Saksoniya (krallıq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Krallıq
Saksoniya
Königreich Sachsen
Bayraq Gerb
Bayraq Gerb
«Providentiae Memor»
Himn: Sakson himni
Preise dein Glücke, gesegnetes Sachsen!
Almaniya İmperiyası tərkibində Saksoniya krallığı
Almaniya İmperiyası tərkibində Saksoniya krallığı
 
 
1806 — 1918

Paytaxt Drezden
Rəsmi dilləri Yuxarı Sakson Almancası
Ərazisi 14,993 km²
Əhalisi 4,806,661 (1906)
İdarəetmə forması Konstitusiyalı monarxiya
Dövlət başçıları
İlk kral
 • 1806-1827 I Fridrix Avqust
Son kral
 • 1904-1918 III Fridrix Avqust
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Saksoniya krallığı (alm. Königreich Sachsen‎); bəzən Saksen — Almaniya İmperiyası tərkibində 1806-1918-ci illərdə mövcud olmuş dövlət.

1806-cı ildən əvvəl Saksoniya Müqəddəs Roma İmperiyasının bir hissəsi idi. Napoleon Bonapart 1806-cı ildə ələ keçirdiyi Saksoniyanı bir krallıq halına gətirdi. Saksonya krallığı Napoleon devrilənə qədər onun ən yaxın mütffəqi oldu. Napoleondan sonra Saksoniya torpaqları qalib dövlətlər toplanan Vyana konqresində (1814-15) 40%-i Prussiyaya verildi. Krallığın geri qalan bölümü 1815-ci ildə Alman konfederasiyasına qoşuldu. 1817-ci ildə isə yeni Almaniya imperiyası tərkibinə qoşuldu. Almaniya I Dünya müharibəsində məğlub olandan sonra krallıq da ləğv olundu.

1831-ci il konstitusiyasına əsasən Saksoniya krallığı konstitusiyalı monarxiya idi. O başqa bir dövlətin hökmdarı ola bilməzdi.[1] Nazirlərin razılığı olmadan kralın hər-hansı əmri keçərli sayılmırdı. Aşağıdakı nazirliklərdən ibarət idi:

  • Ədalət nazirliyi
  • İqtisadiyyat nazirliyi
  • Daxili işlər nazirliyi
  • Müharibə nazirliyi
  • Din işləri nazirliyi
  • Xarici işlər nazirliyi
Şəkli Adı Hakimiyyət dövrü Qeydlər
I Fridrix Avqust 20 Dekabr 1806 - 5 May 1827 1807-1813-cü illər arası Varşava hersoqu idi.
Anton 5 May 1827 - 6 İyun 1836 I Fridrix Avqustun qardaşı
II Fridrix Avqust 6 İyun 1836 - 9 Avqust 1854 I Fridrix AvqustunAntonun qardaşıoğlu
İohann 9 Avqust 1854 - 29 Oktyabr 1873 II Fridrix Avqustun qardaşı
Albert 29 Oktyabr 1873 - 19 İyun 1902 İohannın oğlu
Georg 19 İyun 1902 - 15 Oktyabr 1904 Albertin qardaşı
III Fridrix Avqust 15 Oktyabr 1904 - 13 Noyabr 1918 Georgun oğlu. Son Saksoniya kralı.[2]
  1. "Saksoniya konstitusiyası, 5 və 138-ci hissələr". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  2. "Saxony during the Weimar Republic 1918-1933". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.