10°03′28″ şm. e. 123°00′51″ ş. u.HGYO

Neqros

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Neqros
taqal Negros
Ümumi məlumatlar
Sahəsi 13074 km²
Uzunluğu 180 km
Hündür nöqtəsi 2464 m
Əhalisi 4.198.525 nəfər (2010-cu il)
Yerləşməsi
10°03′28″ şm. e. 123°00′51″ ş. u.HGYO
Ölkə  Filippin
Neqros xəritədə
Neqros
Neqros
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neqros (taqal Negros) — Filippin arxipelaqına daxil olan orta ölçülü adadır. Arxipelaqın mərkəzində yerləşir. Adanın uzunluğu 180 km, sahəsi isə 13 074,5 km²[1]. Adanın əhalisi 4 194 525 nəfər [2] (2010 il) təşkil edir. Neqros Visay adalarına daxildir.

Şimaldan Visayan dəniziSibuyan dənizi, cənubdan Sulu dənizi ilə əhatələnir. Ən hündür nöqtəsi Kandaon vulkanıdır (2464 m). Qərbi alçaqdır və kiçik çaylar bura istiqamətlənir. Qonşu Panay və Tanon adalarından Himaras boğazı ilə ayrılır. Panay adasına nisbətən quraqdır, il ərzində 1600 – 2000 mm yağıntı düşür. İqlimi subekvatorial və mussondur.

Ada iki vilayətə bölünür: Qərbi Neqros (2 907 859 nəf.) və Şərqi Neqros (1 286 666 nəf.). Ən iri şəhər Bakoloddur.

Adanın əsas əhalisi visayyalılardır. Dağlıq ərazilərdə çinlilər, dağlarda isə neqiroid irqinə məxsus aetalılardır.

Dağlıq rayonlar tropik meşələrlə örtülüdür. Əsasən qarğıdalı və texniki bitkilər əkilir. Şəkər istehsalı həyata keçirilir. Cənub dağlıq ərazilərdə dəmir və gümüş çıxarılır.

  1. "Arxivlənmiş surət". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-24.
  2. Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). April 2012. 2018-12-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.