Nodirbek Abdusattorov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nodirbek Abdusattorov
özb. Nodirbek Abdusattorov
Ölkə
Doğum tarixi 18 sentyabr 2004(2004-09-18) (20 yaş)
Doğum yeri
Titulu
Son reytinqi
  • 2.762 (iyul 2024)[2]
FİDE nömrəsi 14204118
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nodirbek Abdusəttorov (özb. Nodirbek Abdusattorov; 18 sentyabr 2004, Daşkənd) — Özbək şahmatçısı, qrosmeyster (2017). Sürətli Şahmat üzrə Dünya Çempionu (2021).

29 oktyabr 2017-ci ildə 13 yaş 1 ay 11 günlük ikən şahmat üzrə qrosmeyster olub. O vaxta qədər yalnız bir şahmatçı — Sergey Karyakin daha erkən yaşda qrosmeyster olmuşdur. 2021-ci ilin yanvarına olan məlumata görə, Abdusəttorov şahmat tarixində beşinci ən gənc qrosmeyster olmuşdur .

2021-ci ilin dekabrında Varşavada Abdusəttorov Karlsen və Nepomnyaşşiy kimi şahmatçıları məğlub edərək Sürətli Şahmat üzrə ən gənc dünya çempionu olmuşdur.

2012-ci ildə Sloveniyanın Maribor şəhərində 8 yaşlılar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olub.

2014 -cü ildə 9 yaşında olarkən, Andrey Jiqalko və Rüstəm Xusnutdinov kimi qrosmeysteri məğlub etmiş və klassik şahmat partiyalarında qrosmeysterlərə qalib gələn ən gənc şahmatçılardan biri olmuşdur.

2015-ci ilin aprelində 11 yaşında FİDE-nin ən yaxşı 100 yeniyetmələr siyahısına daxil olaraq bu siyahıya daxil olma yaşına görə rekord vurmuşdur.

2015-ci ilin noyabrında Porto- Karasda keçirilən gənclər arasında dünya çempionatında 11 baldan 8½ xal toplayaraq dördüncü olmuşdur.

2017-ci ilin oktyabrında Çiqorinin xatirə turnirində 9 baldan 6½ bal toplayaraq üçüncü yeri tutdu. Bu turnirdə Nodirbek öz reytinqini 2500 baldan yuxarı qaldırdı və qrossmeyter normasını yerinə yetirdi.

Dekabr 2021-ci ildə tay-breyk oyunlarında Yan Neponmişşiyi məğlub edərək sürətli şahmat üzrə dünya çempionu olmuşdur.[3]

  1. 1 2 FIDE Ratings and Statistics (ing.).
  2. FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
  3. "17-летний Нодирбек Абдусатторов выиграл чемпионат мира по быстрым шахматам". // Chess-News. 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-29.