41°21′55″ şm. e. 22°53′57″ ş. u.HGYO

Smolar şəlaləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Smolar şəlaləsi
Ümumi məlumatlar
Hündürlüyü 40 m
Yerləşməsi
41°21′55″ şm. e. 22°53′57″ ş. u.HGYO
Ölkə  Şimali Makedoniya
Smolar şəlaləsi xəritədə
Smolar şəlaləsi
Smolar şəlaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Smolar şəlaləsi (mak. Смоларски Водопад) — Makedoniya Respublikasının şərqində Yunanıstan ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Belasisa dağının şimal ətəklərində yerləşir. Şəlalə Lomnisa çayının orta axarlarında, sıx meşəlik daxilində qərarlaşır. Bu təbiət abidəsi dəniz səviyyəsindən 600 metr hündürlükdədir. Şəlalədən şimalda ona ən yaxın yaşayış məntəqəsi olan Smolari kəndi yerləşir. İnzibati baxımından Makedoniya Respublikasının Cənub-Şərq regionu, Strumisa icmasına daxildir.

Şəlalə Lomnica çayı istiqamətində olan tektonik olaraq qeyri-sabit strukturda yerləşir. Şəlalənin töküldüyü hissədə dərin bir hovuz vardır. Bu hovuzun uzunluğu 5 metr, eni 11 metr, dərinliyi isə yerindən asılı olaraq 0,5–0,7 metr arasında dəyişir. Şəlalənin hündürlüyü 39.5–40 m arasındadır. Smolar şəlaləsi Makedoniya Respublikasında ən yüksək qalıcı şəlalə və Belasisa dağında ən yüksək olanıdır[1][2].

Şəlaləyə Smolar kəndindən getmək mümkündür. 2003-cü ildə şəlaləyə ensiz, 580 metr uzunluğu olan yol torpaq yol çəkilmişdir. Bu yolla turislər şəlaləyə gedə və geriyə qayıda bilirlər. Şəlaləyə gedən yolda 2007-ci ildə inşa edilmiş taxtadan bir bazar vardır. Burada yerli meyvə, tərəvəz və bal satılır. Bu bazar kənd üçün bir gəlir mənbəyidir. Yolda 300 daş pilləkən vardır. Bir fıstıq meşəsindən keçir və Belvoi-Deroi üzərində bir körpüdə bitir[1]. Körpü ağac materialından inşa edilmişdir.

  1. 1 2 "Smolare Waterfall" (ingilis). Exploring Macedonia. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-31.
  2. Латинка Топалова-Жежиха. Туристически пътеводител на Беласица. София: Българска фондация Биоразнообразие. 2012. 148. ISBN 978-954-9959-57-4.