Namazlıq xalçaları
Xalça | |
Namazlıq | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | Namazlıq xalçaları |
Digər adları | "Ceynamaz" və ya "Canamaz" "Mehrabi" xalçası |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Namazlıq — dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunan kiçik xalça növü.
Namazlıq xalçalar Dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunur. Adətən, namazlıqlar bir insanın namaz qılması üçün nəzərdə tutulurdu. 2-3 və daha çox adamın eyni zamanda namaz qılması üçün nəzərdə tutulan namazlıq xalçalar az-az istehsal olunurdu.[1] Namazlıq xalçalar adətən format etibarilə kiçik xalçalardır (50x100sm-dən 80x130sm-ə qədər).
"Namazlıq xalçalar" İslam dininin meydana gəlməsindən sonra toxunmuş xalçalardır. Böyük ölçüdə toxunmuş "Namazlıq xalçaları" adətən "Kollektiv Naşazlıq xalçaları" adlandırılırdı. "Kollektiv Namazlıq xalçaları"nın toxunulmasında əsas məqsəd bir neçə nəfərin eyni zamanda ibadət etməsindən irəli gəlmişdir. Kollektiv Namazlıq xalçalarına xalq arasında "Ailəvi Namazlıq xalçaları"da deyilir.
Kollektiv Namazlıq xalçaları adətən, böyük ailələr üçün toxunulurdu (6 – 7 nəfərlik). Daha böyük ölçülü Kollektiv Namazlıq xalçaları isə adətən, məscidlər üçün toxunulurdu.
Azərbaycanın, Türkiyənin və Orta Asiyanın tədqiq olunmuş namazlıq xalçaları bu ərazilərdə yaşayan xalqların qədim dövrlərdən məhz, eyni soya, eyni kökə və ümumi bədii ənənələrə malik olmalarını bir daha təsdiq edirlər.[2]
Əvvəllər "Ərdəbil xalçası" adlandırılan Şeyx Səfi xalçası 1539 cu ildə Səfəvi hökumdarı I Təhmasibin sifarişi ilə Kaşani Maqsud adlı bir şəxs tərəfindən Kollektiv namaz qılmaq və xeyriyəçilik məqsədi ilə "Şeyx Şəfi" məsçidi üçün toxunmuşdur. 1893 cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar.Hal-hazırda "Şeyx-Şəfi xalçası"nın orijinalı Londonda Viktoriya və Albert muzeyində saxlanılır.[3][4]
"Namazlıq xalçaları" xalq arasında "Namazlıq", "Çaynamaz", "Ceynamaz" (namaz qılınan yer), "Ləçəkli", "Mehrabi" ("Mehrablı"), həmçinin (əsasən də Ərəbistanda) "Səccadə" ("Səcdacadə)[5], İranda isə "Taqi", "Canamaz" adlandırılır, həm formatına, həm də kompozisiyasına görə digər xalçalardan fərqlənir. Şah Abbasın (XVI əsr) və onun oğullarının hakimiyyəti dövründə ibadət üçün "namazlıq" xalçalar toxunurdu, onları ərəb yazıları ilə – Qurandan ayələr, "Allahu Əkbər", "Ya Əli" sözləri ilə naxışlayırdılar. Bu naxışlar əvvəlki xalçanını yuxarı hissəsində yazılırdı. Şimali Azərbaycanda toxunan namazlıq xalçalar rəssamlıq nöqtəyi-nəzərindən Cənubi Azərbaycanda toxunan namazlıq xalçalardan fərqlənirdilər.
Cənubi Azərbaycanda toxunan namazlıqlarda dini mövzuda yazılan deyil, namaz zamanı zəruri olan əşyalar, yəni təsbeh, saqqal üçün daraq, möhür, dua kitabı təsvir olunurdu. Bəzən isə sol və sağ hissədən əlin şəklini toxuyurdular. Bununla belə nəticəyə gəlmək olar ki, namazlıqlar XIV əsrdə yaranıb, çünk, müsəlmanlar namaz qılmağa xüsusi diqqət yetirirdilər. Kompozisiyalarına görə namazlıqları iki qrupa bölmək olar:
- ərəblərin istilasından sonra xalq xalçaları tərəfindən müstəqil şəkildə hazırlanan xalçalar
- XVI əsrdən başlayaraq peşəkar ustaların eıkizləri əsasında toxunan xalçalar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Namazlıq". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-25.
- ↑ "Moskva Şərq Xalqları İncəsənəti Dövlət Muzeyi" (PDF). 2021-10-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-02-12.
- ↑ Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səhifə.780-781.
- ↑ "Qürbətdə olan sərvətim". 2012-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.
- ↑ Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.67. (rus.) (ing.)