Sonic the Hedgehog 2 (8-bit)
Sonic the Hedgehog 2 | |
---|---|
Hazırlayan | Aspect |
Yayımlayan | Sega |
Distribüterlər | Wii Virtual Console |
Anons tarixi | Sonic Team 1992 |
Buraxılış tarixi | 16 oktyabr 1992 |
Janrlar | Macəra |
Texniki məlumat | |
Platformalar |
Sega Master System Sega Game Gear Wii |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | oyun kartrici[d] |
Sonic the Hedgehog 2 (8-bit) - "Aspect" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. Videooyunun bu versiyasında hekayə 16-bit versiyadan fərqlənir.
Məzmun
[redaktə | mənbəni redaktə et]Kirpi Sonik Həkim Robotnik üzərində qələbə çaldıqdan sonra adaya evinə gəlir. Amma bir müddət sonra Sonik adada sıxıntı hissi keçirdiyi ucbatından buranı tərk edərək yeni macəralarla qatlaşır. Qısa müddətsən sonra Sonik aya qayıdır. Amma qayıdan zaman Sonik adada olan bütün heyvanların yoxa çıxdığını görür. Bu zaman Sonik bir məktub görür və onu oxuyur. Məktəbu yazan onun ən yaxın dostu olan Maylz qaçırılan zaman yazmışdır. Məktub yazılır ki, özü də daxil olmaqla, adada yaşayan bütün heyvanlar Həkim Robotnik tərəfindən qaçırılmışdır. Bunu oxuyan Sonik dostu Maylz və heyvanları xilas etmək üçün yeni macəraya yollanır. Sonik bütün çətinliklərin üstəsindən gələrək sonda Robotniki məğlub edir. Videooyunun sonluğu oyunçuya bağlıdır:
Sonik "Crystal Egg" zonasını keçir: Əgər oyunçu Haosun bütün zümrüdlərini götürübsə, onda oyun yaxşı sonluqla bitəcəkdir. Bu sonluqda Sonik və Teylz birgə qaçan zaman ulduzlu səmada portretlərinə müşahidə edirlər.
Sonik "Crystal Egg" zonasını keçmir: Əgər oyunçu Haosun bütün zümrüdlərini götürməyibsə, onda oyunun sonluğu başqa cür bitəcəkdir. Bu sonluqda Sonik tək qaçır və ulduzlu səmada dostu Teylzın portretini görür.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sonic the Hedgehog 2 (ing.) Green Hill Zone saytında
- Sonic the Hedgehog 2 (ing.) Sonic Retro saytında
- Sonic the Hedgehog 2 (ing.) Sonic News Network saytında