Nataliya Seleznyova
Nataliya Seleznyova | |
---|---|
rus. Наталья Селезнёва | |
| |
Doğum adı | Nataliya İqoryevna Seleznyova |
Digər adı | Nataşa Seleznyova |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Həyat yoldaşı | Vladimir Andreyev (1968-ci ildən) |
Uşağı | Yeqor |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1953-bu günə qədər |
Təhsili |
|
İstiqamət |
teatr televiziya kino |
Mükafatları |
|
IMDb | ID0783093 |
Vikianbarda əlaqəli mediafayllar |
Nataliya İqoryevna Seleznyova (rus. Наталья Игоревна Селезнёва; 19 iyun 1945[1], Moskva) — Sovet və Rusiya teatr və kino aktrisası, Rusiyanın xalq artisti (1996) [2].
Həyatı
[redaktə | mənbəni redaktə et]Nataliya Seleznyova 19 iyun 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1966-cı ildə Şşukin adına teatr məktəbini bitirmiş və satira teatrının aktrisası olur. 6 yaşında Sovet Ordusu tearının tamaşasında baş rollardan birini ifa etmişdir. Kinoda isə 1953-cü ildən fəaliyyət göstərməyə başlamışdır. Seleznyovanın ən böyük kino uğuru isə kinorejissor Leonid Qaydayın məşhur ""I" əməliyyatı və Şurikin başqa macəraları" kinoalmanaxındakı Lida obrazı olmuşdur.
Bundan sonra o, Qaydayın daha iki filmində maraqlı obrazlar yaratmışdır. Şəxsi həyatına gəldikdə isə, Nataliya Seleznyova 1968-ci ildə çəkilən "Xəlifə leylək" filmində tanış olduğu aktyor Vladimir Alekseyeviç Andreyevlə ailə qurmuşdur. 1969-cu ildə onların oğlu Yeqor dünyaya gəlmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1953 | Alyoşa Ptisın xarakter formalaşdırır | rus. Алёша Птицын вырабатывает характер | Saşenka |
1956 | Qız və timsah | rus. Девочка и крокодил | Девочка и крокодил |
1961 | Alyonka | rus. Алёнка | Yelizaveta |
1965 | "I" əməliyyatı və Şurikin başqa macəraları | rus. Операция «Ы» и другие приключения Шурика | Lida |
1966 | Saşa-Saşenka | belar. Саша-Сашанька | Saşa |
1966 | Təkəri kim ixtira edib? | rus. Кто придумал колесо? | Zoyka |
1967 | Mən sizi sevirdim... | rus. Я вас любил… | Lidiya Nikolayevna |
1969 | Xəlifə-leylək | rus. Калиф-аист | Benares şahzadəsi |
1969 | Köhnə tanış | rus. Старый знакомый | rəssam Nataşa |
1970 | Biz Tişkanı necə axtardıq? | rus. Как мы искали Тишку | tərbiyəçi |
1970 | Sarı çamadanın macərası | rus. Приключения жёлтого чемоданчика | Petyanın anası |
1970 | Solo | rus. Соло | Sonya |
1972 | Nöqtə, nöqtə, vergül... | rus. Точка, точка, запятая… | sahə həkimi |
1973 | İvan Vasilyeviç peşəsini dəyişir | rus. Иван Васильевич меняет профессию | Zinaida Mixaylovna Timofoyeva |
1974 | Öz sevgilin | rus. Свой парень | Alya Malışeva |
1975 | Ola bilməz! | rus. Не может быть! | Tanyuşa |
1977 | Nukinin macəraları | rus. Приключения Нуки | Alyoşanın anası |
1977 | Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusu | rus. Эти невероятные музыканты, или Новые сновидения Шурика | Şurikin arvadı Lida musiqiçi |
1978 | Küçə ilə komod aparırdılar | ukr. По улице комод водили... | Vika |
1979 | Mövzu | rus. Тема | Svetlana |
1981 | Havanın soyuması və qar gözlənilir | rus. Ожидаются похолодание и снег | epizod |
1982 | Sadəcə dəhşət! | ukr. Просто жах | qız |
1982 | Kişiləri qoruyun! | rus. Берегите мужчин! | Alla |
1986 | Mən sənə nifrət edirəm | rus. Я тебя ненавижу | |
1991 | Məhkumların əhatəsi | rus. Круг обречённых | Fima Korablyova |
1992 | Dəniz üzərindəki ulduzlar | rus. Звёзды на море | Vladimirin anası |
1995 | Ev | rus. Дом | |
1996 | İmpotent | rus. Импотент | Tatyana |
1996 | Çiyələk | rus. Клубничка | Süzanna |
1995 | Əsas məsələ haqqında köhnə mahnılar | rus. Старые песни о главном | Zina Timofeyeva |
1998 | Primadonna Meri | rus. Примадонна Мэри | İnna |
2000 | Qısa ətəkli agent | rus. Агент в мини-юбке | Nataliya İvanovna |
2001 | Mələyin nəzər nöqtəsi ilə | rus. С точки зрения ангела | Tereza Konstantinovna |
2002 | Melometin təbəssümü | rus. Улыбка Мелометы | fəal qadın |
2002 | Uğursuzun oğlu | rus. Сын неудачника | Arkadinin anası |
2003 | Prokurorun yubileyi | rus. Юбилей прокурора | prokurorun qonşusu |
2003 | Love-servis | rus. Love-сервис | Marqarita Semyonovna |
2004 | Oğrular və fahişələr. Mükafat - kosmosa uçuşdur | rus. Воры и проститутки. Приз — полёт в космос | Yelena Stasova |
2006 | Siz məni tərk etməzsiniz | rus. Вы не оставите меня | Nataliya Vasilyevna |
2007 | Gecə vaxtı qışqırıq | rus. Крик в ночи | |
2007 | Fırıldaqçılar | rus. Аферисты | Sima xala |
2008 | Başçılar | rus. Воротилы | Klavdiya Semyonovna |
2010 | Ana-Moskva | rus. Мама-Москва | |
2013 | Yaxşı qızlar diyarı | rus. Страна хороших деточек | nənə |
2014 | Yeni il növbəsi | rus. Новогоднее дежурство |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ IMDb (ing.). 1990.
- ↑ "Указ Президента РФ от 2 мая 1996 г. № 617 «О награждении государственными наградами Российской Федерации»". 2013-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-04.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Наталья Селезнёва на сайте Московского академического театра сатиры Arxivləşdirilib 2015-11-27 at the Wayback Machine
- Любимая актриса Леонида Гайдая
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nataliya Seleznyova — IMDb səhifəsi
- Yaşayan insanlar
- 19 iyunda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Boris Şukin adına Teatr İnstitutunun məzunları
- RSFSR-in əməkdar artistləri
- Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər
- Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Moskvada doğulanlar
- SSRİ aktrisaları
- Rusiya aktrisaları