Oğuz zəlzələsi (1953)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oğuz zəlzələsi
Oğuz zəlzələsi (1953) (Azərbaycan)
Tarix
  • 2 sentyabr 1953
Maqnituda 7
Əhatəsi Oğuz rayonu

Oğuz zəlzələsi — 1953-cü il sentyabrın 2-də baş vermiş 7 ballıq zəlzələ[1].

1953-cü il sentyabrın 2-də Vartaşen (indiki Oğuz rayonu) rayonununda 7 ball gücündə zəlzələ olmuşdur.

Bu zəlzələdən sonra yenə hiss edilən təkanlar içərisində ən güclüləri sentyabrın 5-də və 11-də olmuşdur (6 ball gücündə). Əsas zəlzələnin təsiri ən çox Vartaşen, MuxasCumat kəndlərində hiss edilmişdir. Əksər evlərin künc və divarlarında yarıqlar əmələ gəlmişdir. Bəzi yerlərdə divarlar bir-birindən aralanmış, pəncərə və qapıların üstləri uçmuşdur. Çiy kərpicdən tikilmiş yerli tipli binalara hamıdan çox ziyan dəymişdir. Antiseysmik qaydalara riayət edilməklə tikilən evlərə heç bir zərər toxunmamışdır. Həmçinin 10–12 kənddə evlərin barılarında yüngül yarıqlar əmələ gəlmişdir. Sincan kəndinin yaxınlığında 208 metr dərinlikdəki artezian quyusundan zəlzələ vaxtı 10 metrə qədər hündürlükdə su fəvvarə vurmuşdur.

  1. Fuad Sultanov, Z. Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.24