Sahib Qarayev
Sahib Qarayev | |
---|---|
Sahib Səhyəddin oğlu Qarayev | |
Doğum tarixi | |
Doğum yeri | Çərəli kəndi, Qubadlı rayonu |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Sumqayıt şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | mühəndis-mexanik |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Mükafatları |
Sahib Qarayev (Sahib Səhyəddin oğlu Qarayev; 25 sentyabr 1941, Qubadlı ) — "Tərəqqi" medalı, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı təltifçisi[1].
Həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]Sahib Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1959-cu ildə Hal kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmiş, “Sintezkauçuk” zavodunda çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır[2].
1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş və istehsalatdan ayrılmadan ali təhsil almış, mühəndis-mexanik ixtisasına yiyələnmişdir[3].
Vəfatı
[redaktə | mənbəni redaktə et]Sahib Qarayev 8 iyun 2015-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir[2].
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1967-ci ilə kimi həmin zavodda usta, növbə rəisi vəzifələrində çalişmişdır. 1967-ci ilin avqust ayından 1969-cu ilin aprel ayına kimi Sumqayıt Yük Avtomobil Bazasında avtodəstə rəisi, 1969-cu ildən 1972-ci ilə kimi Sumqayıt Sərnişindaşınma Avtobazasının baş mühəndisi, sonra rəisi, 1972-1975-ci illər Sumqayıt Sərnişindaşınma Avtobazasının müdiri, 1975-ci ildən 1982-ci ilin dekabr ayına qədər Sumqayıt Şəhər Avtonəqliyyat İstehsalat Birliyinin rəisi vəzifəsində çalışmışdır.
1982-ci ilin dekabr ayında Sahib Qarayev Bakı şəhərindəki Avtomobil Bazanın rəisi vəzifəsinə təyin edilmiş, 1985-ci ilin mart ayına qədər bu vəzifədə işləmişdir. Həmin ilin mart ayında o, yenidən Sumqayıt şəhərinə dəvət edilmiş və Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilmişdir. 1987-ci ilin sentyabr ayından 1988-ci ilin oktyabr ayına qədər Bakı Taksi Nəqliyyat idarəsi Baş direktorun müavini, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin sentyabr ayına qədər Bakı şəhəri 2 saylı Taksimotor parkının direktoru, 1989-cu ilin sentyabr ayından 1997-ci ilin yanvar ayına qədər Sumqayıt Avtokombinatının direktoru vəzifəsində işləmişdir[2].
1997-ci ilin yanvar ayından Azərbaycan Avtonəqliyyat Dövlət Konserninin nəzdində Sumqayıt Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru, 1999-cu ilin yanvar ayında səhmdar cəmiyyətin yaradılması ilə əlaqədar Sumqayıt Avtonəqliyyat Səhmdar Cəmiyyətinin sədri, 2001-ci ilin yanvar ayında Sumqayıt Şəhər Nəqliyyat Departamentinin sədri, 2002-ci ilin may ayında Sumqayıt Şəhər Lisenziyalaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Sumqayıt Şəhər Lisenziyalaşdırma İdarəsinin ləğvi ilə əlaqədar 2002-ci ilin sentyabr ayından “Sumqayıt Sərnişin” ASC-nin sədri vəzifəsinə başlamış,ömrünün sonuna qədər həmin vəzifəni daşımışdır[2].
1976-ci ildən ardıcıl olaraq Sumqayıt Şəhər Sovetinin deputatı, 1999-cu ildən özünüidarəetmə orqanına- şəhər bələdiyyəsinə üzv seçilmiş, Rabitə və nəqliyyat məsələləri üzrə Komissiyanın sədri, Sumqayıt şəhər Ağsaqqalar şurasının sədr müavini, uzun müddət Nəqliyyat Nazirliyində Kollegiya üzvü olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Sahib Qarayev "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı ilə təltif edilmişdir. O, ictimai fəallığına və fəaliyyətinə görə bir çox fəxri fərmanlara, mükafatlara, diplomlara layiq görülmüşdür[1].
19 sentyabr 2014-cü ildə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2021.
- ↑ 1 2 3 4 Elbrus Şahmar. Xanimanım Qubadlı. Bakı. 1998. səh. 644.
- ↑ "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər" (az.). apa.az. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2021.