaving to Play Holly Madison in Series Based on Playboy Bunny's Life". TV Line. 19 fevral 2021. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2021.
  31. Edwards, Chris. "Former Home and Away star Samara Weaving announces her engagement". Digital Spy. 11 mart 2019. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2019.
  32. Nordstrom, Leigh. "Samara Weaving on Why 'Nine Perfect Strangers' Is a Must-Watch". WWD (ingilis). 2021-08-18. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  33. "Samara settles into a fine career". The Sydney Morning Herald (ingilis). 2012-08-19. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  34. "2017 Awards". Film Critics Circle of Australia. 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
  35. "The 2017 Detroit Film Critics Society Awards". detroitfilmcritics.com. 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  36. "'The Shape of Water' Leads 2017 Florida Film Critics Awards Nominations". Florida Film Critics Circle (ingilis). 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  37. Hipes, Patrick. "'Get Out' Named Best Picture By Online Film Critics Society". Deadline (ingilis). 2017-12-28. 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  38. "San Diego Film Critics Society Nominations: Dunkirk, Shape of Water Lead plus double mentions for Sally Hawkins – AwardsWatch". 2017-12-10. 10 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  39. "2019 WAFCA Award Winners - The Washington DC Area Film Critics Association (WAFCA)". www.dcfilmcritics.com. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  40. "Critics' Choice Awards: 'The Shape of Water' Leads With 14 Nominations | Hollywood Reporter". www.hollywoodreporter.com. 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  41. "2017 Awards" (ingilis). 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  42. Montgomery, Daniel. "2018 Gold Derby Film Awards winners: 'Call Me by Your Name' wins Best Picture, but voters spread the wealth". Gold Derby. 1 February 2018. 2 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
  43. "SAG Awards Winners: Complete List". Variety. 21 January 2018. 13 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
  44. "'Blade Runner 2049' Leads the 2017 Seattle Film Critics Society Nominations". Seattle Film Critics Society (ingilis). 2017-12-11. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  45. Knox, David. "Equity Ensemble Awards 2019: winners". TV Tonight. 18 June 2019. 8 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
  46. "Golden Schmoes Winners and Nominees (2019) | JoBlo.com Movie Network" (ingilis). 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  47. "Best Lead Performer in a Movie in 2019". IGN. December 20, 2019. December 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2020.
  48. "2019 Fright Meter Award Winners". Fright Meter Awards. August 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2020.
  49. Conrad, Jeremy. "Fangoria's 2020 Chainsaw Awards Voting is Now Live!". Bleeding Cool. 6 January 2020. 11 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
  50. Nowicki, Albert. "Oscary? Meh. Horrory znów zostaną niedocenione". His Name is Death (polyak). January 6, 2020. 2020-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 11, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]