Nuray Hafiftaş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nuray Hafiftaş
Ümumi məlumatlar
Doğum tarixi 2 noyabr 1962(1962-11-02)[1]
Doğum yeri
Vəfat tarixi 14 fevral 2018(2018-02-14) (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr İslimi
Təhsili
nurayhafiftas.com.tr

Nuray Hafiftaş (2 noyabr 1962[1], Çıldır, Qars ili14 fevral 2018, İstanbul) — Azərbaycan əsilli Türkiyə xalq musiqisi sənətkarı və bəstəkarıdır.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nuray Hafiftaş 2 noyabr 1962-cü ildə Çıldırda doğulub. İTU Dövlət Konservatoriyasını bitirdikdən sonra İstanbul Bələdiyyə Konservatoriyasının İcra Heyətində 4 il dövlət sənətçisi olaraq işləyib. Eyni illərdə İstanbul Radiosunda da işləyib. İndiyə qədər bir çox albom çıxaran sənətçinin 100-dən çox söz və bəstəsi özünə aid olan əsərləri var. Bunlardan "Ayrılık Nikahı", "Yalan Dünya" və "İsyan Ediyorum"u müğənni Kibariye, "Hasret" ve "Gurbet"i isə İzzet Yıldızhan oxuyub. Sənətçinin son albomuna isə özünə aid "Be Hey Gafil" və "Yavrular" adlı iki bəstəsi də daxildir. "Star Production"ın təsiri ilə bazara çıxan "Yazı Bir Dert Kışı Bir Dert" adlı son albomunun prodüserliyini Yusuf Savaş öz üzərinə götürüb. 12 əsərdən ibarət olan bu albom təxmini dörd il sonra çıxıb. Bir müddətdir xərçəngdən müalicə olunan sənətkar 14 fevral 2018-ci ildə dünyasını dəyişib[2]. Müğənni dövlət törəni ilə 2018-ci il 15 fevral tarixində İstanbulun Zincirlikuyu məzarlığında dəfn edilib.

  • "Gözünü Toprak Doyursun"
  • "Dinle"
  • "Eyvah Gönül"
  1. 1 2 Nuray Hafiftaş // (unspecified title).
  2. "Arxivlənmiş surət". 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.