Naxçıvan Avtomobil Zavodu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naxçıvan Avtomobil Zavodu
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Avtomobil sənayesi
Məhsulu Minik avtomobilləri
Təsis tarixi 2006
Baş qərargahın yeri
Struktur
İşçi sayı 50 nəfər (2010)
Ana şirkət Cahan Holdinq
Rəhbərlik
Təsisçi Vugar Abbasov
Rəhbərlik Direktor Səxavət Hümbətov
nazauto.az

Naxçıvan Avtomobil Zavodu və ya qısaca NAZ – 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodu.

Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu.

Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdir.

Zavodda "Lifan" modellərinin yığılmasını həyata keçirilir. Zavodun "NazLifan" brendi altında buraxdığı avtomobillər daxili bazarda populyar deyil. Zavod gah fəaliyyətini dayandırır, gah məhdud həcmdə avtomobillərin yığılmasını həyata keçirir. 2019-cu ilə olan məlumata görə, 2010-cu ildən bəri "NazLifan" cəmi 5 minə yaxın avtomobil buraxmışdı.[1]

  1. "Çində "Lifan" müflis olur, bəs Naxçıvanda "NazLifan"?". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]