Safeguard

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Safeguard
Ümumi məlumatlar
Sənaye sabun
Təsis tarixi 1963
Baş qərargahın yeri ABŞ
Struktur
Ana şirkət Procter & Gamble
www.safeguardsoap.com

Safeguard (azərb. sağlam müdafiə‎) — Procter & Gamble şirkətinə daxil olan antibakterial sabun markası. Procter & Gamble-ın laboratoriyalarında hazırlandıqdan sonra Safeguard ilk dəfə 1963-cü ildə ABŞ-də satışa çıxarılmış və istehlakçılar tərəfindən maraqla qarşılanmışdır.

Safeguard sabunları ABŞ, Meksika, Ukrayna, Latviya, Kanada, Misir, Çin, Nigeriya, Keniya, PakistanFilippin kimi ölkələrdə istehlakçıların ən çox üstünlük verdikləri sabun markası hesab olunur.

2012-ci ilin 30 aprel tarixindən etibarən yuxarıda göstərilən ölkələrə Estoniya, Beliz, Polşa, LitvaSloveniyada qoşulmuşdur. 2012-ci ilin 1 may tarixindən etibarən isə Safeguardın əhatə dairəsinə Avstraliya, Yeni Zelandiya, Baham adaları, Qərbi Afrika, BanqladeşNepalda daxil olmuş və bununla da Safeguard bütün dünyanı əhatə etmişdir.

Safeguardın ilk reklam afişası elə sabun satışa çıxarıldığı il (1963) ABŞ-də yayımlanmışdır.
  • 1963Procter & Gamble istehlaçıların bazarda antibakterial sabunlara olan tələbatını ödəmək üçün yeni layihənin üzərində işləməyə başladı. Şirkətin sabun istehsalında böyük təcrübəsi vardı. Belə ki, hələ 1879-cu ildə P&G tərəfindən istehsal edilən ağ rəngli suyun səthində qala bilən İvory sabunları qısa zamanda Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında məşhurlaşa bilmişdi.
  • 1964 — Aparılan kiliniki testlər Safeguardın 99,3% dəri səthini müdafiə və mühafizə etdiyini göstərdi.
  • 1966Safeguard beynəlxalq brend kimi formalaşmağa və inkişaf etməyə başladı. Ötən əsrin 70-ci illərində Safeguardı dünyanın 15-dən çox bazarında istehlakçıların əsas üstünlük verdikləri antibakterial sabun markalarından birinə çevrilmişdi.
  • 1967Procter & Gamble şirkətinin və bir sıra beynəlxalq laboratoriyalarda aparılan araşdırmalar Safeguardın dəri səthinin müdafiəsində digər sabunlara nisbətən daha effektiv olduğunu sübut etdi. Toplum tərəfindən maraqla izlənilən bu araşdırmaların nəticəsi olaraq Safegurdın dəri səthində yarana biləcək infeksiyaların 44% qarşısını aldığını göstərdi. Bazara çıxarılmasının 10 illiyi ərəfəsində Safeguard kombinasiya, mikroblara qarşı müdafiə və dəri səthinin qorunması sahəsində lider sabun olmağa başlamışdı.
  • 1970Safeguardın kommersiyanal siması tərəfindən bir sıra dəyişiklik edildi. Bu zamana qədər əsasən fərdlərin qorunması istiqamətlənmiş iş aparılsada bu ildən etibarən Procter & Gamble ən uğurlu sabun markalarından birini ailə qoruması səviyyəsinə qaldırdı. Beləliklə Safeguard bütün ailə fərdlərinə uyğun hesablanaraq istehsal ediləcəkdi. Ailə qoruması ilə bağlı (ing. Richer, Livelier Lather Safeguard – The Perfect Family Soap) — Zəngin, daha canlı dəri müdafiəsi — mükəmməl ailə sabunu devizi qəbul edildi.
  • 1990Safeguardın əhatə dairəsinə ÇinPakistan kimi böyük bazarlarda daxil edildi. Bu dövrdə artıq Safeguard ailələr tərəfindən ən çox üstünlük verilən antibakterial sabuna çevrilmək üzrə idi. Ailənin bütün fərdlərinə hədəflənmiş kompleks müdafiə sistemi nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan istehlakçılar Safeguarda üstünlük verirdilər.
  • 1992Procter & Gamble şirkəti tərəfindən Safeguardın ilk antibakterial maye sabununu təqdim edildi.
  • 2000Safeguard dünya bazarında antibakterial sabunlar sahəsində lider olmağı bacardı. Bu dövrdən etibarən Safeguardın Bədən təmizliyi üçün (2004), Əl-üz yuyulması üçün maye sabunları (2010) və Əl təmizliyi üçün (2010) olmaqla yeni müxtəlif növləri satışa çıxarıldı.

Safeguard bu gün dünyanın 15-dən çox ölkəsində nə çox üstünlük verilən antibakterial sabun markasıdır. Pakistanda Procter & Gamble mütəxəssisləri və yerli həkimlərlə birlikdə ölkə tarixinin ən böyük gigiyena layihəsinə start verildi. Layihə çərcivəsində Pakistanda təhsil alan 4 milyon nəfərə yaxın uşaq layihəyə cəlb edildi.

Pakistan Səhiyyə Nazirliyi tərəfindən elan edilən nəticəyə əsasən layihədə iştirak edən şagirdlərin 86% gigiyena və şəxsi müadafiə sahəsində irəliləyiş əldə etdi. Safeguard eyni zamanda Beynəlxalq əl-üz yuma günü kimi maraqlı tədbirlər həyata keçirməklə dünyanın 80-dan çox ölkəsində yaşayan insanlara gigiyena və şəxsi müadafiə sahəsində təlimlər keçdi, bilgilər verdi.

Meksika, PakistanFilippin kimi ölkələrdə uşaqlarda gigiyena vərdişlərinin formalaşdırıması və inkişaf etdirilməsi üçün Komandir Safeguard adlı cizgi filmi yayımlanmağa başlandı. Uşaqların böyük marağına səbəb olan cizgi filmində Komandir Safeguard tərəfindən gigiyena və şəxsi müdafiənin əhəmiyyətliliyi barədə tez-tez mesajlar verilir, uşaqlara bədən qulluğunun önəmlərindən danışılırdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]