Nadir Əhmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nadir Əhmədov
16 iyul 1997 – 20 fevral 2004
ƏvvəlkiSiruz Abasbəyli
SonrakıƏli Abbasov
(rabitə və informasiya texnologiyaları naziri kimi)
bayraq
Azərbaycan Respublikası rabitə nazirinin müavini
bayraq2
5 fevral 1991 – 16 iyul 1997
NazirŞamil Musayev
Abdul Qəhrəmanzadə
Siruz Abasbəyli
bayraq
Azərbaycan SSR rabitə nazirinin müavini
bayraq2
4 fevral 1985 – 5 fevral 1991
NazirBahadur Axundov
Şamil Musayev
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1940(1940-06-15)
Doğum yeri
Vəfat tarixi 10 may 2020(2020-05-10) (79 yaşında)
Vəfat yeri

Nadir Əli Əhmədov (15 iyun 1940, Aşağı Göynük, Nuxa rayonu10 may 2020, Bakı) — Azərbaycan Respublikasının rabitə naziri (1997–2004).

Nadir Əli Əhmədov 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968–70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960–1985-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.

Dövlət və ictimai işlərdə xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin "Rabitə ustası" adına, Respublikanın "Əməkdar rabitəçisi" fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür.

1979–1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Qarabağ müharibəsinin veteranıdır.

Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşı olmuşdur. Evlidir, 3 övladı və 3 nəvəsi var.

N. Əhmədov Bakı telefon şəbəkəsinə rəhbərlik etdiyi dövrdə telefonların sayı 2,5 dəfə artmış, telefonun keyfiyyətli işləməsinə, rüşvətxorluğun aradan qaldırılmasına, şəffaflığa nail olmuşdur. Rabitə nazirinin müavini vəzifəsində işlədiyi dövrdə Respublikanın rabitə sisteminin inkişafında böyük xidmətləri olmuşdur. Məlum Qarabağ hadisələri başlanan vaxtdan (1988–1992) müntəzəm olaraq Qarabağa getmiş, çətin şəraitdə azərbaycanlıların qorunması, onların təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin və yaşayış məntəqələrinin telefonlaşdırılması ilə məşğul olmuşdur. Həmin illərdə həyatını dəfələrlə təhlükəyə qoymuş və son dərəcə riskli anlarla rastlaşmışdır. Xocalını radiotelefonlarla təmin etdiyinə görə SSRİ-nin prokurorluq orqanlarının təzyiqlərinə və istintaqa cəlb olunmuşdur.[1]

  1. Nadir Alı oğlu Əhmədov haqqında məlumat. 2020.